"Deyilənə görə "Zəfər parkı"na giriş pulludur. 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər üçün pulsuz olacaq. Amma çox istərdim ki, buradan yığılan pullar "Yaşat" fonduna köçürülsün. Məncə bu mütləq, və vacibdir. Hətta çox istərdim ki, gələcəkdə Şuşa və Kəlbəcərə o cümlədən Ağdama da giriş (təbii ki, istirahətə gələnlər üçün) pullu olsun. Simvoluk- 50 qəp. 1 man və ya kim nə qədər istəsə. Niyə də yox?".
Bu barədə sabiq deputat Etibar Hüseynov "Facebook" hesabında yazıb. Onun sözlərinə görə, bu gün ölkə boyu az qala bütün şəlalə, göl və sair pullu edilib ki, bura filankəs pul qoyub, əziyyət çəkib: "İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə də "Yaşat fondu"na yığılmaq şərtilə. Elə bilirəm ki, bu hamının ürəyincə olar. Hər kəsə istirahətdən əlavə ruhən və mənən bir rahatlıq da gətirər".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?