GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Ermənilər Aqil Abbasın evini 300 dollara iranlılara satıb - Şok

Ermənilər Aqil Abbasın evini 300 dollara iranlılara satıb - Şok

Tarix: 15-10-2021, 15:41 Bölmə :Müsahibə Baxış: 743

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aqil Abbas Teleqraf.com-un suallarını cavablandırıb.


Müsahibəni təqdim edirik:

- Aqil müəllim, Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşündən pozitiv ayrılmasının ardınca Qarabağda qanunsuz erməni silahlıları təxribatlar törədir. Bu hallar prosesin irəliləməsinə necə təsir göstərəcək?

- Ermənilər bu cür yanaşmaları ortaya qoymaqla özlərinin mövcudluğunu göstərməyə çalışırlar. Məğlub olmuş bir ölkə “imicini” qorumağa cəhd edir. Ona görə, erməni rəsmilərinin bu cür yanaşmalarına da adi hal kimi baxmaq lazımdır. Amma onların təxribatlarına heç bir halda göz yummaq olmaz. Bu, ciddi bir məsələdir. Burada məsuliyyət sülhməramlıların üzərinə düşür. Belə olan halda sülhməramlıların da fəaliyyətinə yenidən baxmaq lazım olacaq.

- Azərbaycan tərəfi bu cür təxribatlara qarşı necə addım atmalıdır?

- Əgər bizə qarşı bir təxribat varsa, buna mütləq cavab verilməlidir. Biz də öz növbəmizdə erməni tərəfinin mövqelərini vurub dağıtmalıyıq. Bunun ayrı yolu yoxdur. Belə olsa, orada bir dənə də olsun silahlı erməni qalmayacaq. Ağıllı olmasalar belə də olacaq.

- Erməni tərəfi ATƏT-in Minsk Qrupunu yenidən prosesə cəlb etmək niyyətini necə dəyərləndirirsiniz?

- Azərbaycan dövlətinin, Ali Baş Komandanın bununla bağlı qəti mövqeyi var. ATƏT-in Minsk Qrupu da Qarabağın “statusu” kimi gorbagor olub. Biz də öz növbəmizdə səbrli olmalıyıq. Onların danışığı ilə heç nə həll olunan deyil.

- Bu günlərdə Ermənistan parlamentinin sədri Suriya səfiri ilə görüşdə Türkiyə ilə bağlı absurd iddialar irəli sürüb. Əməkdaşlıq mesajları fonunda bu ritorika nəyə hesablanıb?

- Ermənistan bəzən özünü elə bir "mövqedə" hesab edir ki, qardaş Türkiyəni də ittiham edir. Vətən müharibəsində biz digər ölkələr kimi qardaş Türkiyədən də müasir silahlar, hava hücum vasitələri almışıq. Ermənistan da öz növbəsində digər ölkələrdən silahlar alıb. Bu gün Türkiyə dövlətinin rəhbəri hörmətli Rəcəb Tayyib Ərdoğan bütün dünyada sülhün tərəfdarı olduğunu bildirir. Türkiyə dövləti heç bir dövləti hədələməyib. Yalnız həqiqət, faktlar, haqlı məsələlər dilə gətirilib.

- Ermənistanda revanşist ab-havası olsa da ümumilikdə toplumun müharibə ritorkasına münasibəti necə şərh etmək olar?

- Erməni cəmiyyəti ona görə də, yenidən Paşinyana səs verdi ki, onlar yenidən müharibə istəmirlər. Son proseslər bunu bir daha açıq şəkildə göstərirdi. Revanşist, avantürust qüvvələr nə qədər erməni cəmiyyətində mövcud olsa da, bu ümumi bir mövqeni əhatə etmir. Ermənistanda artıq hər kəs müharibənin onlar üçün hanslı fəsadlar yaratdığını, bundan sonra yenidən bir hərbi əməliyyatların nələrə gətirib çıxaracağını dəqiq bilirlər. Ona görə də, Ermənistan tərəfindən ara-sıra səslənən əsassız bəyanatlar sadəcə daxili auditoriyaya hesablanıb.

- İndiki halda Ermənistana İranın təsirləri nə dərəcədə əsaslıdır?

- İran bölgədə yaranmış yeni reallıqda bir çox üstünlüklərini, qeyri-qanuni ticarət və digər proseslərdəki mövqeyini itirib. Azərbaycan əraziləri 30 ilə yaxın işğalda qalıb. Şəxsən mən, Aqil Abbasın evini 300-500 dollar müqabilində ermənilər iranlılara satıb. Hazır bir evi ermənidən belə qiymətə alan iranlılar onun daşına, torpağına qədər hər şeyi daşıyıb aparıb. Bununla bağlı da dəfələrlə mətbuatda çıxışlarım olub. İran necə müsəlmandır ki, mənim Ağdamdakı döşəyimi oğurlayıb aparıb? Mənim evimin mebelini, daş-taxtasını necə aparıb özünə ev edə bilərsən ki? Axı orada, o əşyalarda mənim, ölənlərimin ruhu var. Sən bunun içində necə yata bilərsən? Bu necə müsəlmançılıq olar bilər? Ona görə də, İranın bu gün Azərbaycanla bağlı iddiaları heç bir halda əsaslı sayıla bilməz. Bu kimi məsələlərə o qədər də əhəmiyyət vermək lazım deyil.

Azərbaycanda İsrailin heç bir hərbi və mülki obyekti yoxdur. Hamı kimi biz də İsraildən pulumuzu verib silah almışıq. Bu, bir bazardır. Vaxtilə İran da İsraildən aldığı silahlarla İraqa qarşı vuruşurdu. Bu da faktdır. İran mətbuatında bununla bağlı yazılar vardı. Eyni zamanda Azərbaycanın kiminlə dost olub-olmaması onun özünün daxili işidir. İran məsciddə donuz saxlayan Ermənistanla dostluq edir. Amma biz ona niyə Ermənistanla dostsan demirik? Ona görə də, bizə də kimsə, deyə bilməz ki, İsraillə dostluq etməyin. Azərbaycanın qapıları ona dost olanların özünə açıqdır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aqil Abbasın səhhətində ciddi problem yaranıb - "Yeriyə, ayaqqabı geyinə bilmirəm"...

    Aqil Abbasın səhhətində ciddi problem yaranıb - ...

    14-01-2016, 21:30

  • 
  • Vahid Əhmədov Aqil Abbasın təklifinə qarşı çıxdı

    Vahid Əhmədov Aqil Abbasın təklifinə qarşı çıxdı ...

    21-01-2016, 22:31

  • 
  • Hərbiçimiz erməni helikopterinə gorә cəzalandırıldı - VİDEO

    Hərbiçimiz erməni helikopterinə gorә ...

    5-12-2014, 23:56

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20

  • 
  • Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı sülhməramlıların işini müzakirə edib

    Putin Rusiya Təhlükəsizlik Şurası ilə Qarabağdakı ...

    27-11-2020, 16:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu