“Beynəlxalq ictimaiyyətin mina təhlükəsinin aradan qaldırılmasında rolu çox əhəmiyyətlidir”.
Bunu Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə deyib.
O, Ermənistanın işğal müddətində Azərbaycan ərazilərində çoxsaylı minalar basdırdığını bildirib.
H.Hacıyev qeyd edib ki, bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və beynəlxalq öhdəliklərə ziddir.
Prezidentin köməkçisi Ermənistanın Azərbaycan tərəfinə minaların xəritəsini təqdim etmədiyini, bununla Azərbaycanın mülki əhalisinin hüquqlarının kobud surətdə pozulmasını vurğulayıb.
“Ermənistan minalardan məqsədli şəkildə istifadə etməsi Azərbaycanın mülki əhalisinə qarşı yönəlib. Bu, etnik təmizləmənin bir təzahürüdür”, - deyə H.Hacıyev əlavə edib.
Prezidentin köməkçisi onu da qeyd edib ki, minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir:
“BMT təsisatları, ayrı-ayrı ölkələrlə işğaldan azad olunmuş ərazilərin minaların təmizlənməsi prosesində aktiv əməkdaşlıq edirik”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?