“Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan xalqının irsi və əmlakına qarşı ağlasığmaz vandalizm, ekoloji soyqırımı həyata keçirdikdən sonra hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur”.
Bue sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında yazıb.
“Ermənistan İkinci Dünya müharibəsinin işğalçı dövlətləri kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir”, - deyə H.Hacıyev bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?