GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İŞİD-in öldürməyə çalışdığı, Əsədlə görüşən məşhur sirləri açdı: "Azərbaycanı günahlandırırdı ki..."

İŞİD-in öldürməyə çalışdığı, Əsədlə görüşən məşhur sirləri açdı: "Azərbaycanı günahlandırırdı ki..."

Tarix: 7-10-2021, 12:40 Bölmə :Müsahibə Baxış: 376


"Suriya prezidentinə heç kimin yaxın dura bilmədiyi dövrdə onunla müsahibə etdim, hətta bəzi məqamlarda ona provokativ suallar verməkdən çəkinmədim”.

Gundemxeber.Az bildirir ki, bu sözləri Publika.az-a müsahibəsində dünya şöhrətli jurnalist Həsən Heydər Diab bildirib.

- Cənab Diab, bu günlərdə Şuşaya səfər etdiniz. Nə hiss etdiniz?

- Şuşa tarixi əhəmiyyətli mədəniyyət mərkəzidir. Şəhərin vəhşicəsinə dağıdılması məni çox kədərləndirdi. Bunu ancaq sivilizasiyadan xəbərsiz barbarlar edə bilərdi. Bir şəhərin mədəniyyətini talan qoymağın bir adı var - ermənilik. Bosniyanın qədim Mostar şəhərini yer üzündən silməyə çalışanlar Haaqa Beynəlxalq Məhkəməsinin qərarı ilə 20 il azadlıqdan məhrum ediliblər. Təəssüf ki, Şuşanın qatilləri qanun qarşısında hələ ki, məsuliyyətə cəlb olunmayıblar. Təbii ki, ən önəmlisi odur ki, Şuşa artıq azad olunub. Əminəm ki, o, işğaldan əvvəlki dövrdən də gözəl olacaq. Avtomagistrallar, yollar salınır. Xalqınızın hər bir üzvü Şuşaya xüsusi həssaslıq və məhəbbətlə yanaşır. Mən hərbi jurnalistəm, müharibə bölgələrində çox oluram. Bəzi ölkələr 20 ildir ki, savaşdan çıxıb. Amma yenidənqurma və bərpa işləri hələ də görülməyib. Şuşaya səfərim mənim üçün çox önəmli idi. Elə orada olanda söz verdim ki, ölkəmə qayıdandan sonra bəyənsələr də, xoşlarına gəlməsə də, yenə həqiqəti dünyaya yayacam.

- Təşəkkür edirəm. Bu günlərdə "TÜRKSOY Media Mükafatı” ilə təltif olundunuz. Təbrikimi qəbul edin və təbii ki, təəssüratlarınızı öyrənmək istəyirəm...

- Jurnalist vicdanlı olmalıdır. Gördüyünü yalansız çatdırmalıdır. Sözün açığı, jurnalist kimi Qarabağ mövzusu məni xüsusi maraqlandırmayıb. Çünki əsas maraq dairəm Yaxın Şərqdir. Amma xarici mətbuatda Azərbaycan barədə neqativ məqalələri oxuduqca sanki bu haqsızlığa dur demək istədim. Ermənilər bu müharibəyə xristian-müsəlman savaşı adı verərək beynəlxalq ictimaiyyətin fikrini yanlış yöndə istiqamətləndirdikcə jurnalist missiyamı yerinə yetirməyə borclu olduğumu anladım. Xatırlayırsınızsa, bəzi mətbuat orqanları Azərbaycanı cihadda günahlandırırdı. Əslində isə Azərbaycan öz torpağını 30 illik işğaldan azad etməyə çalışırdı və buna nail oldu. Çünki beynəlxalq qanunla buna haqqı çatırdı. Çünki tək həqiqət budur. Necə ki, Xorvatiya serblərin işğalı altında olan ərazisini azad etməli idi. Xorvatiyanın ən çox reytinqə sahib olan media orqanları ilə əməkdaşlıq edirəm. Bu gün dünya mətbuatının söz azadlığı problemi var. Hər dəfə Azərbaycanla bağlı xəbərlər paylaşdıqca Balkanlarda fəaliyyət göstərən erməni icmaları baş redaktoruma şikayətlər ünvanlayırdılar. Hətta bəziləri məni təhdid edirdilər. Mən peşəmə sadiq insanam. Heç vaxt qərəzli xəbər paylaşmamışam, bundan sonra da paylaşmayacam. Axı necə susa bilərəm? Qarabağın ölüləri də məzarda rahat uyuya bilmirlər. Erməni barbarları hətta qəbirləri dağıdıb ölülərin sümüklərini ətrafa töküblər. Kəllə sümüklərinin, insan skeletlərinin yanında addımlamaq böyük dəhşət idi. Düşünürəm ki, bu, nəinki İslama görə, bütün inanclara görə ağır günahdır. İnanın ki, şokda idim. Nigaranlıq və ağrıdan başqa heç nə hiss etmirdim.




- Cənab Diab, Suriya prezidenti ilə məşhur müsahibənizdən danışa bilərik?

- Jurnalistika inad deməkdir. Ruhdan düşməyə haqqın yoxdur. Ümumiyyətlə, jurnalistikada "yox” anlayışı yoxdur. Müsahibimdən razılıq alanadək ruhdan düşmürəm. Suriya Prezidenti Bəşər Əsədlə də eyni hal baş verdi. İki ilə yaxın prezidentin elektron ünvanına məktublar yazmağa davam elədim. Bu müddətdə heç yorulmadım, istəyimdən dönmədim. Müharibədən 3 ay sonra Suriyaya səfər edən ilk əcnəbi jurnalistlər siyahısında idim. Heç vaxt müharibə haqda yanlış məlumat paylaşmamışdım. Bəşər Əsədin komandasında çalışan hər kəs məni yaxşı tanıyırdı. Suriya prezidentinə heç kimin yaxın dura bilmədiyi dövrdə onunla müsahibə etdiyim, hətta bəzi məqamlarda ona provokativ suallar verməkdən çəkinmədiyim üçün özümlə qürur duyuram. Müsahibəni dünyanın 180 ölkəsinin nəhəng informasiya agentlikləri də yayımladı. Tanınmış jurnalist Kristian Amanpur Ağ Evin önündə müsahibəmi oxuyub şərh edirdi. Emmanuel Makron da daxil olmaqla bir sıra dünya liderləri Əsədlə söhbətimiz haqda fikirlərini bölüşməyə başladılar. Amma bundan sonra zərrə qədər də dəyişmədim. Yenə eyni həssaslıq və inadla yeni həmsöhbətlər qazanıram. Ən sadə vətəndaşdan dünya liderlərinədək eyni həssaslıqla yanaşıram. Jurnalistikanın xarakteristikası da budur.

- Növbəti sualım da bununla bağlı idi. Məni qabaqladınız. Jurnalistikanın tərifi, yaxud vacib məqamları varmı?

- Həyati təhlükən də olsa belə, hadisələrə obyektiv yanaşmalısan. Mən Livanın Beyrut şəhərində anadan olmuşam. 2006-cı ildə Livanla İsrail arasında müharibə başladı. Sonra İsrail ordusu Beyrutu bombalarla atəşə tutdu. Doğma şəhərimi tərk etmədən emosiyalarımı kənara qoyub obyektiv məlumat yaymağa başladım. Bəzi həmkarlarım buna görə məndən inciyirdilər. Lakin bildirdim ki, heç bir tərəfin yanında olmadan qərəzsiz xəbər paylaşmalıyam. Bəli, bütün reportajlardan sonra bir kənara çəkilib ağlayırdım. Doğulub böyüdüyüm şəhərim darmadağın edilmişdi. Amma bu, mənim şəxsi kədərim idi. Obyektivliyimə görə İŞİD-in terrorçuları məni ölümlə hədələyirdilər. Mənimlə də kifayətlənməyib, ailəmi təhdid edirdilər. Məhz buna görə 4 il polis nəzarətində yaşadım. Amma qorxum vicdanımı üstələmədi. Jurnalist həkimdir. Dostunu da, düşmənini də səhih informasiya ilə sağaldıb sülhə dəvət etməlidir.



- Ümumiyyətlə, dünyanın qaynar nöqtələrinə səfər edirsiniz, qlobal problemlərə toxunursunuz. Əfqanıstanda baş verənlərə dəfələrlə münasibət bildirmisiniz. Bu mövzuya da toxunmağınızı istərdim.

- Demək olar ki, bütün müharibə nöqtələrində olmuşam. Əfqanıstana gələndə isə şübhəsiz, ABŞ və NATO üçün böyük zərbə oldu. Hələ 2001-ci ildə ABŞ-ın prezidenti olmuş Corc Buş "Əl-Qaidə”nin törətdiyi terrordan sonra Əfqanıstandakı taliblərə qarşı hərəkətə keçdi. Müharibəyə 2 trilyon dollar xərclədi. Minlərlə günahsız insan bu müharibənin qurbanı oldu. Həmin dövrdən 20 il vaxt keçib. "Taliban” və "Əl-Qaidə”ni məhv etmək əvəzinə, dünya üstəlik İŞİD-lə də mübarizə aparır. ABŞ Əfqanıstanı tərk edərkən dəhşətli mənzərələrə şahid olduq. İllərdir demokratiyaya ümid edib çarəsizliyin son həddinə çatan əfqan xalqı ölkəsindən qaçmaq üçün hər yola əl atmağa başladı. Həyatı bahasına təyyarənin təkərlərinə sarılıb Əfqanıstandan çıxanların faciəvi ölümünü izlədik. Demokratik dünya sivilizasiyasının ən böyük utancı bilirsiniz nədir? "Taliban”ın qələbəsini qəbul edib onlarla danışıq masasına oturmaq. Yaxşı, gəlin, görək, müasir dünya İraq və Suriyada sülhə nail oldumu? Əlbəttə, yox! Artıq dünya anlamalıdır ki, silah gücünə sülhə nail olmaq mümkün deyil. Demokratiya hər bir millətin özünün qərar verəcəyi anlayışdır. Bəzi həmkarlarım deyir ki, Ben Laden sağ olsaydı, Amerikanın bu çarəsizliyinə sevinərdi. Bilmirəm. Ağır məqamdır.

- Gözəl ölkəniz barədə bizə məlumat versəniz, sevinərəm.

- 40 ildir ki, Xorvatiyada yaşayıram. Dünyanın ən gözəl adaları, dənizi burada yerləşir. Ən məşhur ulduzlar istirahət üçün Xorvatiyanın Dubrovik şəhərini seçirlər. İnsanları, dağları, çayları... Bu möcüzələr haqda uzun danışmaq istəmirəm. Çünki elə söhbətimiz boyu sizə subyektiv fikirlərdən qaçdığımı bildirirəm. Ölkəmi yaxından tanımaq istəyənləri həmişə dəvət edirəm ki, gəlib gözləri ilə görsünlər.

GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şuşaya çəkilən yol tarixi, Qələbəyə aparan yoldur” - Prezident İlham Əliyev

    “Şuşaya çəkilən yol tarixi, Qələbəyə aparan ...

    15-01-2021, 13:06

  • 
  • Şuşa Polis Şöbəsi Şuşaya köçürüldü, hərbi komendantlıq fəaliyyətə başladı

    Şuşa Polis Şöbəsi Şuşaya köçürüldü, hərbi ...

    12-11-2020, 13:26

  • 
  • Azad edilmiş Şuşaya yeni başçı lazımdır... - Gözəl Şuşanı Bayram Səfərova həvalə etmək olmaz...

    Azad edilmiş Şuşaya yeni başçı lazımdır... - ...

    14-11-2020, 12:31

  • 
  • Şuşa şəhəri işğaldan azad edildi

    Şuşa şəhəri işğaldan azad edildi ...

    8-11-2020, 13:24

  • 
  • Şuşanın işğalı — Ölüm sükutuna qərq olmuş şəhər

    Şuşanın işğalı — Ölüm sükutuna qərq olmuş şəhər ...

    8-05-2018, 15:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu