Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün Quru Qüvvələri Hərb Məktəbinə girişinin 122-ci ili mərasimində iştirak edib.
Gundemxeber.az bildirir ki, bu barədə nazirliyin rəsmi səhifəsində qeyd edilir.
Mərasimdə çıxış edən Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri qardaş ölkələrə dəstəyini əsirgəməyib:
“Türkiyə Silahlı Qüvvələri ölkəmizin və nəcib millətimizin hüquqlarını, o cümlədən digər dost və qardaş ölkələrin mənafelərini qorumaqla yanaşı Azərbaycanın haqlı mübarizəsində yanında olub”.
Akar məktəbdə təhsil alan tələbələrə xitabən deyib ki, bu mübarizələr davam edəcək və onu siz davam etdirəcəksiniz:
“Ölkəmiz, millətimiz, Silahlı Qüvvələrimiz sizdən xidmət gözləyir. Bu ciddiyyət və səmimiyyətlə fəaliyyətinizin davamını diləyirəm”.
Sorğu
Yeni dizaynımız necədir?