GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Maliyyə məsələlərində sonuncu imza atan şəxs Məmmədyarov olub”

“Maliyyə məsələlərində sonuncu imza atan şəxs Məmmədyarov olub”

Tarix: 14-08-2020, 10:37 Bölmə :Müsahibə Baxış: 1 002
“Maliyyə məsələlərində sonuncu imza atan şəxs Məmmədyarov olub”


Xarici İşlər Nazirliyindəki (XİN) həbslərdən 40 gün keçir. Ötən müddət ərzində üzə çıxanlar Azərbaycanın xarici siyasətini müəyyən edən qurumda rüşvət və korrupsiya bataqlığının gerçək olduğunu təsdiqləyir. Dövlət Təhlükəsizliyi Xidmətinin(DTX) iyulun 3-ü və 10-da XİN-də keçirdiyi əməliyyatlar zamanı tutulan məmurların ifadələri, onların qeyd dəftərçələri deməyə əsas verir ki, XİN-in “kolxoz bazarı” səviyyəsinə endirilməsi uzun bir prosesin nəticəsi olub.

Keçmiş xarici işlər naziri, 10 il Latviya və Estoniyada ölkəmizin səfiri olmuş Tofiq Zülfüqarov hələ 2016-cı ilin yanvarında XİN-də böhran yetişdiyini söyləmişdi.

Tofiq Zülfüqarov XİN-dəki son hadisələri, həbsləri “Yeni Müsavat”a şərh edərkən Elmar Məmmədyarovun quruma rəhbərlik dövrü indi də “qara səhifə” adlandırıb. Bu səhifənin qapanmasına sevindiyini gizlətməyib.

“Bizim XİN-dəki problemlər adi gözlə də görünürdü. Və belə görünür ki, bu problemlər təkcə bizə yox, prezidentə də məlumdur. Ancaq nöqsanların aradan qaldırılması üçün artıq addımlar atılır. XİN-də nöqsanlar çoxdur və bunu orada işləyən insanlar yaxşı bilirlər. Hesab edirəm ki, bəzi məsələlərə çox ciddi şəkildə aydınlıq gətirilməlidir”,- deyə o bildirib.

- Siz XİN-dəki həbslərə münasibət bildirərkən demişdiz ki, bu təkcə korrupsiya məsələsi deyil, milli maraqlar məsələsidir. Söhbət nədən gedir?

- Prezident də XİN-lə bağlı danışarkən dedi ki, müxtəlif hallar var, hətta xaricdə olan qüvvələrə xidmət məsələsi də var. Bəzi vacib olan bəyanatlar verilməyib, bəziləri isə kimlərinsə xoşuna gəlmək üçün verilib. Hazırda XİN-lə bağlı proses gedir, yoxlamalar var.

- Elmar Məmmədyarov ötən müddət ərzində özünü heç nə baş verməmiş kimi aparıb, “mən ilin çox hissəsini səfərlərdə olmuşam” deməklə bütün yükü müavinlərinin üzərinə atıb. Vəziyyət həqiqətən də Elmar Məmmədyarovun dediyi kimidir?

- Təbii ki, belə deyil. Büdcədə nəzərdə tutulan pullar bu və digər ehtiyaclara xərclənir. Təbii ki, bütün pullar nazirin imzası ilə xərclənir. Maliyyə məsələlərində söz sahibi, sonuncu imza atan şəxs odur. Maliyyə hesabatları hər bir təşkilatda aparılır. Nə olsun ki, xarici səfərlərdə olub? Bu bir az gülməli bəhanə kimi gəlir.

- Elmar Məmmədyarovun fəaliyyətini necə qiymətləndirərdiniz?

- Onun rəhbərlik etdiyi dövr XİN tarixində “qara səhifə”dir”. Maliyyə-büdcə yeyintiləri, rüşvətxorluq, hətta prezidentin qeyd etdiyi kimi, digər qüvvələrə işləmək və Azərbaycanın maraqlarının lazımi səviyyədə təmin olunmaması, ölkəmizin maraqlarına zidd olan əməllərin törədilməsinin şahidi olmuşuq. Qarabağ danışıqlarından sonra yalançı ümidlər verilir, hər dəfə fərqli fikirlər söylənilirdi. Əslində isə danışıqlar imitasiyadan başqa bir şey deyildi. Doğrusu, həbslərdən sonra xeyli vaxt keçib və bunun davamı yoxdur. Xoşagəlməz vəziyyət odur ki, bütün baş verənləri müavinlərə “yükləmək” cəhdini görürük. Hamı bilir ki, orada kadr təyinatı məsələsində böyük yanlışlar, rüşvətxorluq vardı.

- Yeri gəlmişkən, Elmar Məmmədyarovun nazirliyinin son dövründə, DTX-nin məlum əməliyyatlarından 1 ay əvvəl eks deputatlardan birinin 1 milyon dollar qarşılığında səfir göndərilməsi iddiaları da vardı. Sonradan həmin təyinat da baş tutdu. Sizcəb belə təyinatlarla ölkəmizin milli maraqlarını təmin etmək mümkündürmü?

- Konkret bu haqda bilgim yoxdur, amma müxtəlif iddialar mövcud idi. Digər hallarla bağlı da iddialar vardı və əməliyyatlar zamanı biz bunu gördük. Bunlar Azərbaycanın milli maraqlarına ziddir. İndiki mərhələdə bu işlərdə adları keçən hər kəs qanunla nəzərdə tutulmuş qaydada istintaq cəlb olunmalıdırlar. Amma XİN-lə bağlı məsələlərin bir qədər çox ictimailəşdirilməsinin tərəfdarı da deyiləm. Burada dövlətin də maraqları mövcuddur. Bu təşkilata aid bəzi məsələlər məxfi qalmalıdır. Bu mənə də xoş deyil, amma milli maraqlar baxımından məxfi olması yaxşıdır.

- Elə bu gizli saxlanılma, məxfilik XİN-də və digər dövlət qurumlarında rüşvət və korrupsiya bataqlığı yaratmır ki?

- Razıyam, haqlısız. Amma biz müharibə şəraitindəyik və bəzi məqamlarda bu məlumatlardan qarşı tərəf istifadə edəcək. Bunu biz başa düşməliyik. Bu işlərdə əli olan hər kəs qanun qarşısında cavab verməlidir, bu, birmənalıdır. Amma məsələnin çox da, ictimailəşməsinin tərəfdarı deyiləm. XİN-lə bağlı məhkəmələrin bəzi hallarda qapalı keçirilməsinin tərəfdarıyam.

- Elmar Məmmədyarovun müavinlərindən Ramiz Həsənov və Nadir Hüseynovun istintaqa çağırılaraq saatlarla dindirilməsi haqda məlumatlar var. Sizcə, proses Elmar Məmmədyarovun həbsi ilə nəticələnəcəkmi?

- Cinayət törədən insanlar adətən çalışırlar ki, digər insanları da ləkələsinlər. Təbii ki, istintaq hər bir məsələni araşdırıb nəticəyə gələcək.

- Ramiz Həsənov haqda da fikirləriniz maraqlı olardı.

- Onunla işləməmişəm. Barəsində nəsə deyə bilmərəm. Adətən günahı olan insanlar çalışırlar ki, günahlarını başqa insanların üzərinə atsınlar.

- Elmar Məmmədyarovun məsuliyyət məsələsi həll edilməlidirmi?

- Qanun çərçivəsində aparılan araşdırmalarla günahkar sayılsa, cinayətləri sübuta yetirilsə, təbii ki, hər bir vətəndaş kimi qanun qarşısında cavab verməlidir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tofiq Zülfüqarov: Lavrovun Bakıya qarşı qərəzli mövqeyi...

    Tofiq Zülfüqarov: Lavrovun Bakıya qarşı qərəzli ...

    4-12-2019, 14:48

  • 
  • Elmar Məmmədyarovun başı dərddə

    Elmar Məmmədyarovun başı dərddə ...

    25-05-2016, 16:22

  • 
  • "Elmar Məmmədyarovun gəlini amerikalı yox, ermənidir" — Partiya sədrindən ŞOK İDDİALAR

    "Elmar Məmmədyarovun gəlini amerikalı yox, ...

    23-08-2019, 12:33

  • 
  • Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

    Elmar Məmmədyarov ABŞ-a səfərə gedib ...

    21-09-2018, 10:43

  • 
  • Elmar Məmmədyarov Belarusa rəsmi səfərə gedib

    Elmar Məmmədyarov Belarusa rəsmi səfərə gedib ...

    21-06-2018, 10:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu