"Şəhidlər ölmür sözü əbəs deyilmir. Şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq".
Bunu ötən gün Xızıda şəhid olan hərbçilərlə keçirilən vida mərasimində Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant İlham Mehdiyev deyib: "Bu gün biz silahdaşlarımızı son mənzilə yola salırıq. Kədərimiz sonsuzdur. Əlbəttə valideynlərin də kədərini başa düşürük. Yeganə təsəllimiz odur ki, silahdaşlarımız şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycan xalqının övladına çevrilib. Bu gün dəfn mərasimini keçirdiyimiz şəhidlərimiz Vətən müharbəsində də öz vəzifələrinin öhdəsindən gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq. Əziz valideynlər siz hər bir sərhədçinin timsalında minlərlə oğul, qardaş qazanmısız”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?