GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elton Məmmədov Ramiz Mehdiyevlə məhkəmə çəkişməsindən danışdı: - "İmkan verməzdim ki, məni çirkin işlərə təhrik etsinlər..."

Elton Məmmədov Ramiz Mehdiyevlə məhkəmə çəkişməsindən danışdı: - "İmkan verməzdim ki, məni çirkin işlərə təhrik etsinlər..."

Tarix: 22-12-2021, 11:31 Bölmə :Müsahibə Baxış: 597


GundemxeberAz sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun Demokrat.az-a müsahibəsini təqdim edir:

— Elton müəllim, ilk olaraq elmi fəaliyyətinizlə bağlı danışardınız. Hazırda hansı yeniliklər var və nələr gözlənilir?

— Hazırda elmi fəaliyyətimi davam etdirirəm. Təhsil, tədrislə məşğulam, həmçinin kafedrada dərs deyirəm. Yəni, Azərbaycan ziyalısı kimi işlərimlə məşğulam.

— Siz daha çox dövlət sahəsində çalışmısınız. Bəs, övladlarınız necə?

— Düzü, uşaqlarımın hər biri özəl sektorda çalışır. Kiçik oğlum Milli Məclisdə 9 il işlədikdən sonra özəl sektorda çalışmağa başladı. Yəni, övladlarım dövlət sektorunda işləmirlər. Yəqin ki, özlərini orada görürlər və ölkə daxilində də öz şəxsi biznesləri var.

— Vəzifədə olmuş bir çox məmurlarımızın övladları xaricə üz tuturlar. Bəs, siz övladlarınızın xaricdə olmasına və orada fəaliyyət göstərmələrinə necə baxırsınız?

— Mənim uşaqlarımın heç vaxt xaricdə biznesi olmayıb və xaricdə olmağına da pis baxmıram. Yəni, kim harada özünü məqbul hesab edirsə, orada yaşasın. Təbii ki, vətəndaşlarımızın da xaricə getməsi pis məsələ deyil. Gedirlər, orada inkişaf edirlər və dövlətimizin, xalqımızın adını ucaldırlar. Orada yaxşı-yaxşı işlərlə məşğul olurlar. Bunlar dövlətimiz üçün çox müsbət addımlardır. Yəni, fərqi yoxdur, özəl sektorda, yaxud da ki, dövlət sektorunda fəaliyyət göstərirlər. Bütün hallarda fəaliyyətləri dövlətçiliklə bağlıdırsa, dövlətdə olan ictimai-siyasi həyatla bağlıdırsa və onlara xidmət edirlərsə, bunları müsbət dəyərləndirirəm. Çünki özəl sektorda da, dövlət də öz töhfələrini dövlətimizə, dövlətin iqtisadiyyatına verirlər.

— Elton müəllim, vaxtilə sizin AMEA-dan işdən çıxarılmağınızla bağlı bir sıra iddialar səsləndirilirdi. İddialardan biri akademik Ramiz Mehdiyevin sizin maliyyəniz hesabına akademiyanı təmir etdirməsi ilə bağlı idi. Hətta, sizi aldatmasıyla bağlı da fikirlər gəzir. Bu məsələ barədə sizin fikirləriniz maraqlıdır. Bu iddialar nə dərəcədə doğrudur?

— Xeyir, belə hallar yaşanmayıb. Məni heç kim aldatmayıb, alda da bilməz. Yəni, elə şey yoxdur və hər şey normaldır.

— Bəs vəzifədən çıxmağınızla bağlı Ramiz Mehdiyevlə aranızda böyük problemlərin yaşandığı deyilir…

— Mənim onunla aramda heç bir problem olmayıb. Olanlar da, hamısı ictimailəşib və həmin məsələlərə də aidiyyatı üzrə Səbail Rayon Məhkəməsində baxılıb. Təbii ki, məhkəmə də ədalətli qərar çıxardı və iş yerimə bərpa edildim. Yəni, işə bərpa və əmək münasibətləri üzrə iddialarım təmin edilib.

— Bu gün Ramiz Mehdiyevlə münasibətləriniz necədir?

— AMEA-dan gedəndən sonra onunla münasibətim olmayıb. Düşünürəm ki, işim məhkəmənin prosessual, konstitision müddətə uyğun bərpa ediləndən sonra, yəqin ki, iş prosesində münasibətim olacaq. İşdən gedəndən sonra isə Ramiz Mehdiyevlə görüşməmişəm. Təzəlikcə, məhkəmə qətnaməsi ilə iş yerimə bərpa olunmuşam. İndi konstitision müddəti gözləyirəm, ondan sonra fəaliyyətimə Azərbaycan Milli Elmlər Akademiyasında həminki vəzifəmdə çalışmağa başlayacağam.

— Necə düşünürsünüz, nə səbəbə görə, sizi işinizdən uzaqlaşdırmağa çalışırdılar? Bunu sizə qarşı bir haqsızlıq kimi dəyərləndirmək olarmı?

— Bəli, haqsızlıqdır və bəzi adamların öz çirkin niyyətlərini həyata keçirməkdir. Təbii ki, çalışdığım müddətdə dövlətçilikdə heç bir saxtakarlığa yol verməmişəm, ölkə rəhbərliyinin siyasətinə uyğun çalışdığımız sahədə dövlətin siyasətinə dəstək vermişəm. Bu gün də, o niyyətdəyəm.

— Sizə qarşı haqsızlığa yol verilən zaman AMEA-nın rəhbəri Ramiz Mehdiyev olub. Sirr deyil ki, onun icazəsi olmadan kimsə bu addımı ata bilməzdi. Bəs, siz necə düşünürsünüz?

— Bir adamın istəyi hələ ümumi ictimai rəy demək deyil. Əgər müəssisədə çalışan insan vicdanla öz vəzifə səlahiyyətlərini icra edirsə və digər yanaşmada rəhbərin çirkin niyyətini həyata keçirmirsə, o, demək deyil ki, o, vəzifə səlahiyyətlərini icra etmir. Mən vəzifə səlahiyyətimi üzərimə düşən əsasnaməyə uyğun həmişə harada işlədiyimdən asılı olmayaraq, həyata keçirmişəm. Hər zaman da dövlətçilik prinsipini öndə tutmuşam.

— AMEA-da işlədiyiniz müddətdə sizi çirkin işlər görməyə təhrik edənlər olubmu?

— Cəhdlər olub, amma imkan verməzdim ki, məni çirkin işlərə təhrik etsinlər. Bu, mümkünsüz bir şeydir.

— AMEA-nın prezidenti olmaq istərdinizmi?

— Harada məsləhət olunacaqsa, orada dövlətə xidmət edəcəm. İstər elm, istər təhsil, istərsə də təsərrüfat sahəsində, yəni harada istəyirlərsə. Bütövlükdə ölkə rəhbərinin əsgəriyik

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədovun qardaşı oğlu baş müşavir oldu

    Ziya Məmmədovun qardaşı oğlu baş müşavir oldu ...

    19-06-2019, 16:23

  • 
  • Ziya Məmmədovun qardaşına ağır ittiham – Separatçılarla əlaqəsi araşdırılır

    Ziya Məmmədovun qardaşına ağır ittiham – ...

    21-07-2019, 15:16

  • 
  • Ziya Məmmədovun qardaşı: "...yəqin namizədliyimi verəcəm"

    Ziya Məmmədovun qardaşı: "...yəqin ...

    19-09-2015, 14:08

  • 
  • Ramiz Mehdiyev Elton Məmmədovu işdən niyə qovub? - TƏFƏRRÜAT

    Ramiz Mehdiyev Elton Məmmədovu işdən niyə qovub? ...

    21-12-2021, 16:16

  • 
  • Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan MƏHRUM EDİLİR

    Ziya Məmmədovun qardaşı oğlu sürücülük hüququndan ...

    2-07-2020, 11:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu