Gundemxeber.az » Müsahibə » Professor: "Pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalı ştamlar gəlir"
"Bu, mutasiyaya uğrayan bir virus olduğundan, bir formadan digər formaya keçir. Xatırlayırsınızsa, əvvəl COVID-19 idi, sonra başqa ştamlar meydana çıxdı, indi “Delta” gəldi. Bunlar hamısı nəticə etibarilə koronavirusdur. Amma mutasiyaya uğradıqca, yüngül formaları üzə çıxır".
Gundemxeber.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) professoru Sədrəddin Atakişizadə "3-cü doza əvvəl vurulmuş iki vaksinlə eyni olmalıdır, yoxsa fərqli?" sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu ştamlar bəzi xəstələrdə özünü ağır şəkildə büruzə verə bilər: "Amma bir yaxşı cəhət var ki, pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalar gəlir. O ki qaldı 3-cü dozanın qəbulunda hansı vaksin vurulmasına, eyni də ola bilər, fərqli də. Düzdür, praktikada vaksin həmişə konkret ştamlara qarşı hazırlanır. Amma ştamlar qısa müddətdə mutasiyaya uğrayır, vaksinin hazırlanmasına isə çox vaxt lazım olur. Odur ki, hazırda istifadə etdiyimiz vaksinlər ciddi ağırlaşmalar yaratmadığı üçün istənilən ştamma qarşı tətbiq etmək məsləhət görülür. Çünki əlimizdə olan vaksinin tətbiqi yalnız pandemiyanın yayılmasının qarşısının alınmasına xidmət edə bilər".
Gundemxeber.az
22-12-2020, 11:41
19-07-2021, 12:49
26-05-2021, 12:18
13-02-2021, 10:56
26-01-2016, 10:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?