GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir

Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir

Tarix: 15-08-2020, 13:22 Bölmə :Müsahibə Baxış: 1 403
Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir


Dünya boyu mütəxəssislər koronavirusa qarşı peyvəndin hazırlanması üzərində işi davam etdirdiyi vaxt tibb mütəxəssisləri virusun səbəb olduğu COVİD-19-a yoluxmuş xəstələrin müalicəsində onlarla müxtəlif preparatdan istifadə edir. Gundemxeber.Az bildirir ki, ABŞ-ın Konnektikut ştatında Qriniç xəstəxanasında çalışan tibb işçisi Könül Məmmədova Amerikanın Səsinə müsahibəsində tətbiq edilən son müalicə üsulları və yoluxmaların qarşısını almaq üçün effektiv qorunma metodlarından danışıb.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası hələlik COVİD-19-un müalicəsi üçün heç bir dərman preparatı və ya vaksini təsdiq etməsə də, xəstəliyin müxtəlif mərhələlərində istifadə edilən bəzi preparatların effektiv olduğu ilə bağlı məlumatlar verilir.

Könül Məmmədovanın sözlərinə görə, hələlik heç bir müalicə üsulunun rəsmi təsdiq olunmadığı şəraitdə “təcili hallarda” istifadə edən protokol qaydalarına əsasən, xəstələrə əvvəllər fərqli xəstəliklərin müalicəsində istifadə edilmiş müəyyən preparatların verilməsi tövsiyə oluna bilər.

“Təcili xəstələrə yardım göstərmək üçün bir protokol yaradılıb. İndi biz bu protokoldan istifadə edirik. Hansı xəstəyə hansı müalicənin daha uyğun olduğunu müəyyən etmək o xəstənin kliniki simptomlarından asılıdır. Əgər xəstənin qanında oksigen 92 və ondan aşağıdırsa, Remdesevir - virusa qarşı bir dərman var, ondan istifadə olunur və Dexamethasone-la 5-7 gün ərzində gündə bir dəfə verilir. Onunla bərabər simptomaik üsullardan da istifadə olunur. Qızdırmaya qarşı, öskürəyə qarşı dərman tətbiq olunur.”

ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entonı Fauçı bu həftə bildirildiyinə görə, COVİD-19-a qarşı Rusiyada istehsal edilən peyvəndlə bağlı ciddı şübhələrini ifadə edıb. O, "National Geographic" jurnalı tərəfindən keçirilən müzakirələr zamanı vaksinlərin təhlükəsizliliyi və effektivliliyinin əhəmiyyətini xüsusi vurğulayıb. ABŞ ekspertləri vaksinin 2020-ci ilin sonları, 2021-ci ilin əvvəllərinə qədər hazır olacağına inanır. Könül Məmmədova bildrib ki, hələlik vaksinlərin olmadığı müddətdə sosial məsafə saxlanması və maskalar ən effektiv qorunma metodları hesab edilir.

“Yenə də sosial distansiya ən effektiv qorunma üsullarından biridir. Maskalardan istifadə, maskalar vasitəsilə qarşıdakı insanların qorunması, yəni, xəstə insan onlara öz xəstəliyini keçirməməsinin ən effektiv üsulu budur. Vaksinlər söz verilir ki, 2021-ci ilin əvvəlinə artıq tətbiq olunmağa hazır olacaq. Çox böyük işlər aparılır. Kanadada, Amerikada da. Üçüncü fazadadırlar. Bəzi ölkələrdə, məsələn, Rusiyada deyirlər ki, vaksin artıq tapılıb. Əgər intervyuya, mən əminəm siz baxmısınız, Fauçi qeyd etdi ki, vaksinin tapılması bir məsələdir, vaksinin effektiv olmağı isə başqa bir məsələdir. Vaksin çox yerdə tapıla bilər, amma onun effektivliliyini biz hələ bilmirik. Amma bütün bu tədqiqatlar göstərir ki, 2021-ci ildə vaksin artıq birinci tibb işçilərinə, sonra risk faktoru olan insanlara və yaşlılara verilə biləcək. Buna ümidvarıq. Amma o vaxta qədər ancaq sosial distansiya, 10 nəfərdən artıq olmayaraq qruplaşmaq, hətta 8 nəfərdən artıq olmayaraq, yəni ailə üzvlərinin qruplaşması normaldır. Amma yenə də bağlı yerlərdə maskalardan istifadə etmək lazımdır.“

COVİD-19 xəstə insanın öskürdüyü, asqırdığı və danışdığı zaman yaranan hava damlaları ilə ötürülən yoluxucu xəstəlikdir. Ekspertlər bu səbəblə maska taxılması, sosial məsafə saxlanması və əllərin tez-tez yuyulmasını virusun yayılmasının qarşısının alınmasında effektiv vasitələr hesab edir.

Con Hopkins Universitetinin məlumatına əsasən, dünyada koronavirusa yoluxanların sayı 20 milyondan çoxdur, xəstəlik nəticəsində həyatını itirənlərin sayı isə 760000-i keçir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • COVID-19 üçün peyvənd əldə etməyə nə qədər yaxınıq?

    COVID-19 üçün peyvənd əldə etməyə nə qədər ...

    5-05-2020, 22:10

  • 
  • Azərbaycanda xəstələrə pulsuz verilməli olan dərmanlar - (Siyahı)

    Azərbaycanda xəstələrə pulsuz verilməli olan ...

    8-04-2015, 16:35

  • 
  • Fransa, İtaliya və Belçika hidroksixlorokinin istifadəsini dayandırdı

    Fransa, İtaliya və Belçika hidroksixlorokinin ...

    28-05-2020, 11:08

  • 
  • "Hətta xəstələrə verilən yeməyi həkim və tibb işçiləri özləri yeyirdi." - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında özbaşınalıqdan şikayət VİDEO

    "Hətta xəstələrə verilən yeməyi həkim və ...

    19-12-2019, 16:45

  • 
  • ABŞ koronavirusa qarşı dərmanın istifadəsinə başlayır

    ABŞ koronavirusa qarşı dərmanın istifadəsinə ...

    31-03-2020, 11:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu