Rusiya sülhməramlılarının Dağlıq Qarabağda ermənipərəst fəaliyyətlərinə görə Azərbaycanla Rusiya arasında soyuqluq yaranması ilə bağlı iddialar var..
Politoloq: “Bölgəyə yerləşdirilən sülhməramlıların mandatı yoxdur və onların fəaliyyət istiqamətləri, hədəfləri, məqsədləri naməlum olduğu üçün onlar Qarabağda humanitar missiyaların həyata keçməsi ilə məğlub olurlar”.
“Ermənistanda faşizmin dərin kökləri var. Bu dövlət siyasəti səviyyəsində həyata keçirilir. Rusiya tərədfindən, xüsusən özlərinə sülhməramlı deyənlər tərəfindən bu cürsiyasətin dəstəklənməsi təbii olaraq Azərbaycan tərəfində böyük narahatlıqla qarşılanır”.
Bu sözləri politoloq İlyas Hüseynov Rusiya sülhməramlılarının Dağlıq Qarabağda ermənipərəst fəaliyyətlərinə görə Azərbaycanla Rusiya arasında soyuqluq yaranması iddiasını PİA.az-a şərh edərkən qeyd edib.
Rusiya sülhməramlılarının Dağlıq Qarabağda ermənipərəst fəaliyyətlərinə görə Azərbaycanla Rusiya arasında soyuqluq yaranması ilə bağlı iddialar var. Xüsusən sülhməramlıların Fransadan gələn nümayəndə heyətinin Bakıdan xəbərsiz Dağlıq Qarabağa səfər etmələri, həmçinin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin də rəsmi Bakı ilə razılaşdırmadan separatçıların rəhbərləri ilə görüşlər keçirməsi Rusiya ilə Azərbaycan arasında gərginliyə səbəb olan səbəblər kimi dəyərləndirilir.
Rusiyanın mandatsız sülhməramlılarının bu addımları Dağlıq Qarabağ ətrafında yeni gərginliyə yol aça bilərmi və bu gərginlik hansı nəticələr doğura bilər?
Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.
İlyas Hüseynov: “Çox yaxşı olardı ki, sülhməramlıların mandatı ilə bağlı çərçivə müəyyənləşdirilsin. Bu naməlum, hədəfi, məqsədləri bilinməyən fəaliyyətin nə ilə nəticələnəcəyi və hansı məcraya gedəcəyi böyük suallar doğurur”.
Ermənistanın qələbənin qeyd olunması ilə bağlı istənilən tədbirdə iştirak etməsinin böyük absurd yaratdığını düşünən politoloq PİA.az-a bildirib ki, öz ordusu haqqında inanılmaz nağıllar, miflər formalaşdıran Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi:
“Rusiya sülhməramlıları Qarabağa üçtərəfli bəyanat imzalanandan sonra gəldilər. Onların Qarabağda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində işlər görüləcəyinə ümid edilirdi. Sülhməramlılar fəaliyyətlərinin ilkin dövründə azacıq da olsa inam və etimad yaratdılar. Sonrakı dövrlərdə həm xəritələr üzərində manipulyasiyalar, həm də Ermənistanın xarici işlər naziri Araik Ayvazyanın separatçı əraziyə səfərini qabaqlamaması, eyni zamanda son dövrlər Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsinin rəsmi Bakı ilə razılaşdırılmadan separatçıların rəsmiləri ilə görüşlərin keçirilməsi sülhməramlılara olan inam və etimadın azalması ilə yanaşı, Azərbaycan və Rusiya münasiblərində də müəyyən gərginliyə səbəb oldu. Digər tərəfdən “İsgəndər M” raketlərinin qalıqlarının Azərbaycan torpağında tapılmasından sonra Rusiya tərəfindən rəsmi şəkildə qaneedici formada cavab verilməməsi iki ölkə arasında gərginliyin qalmasına dəlalət etdi.
Bütün bu məsələlər onunla bağlıdır ki, bölgəyə yerləşdirilən sülhməramlıların mandatı yoxdur və onların fəaliyyət istiqamətləri, hədəfləri, məqsədləri naməlum olduğu üçün onlar Qarabağda humanitar missiyaların həyata keçməsi ilə məğlub olurlar. Həmçinin Qarabağın işğaldan azad olunmayan hissələrində humanitar məqsədlər üçün tibb məntəqələri, məktəblər, yaşayış evləri, inzibati binaların tikilməsində iştirak edirlər. Bu işlər sülhün və təhlükəsizliyin qorunması çərçivələrini aşır. Bu da ictimaiyyətdə mənfi rəy formalaşdırır.
Çox yaxşı olardı ki, sülhməramlıların mandatı ilə bağlı çərçivə müəyyənləşdirilsin. Bu naməlum, hədəfi, məqsədləri bilinməyən fəaliyyətin nə ilə nəticələnəcəyi və hansı məcraya gedəcəyi böyük suallar doğurur.
İlyas Hüseynov: “Ümid edirik ki, rəsmi Bakı bu narahatlıqlarını Rusiya rəsmiləri qarşısında dilə gətirəcək və sülhməramlıların anlaşılmaz mövqelərinə görə izahat tələb edəcək”.
9 May qələbə günü ilə bağlı Xankəndində Rusiyanın keçirəcəyi hərbi parad da bir çox suallar doğurur. Ümumiyyətlə Ermənistanın qələbənin qeyd olunması ilə bağlı istənilən tədbirdə iştirak etməsi böyük absurd yaradır. Çünki öz ordusu haqqında inanılmaz nağıllar, miflər formalaşdıran Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi. Bir daha qeyd edim ki, sülhməramlıların qələbə günü ilə bağlı məhz Ermənistanda hərbi paradı təşkil etmələri sual yaradan məqamdır.
Bildiyimiz kimi Ermənistanda faşizmin əlaltıları olan Qaregen Njdeni abidəsi ucaldılıb. İlk növbədə Rusiya tərəfi bu abidənin sökülməsi ilə bağlı məsələ qaldırmalıdır. Digər tərəfdən dövlət sinvolikasında, siyasi nəzəriyyədə, siyasi təfəkkürdə çexantroizm ideallarına sadiq qalan Ermənistan tərəfinin bu cür paradın keçirilməsi ilə bağlı olan fəaliyyəti yolverilməzdir.
Ümumilikdə Ermənistanda faşizmin dərin kökləri var. Bu dövlət siyasəti səviyyəsində həyata keçirilir. Rusiya tərədfindən, xüsusən özlərinə sülhməramlı deyənlər tərəfindən bu cürsiyasətin dəstəklənməsi təbii olaraq Azərbaycan tərəfində böyük narahatlıqla qarşılanır.
Ümid edirik ki, rəsmi Bakı bu narahatlıqlarını Rusiya rəsmiləri qarşısında dilə gətirəcək və sülhməramlıların anlaşılmaz mövqelərinə görə izahat tələb edəcək. Azərbaycanla Rusiya arasında bir çox sahələrdə sıx münasibətlər var. Buna görə də iki ölkə arasındakı gərginliyin artmasına səbəb olan hərəkətlər etmək əvəzinə, əməkdaşlıq və sülh platformaları formalaşdırmaq bölgədəki qarşılıqlı münasibətlərin formalaşmasına daha çox diqqət edər”.
Sorğu
Yeni dizaynımız necədir?