GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əli Həsənovun aqibəti necə olacaq... - Korrupsiya ipindəki düyünlər

Əli Həsənovun aqibəti necə olacaq... - Korrupsiya ipindəki düyünlər

Tarix: 5-02-2021, 13:42 Bölmə :Müsahibə Baxış: 649
Əli Həsənovun aqibəti necə olacaq... - Korrupsiya ipindəki düyünlər


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsilə çözülməyə başlayan “korrupsiya ipindəki növbəti düyün” 1998-2019-cu illərdə Baş nazirin müavini, 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmış Əli Həsənov ola bilər. Bir vaxtlar daha çox nəvəsi Nail Allahverdiyevin “şıltaqlıqları” ilə gündəmi zəbt edən cənab Həsənovun iki il əvvəl vəzifədən uzaqlaşdırılması, onu törətdiyi əməllərin məsuliyyətindən uzaqlaşdırmağa qadir deyil. Odur ki, ehtimallar belə deməyə əsas verir ki, digər sabiqlər kimi, “Dövlətqaçqınkom”in keçmiş sədri Əli Həsənovun da büdcəyə vurduğu milyonlarla ziyanı ödəyəcəyi gün çox uzaqda deyil...

Hüquqşünas, sabiq deputat Çingiz Qənizadə Modern.az-a bildirib ki, bəzi məmurlar hələ vəzifədə olarkən, onlara qarşı ictimai rəy mənfi idi:

“Çünki onlar kifayət qədər dəbdəbəli həyat tərzi keçirir, lüks avtomobillərdə gəzir, lüks bağlarda dincəlirdirlər. Bunlar məmura yaraşmayan hərəkətlərdir. Bir növ özlərinin bahalı həyat tərzini nümayiş etdirirdilər. Təbii olaraq bunlar insanları qıcıqlandırırdı. İctimaiyyət biləndə ki, hansısa nazirin oğlunun, nəvəsinin maşın kolleksiyasının dəyəri milyonlarladır, təbii ki, dərhal rüşvət və korrupsiya yada düşürdü və mətbuatda işıqlandırılırdı. Bunun mənbəyini sadə xalq belə bilirdi. Bilirdi ki, söhbət rüşvətdən, talanan büdcədən, korrupsiyadan gedirdi.

Amma nə qədər ki, məsələyə hüquqi qiymət verilməyib, biz heç kəs barədə bunu deyə bilmərik. Çünki təqsirsizlik prezumpsiyası anlayışına ziddir. Əgər rəsmi qurumlar kiminsə barəsində istintaq hərəkətləri edir və bunu açıqlayırlarsa, o zaman fikir bildirmək olar. Bir ictimai rəy var, bir də hüquqi qiymət var. Amma son həbslər, xüsusilə “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədovun həbsi göstərir ki, rəsmi qurumlar tərəfindən kifayət qədər ciddi işlər aparılır. Onun gəlirləri ən azı 5-10 nazirin gəlirlərindən də yüksək idi. Amma o, hansısa gözəgörünməz qüvvənin qayğısı ilə əhatə olunmuşdu. Azərbaycan iqtisadiyyatına, Azərbaycan biznesinə və dövlətə kifayət qədər zərər vurur, inhisarçılıq yaradırdı. Amma sonda həbs olundu. Olsun sabiq nazir Səlim Müslümov. Hazırda istintaq gedir, nə qərar veriləcək, onu zaman göstərəcək. Amma görünən odur ki, vəzifədən azad olunmaqla canını qurtarmış hesab edənlər yanlış düşünürlər”.

Ç.Qənizadə hesab edir ki, keçmişdə, yaxud indi vəzifə sahibi olan istənilən şəxs barəsində hansısa qanun pozuntusu ilə bağlı faktlar tapmaq olar:

“Amma bunun dərəcəsi və vurduğu zərərin miqdarı daha önəmlidir. Kiminsə kiçik nöqsanını “iş olan yerdə nöqsan olar” prinsipini əsas götürüb ona göz yummaq olar. Amma kimsə vəzifəsindən sui-istifadə edib, xüsusilə büdcəni külli miqdarda talayıbsa, korrupsiyaya qurşanıbsa, rüşvət alıbsa, təbii ki, o bunun bədəlini ödəməlidir.

Etimad göstərilib vəzifəyə təyin edilən məmur, qısa zamanda öz həyat tərzini, davranışını, qanunlara münasibətini mənfiyə doğru dəyişirsə, onu uzun müddət o vəzifədə saxlamaq məqsədəuyğun deyil. Vaxtında uzaqlaşdırılmalıdır. Amma təbii ki, bunu bütün məmurlara şamil etmək olmaz. Çünki vəzifəsinin öhdəsindən ləyaqətlə və vicdanla gələn məmurlarımız da var. Deyilənləri onların hamısına şamil etməklə yaxşıların haqqına girmiş olarıq”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​ Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” azadlığa çıxıb

    ​ Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” azadlığa ...

    9-09-2017, 12:25

  • 
  • Əli Həsənovun nəvəsi ifadə verməkdən imtina etdi: "Zərərçəkən və şahidlər ifadə verdikdən sonra danışacam"

    Əli Həsənovun nəvəsi ifadə verməkdən imtina etdi: ...

    1-12-2017, 22:11

  • 
  • Əli Həsənovun nəvəsinə hökm oxundu - 6 il cəza

    Əli Həsənovun nəvəsinə hökm oxundu - 6 il cəza ...

    18-12-2017, 12:15

  • 
  • «Əsgər getməyənə qız verməyin» deyən Əli Həsənovun nəvəsi əsgər getməyib

    «Əsgər getməyənə qız verməyin» deyən Əli ...

    24-11-2017, 16:15

  • 
  • Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına rəsmi cavab

    Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi ...

    14-08-2017, 13:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu