GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Azərbaycanda insan haqları sistematik şəkildə pozulur"

"Azərbaycanda insan haqları sistematik şəkildə pozulur"

Tarix: 9-11-2013, 22:25 Bölmə :Müsahibə Baxış: 863
 "Azərbaycanda insan haqları sistematik şəkildə pozulur"

Azərbaycanın İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov Vaşinqtona səfəri zamanı keçirdiyi görüşlər barədə Amerikanın Səsinə müsahibə verib.
Söhbət zamanı cənab Cəfərov prezident seçkilərindən sonra ölkə insan haqlarının durumu barədə də danışıb. Onun sözlərinə görə, son 5-6 ildə Azərbaycanda insan haqları sistematik şəkildə pozulub.
"Turan" isə bildirir ki, cümə axşamı demokratiya müdafiəçilərindən ibarət bir qrup məktub göndərərək, Obama administrasiyasını “İlham Əliyev hökumətinə güvənməməyə” çağırıb.
“Turan”ın məlumatına görə, bu, Ağ Ev rəhbərinin məktubunun Azərbaycan prezidentinin saytında dərc edilməsindən bir neçə saat sonra baş verib. Məktubda ABŞ prezidenti I.Əliyevi üçüncü müddətə prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib.
“Bu təbriklər özü-özlüyündə problem əlamətidir. Təsəvvür edin ki, sizin doğum gününüzdür, amma kimsə sizi bir aydan sonra təbrik edir”, - deyə “Amerika Azərbaycanlıları Demokratiya Uğrunda” (AZAD) Cəmiyyətinin sədr müavini Qorxmaz Əsgərov bildirib.
AZAD yaranmış vəziyyət, həmçinin Azərbaycanda insan hüquqları və demokratiyanın pozulması ilə bağlı müzakirələr təşkil edib. Əsas məruzəçilər Insan Haqları Klubunun rəhbəri və “Art for democracy” layihəsinin koordinatoru Rəsul Cəfərov, bu layihənin direktoru Rebekka Vinsent, post-kommunist ölkələrinin demokratikləşməsi məsələləri üzrə tanınmış ekspert Irena Lasota olub.
AZAD-ın rəhbəri Elmar Şahtaxtinski və digər natiqlər tədbirdə çıxış edərək bildiriblər ki, Azərbaycanın gələcəyini azərbaycanlılar özləri həll edəcəklər. Lakin ölkədə vəziyyətin pisləşməsi Qərbi və ABŞ-ı demokratiya və insan hüquqları məsələsinin prioritetliyini etiraf etməyə məcbur edəcək.
Çıxışçılar bildiriblər ki, demokratiya ilə bağlı vəziyyətin pisləşməsi və korrupsiya ilə əlaqədar Azərbaycanın Qərbin stabil tərəfdaşı olması sual altında qalır.
“Azərbaycan özünü hər vəchlə etibarlı tərəfdaş kimi təqdim etməyə çalışır, amma belə deyil”, - deyə Rebekka Vinsent vurğulayıb.
“Azərbaycan BMT, Avropa Şurasına daxil olarkən və bir sıra beynəlxalq sənədləri ratifikasiya edərkən insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.
Azərbaycan hökuməti sistemli şəkildə insan hüquqlarını pozur, beynəlxalq tənqidlərə məhəl qoymur ki, bu da hakimiyyətin demokratik normaları və insan hüquqlarını təmin etməkdə maraqlı olmadığından xəbər verir" - bunu isə Rəsul Cəfərov qeyd edib.
Azərbaycanda söz azadlığının vəziyyətindən danışan Rebekka Vinsent bildirib ki, hökumət cəmiyyətdə özünüsenzura atmosferi yaratmaq məqsədilə ən müxtəlif addımlar atır. Xanım Vinsent xatırladıb ki, Azərbaycanda 140 siyasi məhbusdan 9-u jurnalist, biri bloggerdir: “Yeni tendensiya odur ki, artıq jurnalistləri öz işlərinə görə yox, xuliqanlığa, narkotik maddə saxlamaq, vergidən yayınmaq, terrorizm və s. ittihamlarla həbs edirlər. Bu da təqiblərin siyasi motivli olduğunu gizlətmək məqsədilə edilir.
Ilham Əliyev Azərbaycanı Türkmənistana çevirməyə çalışır. Məsələ də budur ki, Əliyevin Qərb ölkələrilə əməkdaşlığından nə gözləmək olar? Vaşinqton öz dəstəyini davam etdirməli və optimist olmalı, insanlarla daha yaradıcı əməkdaşlıq yolları tapmalıdır".
Çıxışlarda qeyd olunub ki, dövlət elektron mediaya tam nəzarət etdiyindən Internet yeganə ümid olaraq qalır, lakin bu sahədə də vəziyyət pisləşir.
“Hökumət tənqidi fikirlərini ifadə etmək üçün Internetdən istifadə edənləri cəzalandırmaq ənənəsini davam etdirir. Bütün bunlar belə deməyə əsas verir ki, dövlət başçısı ölkəni xalqın iradəsinə uyğun olaraq qanuni şəkildə idarə etdiyini bildirsə də, əslində, bu, belə deyil”, - deyə Qorxmaz Əsgərov vurğulayıb.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç auditoriyaya müraciət edərək deyib ki, iqtisadi duruma daha çox diqqət yetirmək lazımdır, xüsusən sərvətin ədalətli bölgüsünə, iqtisadi islahatların vacibliyinə: “Prezidentin 85 faiz səslə seçildiyi rejimlər ”çox həssasdır". Azərbaycanın iqtisadi durumuna baxsaq, görərik ki, neft hasilatı azalır, rejim indiyədək əldə etdiyi gəlirlərlə yaşamağa adət etməli olacaq".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

    Prezident İlham Əliyev dominikanlı həmkarını ...

    27-02-2016, 17:10

  • 
  • Obama İlham Əliyevi təbrik etdi

    Obama İlham Əliyevi təbrik etdi ...

    7-11-2013, 19:52

  • 
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib

    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib ...

    24-12-2015, 15:02

  • 
  • Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

    Prezident İlham Əliyev əlcəzairli həmkarını ...

    31-10-2015, 19:43

  • 
  • Obama Gürcüstan prezidentini təbrik etdi

    Obama Gürcüstan prezidentini təbrik etdi ...

    17-11-2013, 12:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (256)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu