“Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin aldatdığı Qazax rayon sakini Elşad Məmmədov qəzetimizə danışıb. Aldadılan vətəndaş iş adamının ona 355 min manat “atdığını” bildirib.
Elşad Məmmədov Hacı İbrahim və onun adamları tərəfindən aldadıldığını, iş adamına məxsus “Həsən 96” MTK-dan aldığım iki mənzil qanunsuz yolla əlindən alındığıbı iddia edir. İş adamı haqqında sok ittihamları təqdim edirik.
- Son aylar mətbuatda siz Hacı İbrahim Nehrəmlinin əleyhinə tənqdi fikirlər səsləndirirsiniz. Buna səbəb nədir, bu şəxs sizə nə edib ki?
- Əslində mənim onunla problemim yoxdur. İş ondadır ki, mən qanunla pul ödəyib tikinti şirkətindən iki ədəd mənzil almışam. Sonradan şirkət mənə problem yaradıb, başqa sözlə, Hacı İbrahim Nehrəmli mənim iki mənzilimi əlimdən alıb. Hədə qorxu gəlib, onun mühüfizəçisi məni ölümlə hədələyib, deyi ki, ayaqlarını sındırarıq, öldürərik. Faktiki olaraq mənim iki mənzilimi bu cür qorxu-hürkü və saxta məhkəmə vasitəsilə əlimdən alıb. Məndə bu müddətdə 500-dəfə şikayət etmişəm, iki dəfə mətbuat konfransı keçirmişəm, ayrı-ayrı internet kanallarında çıxış etmişəm. Ancaq mənim şikayətlərimə baxan yoxdur, deyəsən Azərbaycanda qanun ancaq kasıblara münasibətdə icra edilir. Hacı İbrahim Nehrəmli milyarder olduğu üçün heç kim ona gözün üstə qaşın var deyə bilmir və ya çəkinir.
- Siz mənzili nəğd ödəniş əsasında almısınız, yoxsa aranızda hansısa ticarət əlaqələrinin olması səbəbindən sizə iki mənzilin veriləcəyi vəd olunub?
- Mən nəğdi ödəniş əsasında mənzil almışam. Hacı İbrahimin şirkətinin şöbə müdiri İsgəndov mənə maliyyə aralışı və kassa mədaxil qəbzi də verib. Onlar birinci mənə maliyyə arayışı versələr də, kassa-mədaxil qəbzini vermək istəmirdilər. Mənim də, bu işdən anlayışım olduğundan kassa-mədaxil qəbzi tələb etdim, dedim mən mənzil alıram, kartof almıram. Sonra da onlar dedilər ki, problem yoxdur, maliyyə arayışında onsuz da hər şey yazılıb. Mən də bununla razılaşmadım və ordan çıxdım, dedim pulum hazırdır, nə zaman qanuni sənədlərinizi təqdim etsəniz onda sizinlə söhbət edərik. Bu hadisənin üzərindən bir neçə saat sonra onlar mənə zəng edib dedilər ki, sənədlər hazırdır, kassa-mədaxil qəbzi də veriləcək, gəlin alqı-satqı prosesini həyata keçirək. Məndə getdim Hacı İbrahimin şirkətinə girdim. Ora quş-quşluğu ilə girə bilməz.Sonradan zəng ediblər ki, məni ikinci mərtəbəyə buraxsınlar. İkinci mərtəbədə mənə maliyyə sənədi, kassa-mədaxil qəbzi təqdim etdilər. Bu sənəddə göstərilir ki, mən nəğd şəkildə pul ödəyib mənzil almışam. İndi sonradan başıma bu oyunu gətirdilər. Hacı İbrahim özünün naxçıvanlı, qrdaşının isə nazir olmasından istifadə edir. Əvvəl iddia edirdilər ki, guya mən faizlə kiməsə pul vermişəm. Sona gördülər ki, mənə belə şər-böhtan yapışmır, özüm də şikayətlər edirəm. Bundan sonra adımı qoydular ki, guya onların şirkətinə iş görməli olsam da, bunu etməmişəm. Təsəvvür edin ki, məhkəmələr bu saxta iddiaların əsasında qərarlar çıxarıblar. Hətta Nəsimi rayon məhkəməsində keçirilən proses zamanı hakim mənim iştirakım olmadan evimi qanunsuz ləğv edib. Biz hansı əsrdə yaşayırıq? Təsəvvür edin ki, mənim mənzilimi bir başqa vətəndaşa satıblar. Başqa sözlə, bunlar fırıldaq və dələduzluqla məşğuldur, bir mənzili bir neçə nəfərə satırlar. Bu cür hallara da, bizim hüquq mühafizə orqanları və məhkəmələrimiz göz yumurlar. Məndə bunun səbəbini bilmirəm. Mən bunlara sübut edə bilmrirəm ki, bu şirkətə nəğdi maliyyə ödədiyim haqda maliyyə arayışı, kassa-mədaxil qəbzi var. Hələ dünən Hacı İbrahim utanmadan “Yeni Müsavat” qəzetində məqalə yazıb. Təsəvvür edin ki, mən bu məlum qəzetə iki dəfə məktub göndərmişəm, sənədlərimi ora təqdim etmişəm. Amma “Yeni Müsavat” qəzeti mənim məqalələrimi vermir, nədənsə milyarder iş adamını reklam edir, onun yazılarını könül xoşluğu ilə verir. Hələ utanmadan məni fırıldaqçı adlandırıblar. Mən haqqımı tələb edirəm. Deyirəm ki, bu dələduzlar camaatı aldadır, bir mənzili bir neçə nəfərə satırlar. Mən haqqımı tələb etdiyim halda müxalifət mətbuatı olan bu qəzet qarşı tərəfə xüsusi rəğbətlə yanaşır. İstəyir lap on Hacı İbrahim Nehrəmli qarşımda dayansın. Mən bu saat körpə uşaqla kirayələrdə qalmışam. Qardaşlarım da kirayələrdədir. Biz min bir əziyyətlə pul yığmışıq, üstəlik ata-baba mülkünü satmışıq ki, mənzil şəraitimizi yaxşılaşdıraq. Bunlarda bizim pul ödəyib alığımız mənzili məhkəmə və hədə-qorxu yolu ilə əlimizdən alırlar. Mən bu münasibətlə heç vaxt barışa bilmərəm. Haqq və hüququm uğrunda mübarizəm davam edəcək.
- Siz mənzil almaq üçün hansı məbləğdə pul ödəmisiniz?
- Mən 355 min manat pul ödəmişəm.
- Bir mənzil üçün?
- Xeyr, iki mənzil almışam. “Həsən-96” MTK-nın Zabitlər Parkının içərisində tikdiyi mənzilin 13-cü mərtəbəsində, 51 və 52 saylı mənzilə 355 min manat pul ödəmişəm. Əlimdə də konkret sənədlər var və bu sənədlər göstərir ki, mən nağdı pul ödəmişəm, bu şirkətə borcum yoxdur. Ancaq Hacı İbrahim özünü başqa cür aparır, deyir ki, bəli, mən 51 və 52 saylı mənzilləri Elşada vermişəm, amma ona guya ev sənədi vermişəm. Adam elə bil 9-cu sinifi bitirməyib. Bəyəm bu mənzilləri adama elə-belə verərlər. Buna görə 10-20 manat deyil, 355 min manat pul ödəmişəm. Bəs Baş Prokurorluq yanında Korrupsiya İdarəsi hara baxır? Mən baş prokuror Zakir Qaralovun qəbulnda da olmuşam. Şəxsən Qaralova bu haqda məlumat verdim, hətta məktubda təqdim etdim. Ancaq qəribədir ki, bu haqda ölçü götürmürlər, əvəzində məni yönəldirlər saxta məhkəmə işlərinə. Deyirlər ki, iş məhkəməlikdir, siz ora müraciət edin. Bu necə məhkəməlik ola bilər ki, əlimdə konkret pul ödədiyim haqda sənədlər var. Necə olur ki, sadə müəllimi, həkimi 200 manat aldığı üçün adını korrupsiya qoyub həbs edirlər, amma 355 min manatlıq evimi hədə-qorxu yolu ilə əlimdən alan şəxslə bağlı deyirlər ki, get məhkəməyə müraciət elə. Mən 5-6 aydır şikayət edirəm, cinayət işinin açılmasını istəyirəm. Bunlar mənim şikayətlərimə baxmırlar. Ancaq Hacı İbrahim Nərimanov rayonunun prokuroruna “qardaşlıq” məktubu yazır. İndi baxın, prokuror Hacı İbrahimin dostu, polis dostu, üstəlik “Banditizm”də adamı var. Mühafizəçisi zəng edib mənə deyir ki, bizi məcbur eləmə ki, “Banditizmə” deyək səni içəri atsınlar. Bu adamların hər yerdə adamları var. Bir tərəfdən camaatdan pul alıb sənəd verirlər, digər tərəfdən bu evləri başqalarına satırlar.Ən maraqlısı odur ki, “Həsən-96” Şirkətinin rəhbəri Emin Tağıyev Hacı İbrahimin bacanağıdır. Bir bacanağ pul alıb evin sənədlərini paylayır, o biri bacanaqda bu evləri başqalarına satır. Bu dələduzluqdur, insanları aldatmaqdır. Mən artıq meçə müddətdir ki, haqqımı tələb edirəm, bu haqda mətbuatda danışıram, ancaq aidiyyəti qurumlar nədənsə bu məsələləri izləmir, günahgarın cəzalandırılması üçün addımlar atmır. Bunun sonu olmalıdır, ya yox?
- Hazırda məhkəmə müstəvisində mübarizə gedirmi?
- Mən bu adamlara cinayət işinin açılmasını istəyirəm. Oktyabrın 2-də Ali Məhkəmə olacaq. Yeri gəlmiş, deyim ki, apelyasiya instansiyasında gülünc qərar çıxardılar. Hakim Xuraman Məhərrəmli qarşı tərəfin vəkilinə deyir ki, siz iddia edirsiniz ki, Elşad Məmmədov sizə iş görməlidir, bunu təsdiq edən sənədləriniz var,vəkildə bildirdi ki, belə bir sənədləri yoxdur. Hakimdə gülə-gülə dedi ki, bu sizin üçün bazarda 1 kiloqram alma ticarəti deyil, bu adamın əlində qanuni sənədlər var. Təsəvvür edin ki, birinci proses bizim xeyrimizə idi, amma ikinci məhkəmə prosesi zamanı Hacı İbrahim elə yerlərdən zəng elətdirdi ki, hakim birinci məhkəmə prosesi zamanı işlətdiyi fikirlərin hamısını unutdu. Sonrada götürüb Nəsimi rayon məhkəməsinin saxta qərarını qüvvədə saxladı. İndi son qərarı Ali Məhkəmə oktyabrın 2-də verəcək. Açığı, mən Ali Məhkəmədən də, bir şey gözləmirəm. Mənim ümidim allahadır. Ali Məhkəmənin qərarından sonra mən Avropa Məhkəməsinə getmək zorunda qalacağam. Əlbəttə, mən istəməzdim ki, belə gülünc qərarlar Avropa Məhkəməsinə getsin və ölkəmiz bu pis durumla qarşılaşsın. Ancaq bizim başqa çıxış yolumuz yoxdur. Onu da deyim ki, artıq mən ölkənin birinci xanımı Mehriban Əliyevanın qəbuluna yazılmışam. Sentiyabrın 23-də onun qəbuluna düşə bilsəm başıma gətirilən olayları ona da nəql edəcəyəm. Bizim əlimiz hara çatırsa müraciətimizi edirəm. Mən nə Hacı İbrahimdən, nə onun mühafizəçilərindən, nə də səlahiyyət sahibi olan qardaşından qorxuram. Bu mübarizəni də sona qədər aparacağam. Əgər bu şirkət mənə saxta sənəd veribsə və bundan Hacı İbrahimin xəbəri olmayıbsa, buyurub həmin şəxsləri həbs etsinlər. İlin-günün bu vaxtında əlimizdə və nəslimizdə olan hər bir şeyi tutub əlimizdən alıb və utanmadan da deyir ki, guya mən onun işçilərinin səhlankarlığından istifadə etmişəm. Bəyəm 355 min manatlıq da səhlankarlıq olar? Bir arada mənim haqqımda yalandan xəbər yaymışdı ki, guya bunun tikdiyi binaların pəncərələrini mən qoyuram. Adam yüz dil danışır. Gah da deyirlər ki, mənzilləri satan şəxs qaçıb. Qardaşım, mənə nə ki, sənin şirkətindən kim qaçıb, kim səni aldadıb? Məndə “Həsən 96” Şirkətinə tam ödəniş edib mənzil aldığım haqda sənəd var. İndi kim-kimə atıbsa, bunun mənə nə dəxli? Dünən də,”Yeni Müsavat” qəzeti öz ampulasına uyğun olaraq “Məşhurları aldadan Orxan Sadıqov kimdir” başlıqlı yazı yazıb. Guya bu işlərin Hacı İbrahimə aidiyyəti yoxdur da. Bu adam gördü ki, məni şərləyə bilmir, indi də, kimisə atıb ortaya. Bütün hallarda bu adam mənim haqqımı yeyib, məndə buna qarşı sona qədər mübarizəmi aparacağam, imkan vermərəm ki, kimsə mənim haqqıma əl uzatsın. Həmdə sən milyardersən, naxçıvanlısan, 50-60 mühafizəçin var. Sənə kim ata bilər? Həmdə atıblarsa get davanı onunla elə. Mənə konkret olaraq sənin şirkətin və bacanağın, şöbə müdirin atıb. Mən pulu ödəyib mənzil almışam, bunu da sübut edən sənədlər var. Mən heç kimdən qorxmuram, sona qədər mübarizəm davam edəcəyəm. Aydındır ki, məhkəmələr Hacı İbrahimin sifarişi əsasında qərar çıxaracaq. Məni dəfələrlə ittiham etdilər, amma gördülər ki, bunun nəticəsi olmayacaq. Bu adam hacıdır, ancaq bir neçə dəfə mənim haqqımda yalan danışıb. Yalandan deyib ki, guya mən qaçmışam, bunlarda məni tutub bura qaytarıblar. Mən isə Qazaxda olmuşam və ordan da şikayətlərimi yazmışam. Prezident Administrasiyasına, DİN, MTN, Baş Prokurorluğa yazmışam. Amma maraqlanan yoxdur, çünki Hacı İbrahim milyarderdir, qardaşı nazirdir və s. Üstəlikdə ilin iş adamı seçilib. Yəqin dələduzluq işlərinə görə, ilin adamı seçilib. Düşmüşük işə də. Mən şikayətlərimi də saxlayan deyiləm. Sona qədər də gedəcəyəm.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?