Yanvarın 23-də Nigeriya sahillərində Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Qabona gətirilib.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, F. İsmayılovun cənazəsi helikopterlə Qabonun paytaxtı Librevil şəhərinə gətirilibş
XİN başçısı qeyd edib ki, F. İsmayılovun cənazəsi sabah Librevildən Türk Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə, Türkiyə üzərindən isə Azərbaycana çatdırılacaq.
M. Çavuşoğlu onu da qeyd edib ki, məsələ ilə bağlı Azərbaycanla təmaslar davam edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?