Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müdafiəsinə qalxıb.
Gundemxeber.Az xəbər verur ki, unikal.org-a açıqlama verən Ziya Məmmədov bildirib ki, akademik R.Mehdiyev haqqında yazılanlar sifarişlidir:
"Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçiliyin fəaliyyətinə göstərdiyi xidmətə görə, onu "Heydər Əliyev "ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır.
İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".
Sorğu
Yeni dizaynımız necədir?