GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Moskva ABŞ-a və müttəfiqlərinə hərbi təzyiq göstərməyə məcbur olacaq”

“Moskva ABŞ-a və müttəfiqlərinə hərbi təzyiq göstərməyə məcbur olacaq”

Tarix: 17-01-2022, 14:03 Bölmə :Müsahibə Baxış: 272

Rusiya Federasiyası Qərb və Şərq sərhədlərinin təhlükəsizliyini gücləndirir. Qərb istiqamətində Ukrayna ilə sərhəddə hərbi təlimlər keçirmək üçün 100 minlik qoşun toplayıb, Şərq istiqamətində isə ordusunun döyüş hazırlığını yoxlayır. Nəyə hazırlıq gedir?! Gundemxeber.az bildirir ki, AzVision.az mövzu ilə bağlı G.V.Plexanov adına RİU-nun politologiya və sosiologiya kafedrasının dosenti, hərbçi-politoloq Aleksandr Perenciyev ilə söhbətləşib.

- Rusiya Müdafiə Nazirliyi qəflətən döyüş hazırlığının yoxlanmasını elan edib. Bu, nə ilə bağlıdır?

- Yeni il tətilindən sonra Rusiya ordusunun döyüş hazırlığının qəfil yoxlanılması Rusiya Federasiyası Silahlı Qüvvələrinin döyüş hazırlığı sistemində adi haldır. Bu cür yoxlamalar mövcud təhlükələrlə bağlı deyil, mümkün və gözlənilməz təhlükələri dəf etmək üçün qoşunların hazırlanması ilə əlaqədar həyata keçirilir. Yoxlamanın Şərq hərbi dairəsində aparılması onun Ukrayna, Rusiya ilə NATO arasındakı gərginliklə heç bir bağlılığı olmadığını aydın şəkildə göstərir. Qazaxıstandakı hadisələrlə də heç bir əlaqəsi yoxdur, çünki bu ölkə ilə RF Silahlı Qüvvələrinin Mərkəzi hərbi dairəsi həmsərhəddir.

- Niyə döyüşə hazırlığın yoxlanılması məhz Şərq hərbi dairəsinin qoşunlarında aparılır?

- Çünki qəfil yoxlamanın Qərb hərbi dairəsində aparılması dərhal Qərbə aid və digər KİV-də ajiotaj yaradacaq, onlar Rusiyanın yenidən Polşa və Baltikyanı ölkələrə qarşı təhdidindən danışmağa başlayacaqdılar. Cənub hərbi dairəsini yoxlamağa başlasalar, onda informasiya hay-küyü “Rusiya Ukraynaya hücuma hazırlaşır” şüarı altında yüksələcəkdi. Mərkəzi hərbi dairədə yoxlamalar başlayacağı təqdirdə dünya mediasındakı hər cür şərhçi və ekspertlər dərhal Rusiyanın Qazaxıstanın daxili işlərinə qarışmaq niyyətindən danışmağa başlayacaqdılar. Beləliklə, məlum oldu ki, RF Silahlı Qüvvələrinin Baş Qərargahı bütün bu uydurmaların qarşısını almaq üçün məhz Şərq hərbi dairəsini qəfil yoxlamağın ən yaxşı variant olduğuna qərar verdi. Üstəlik Arktikada, Kuril adalarında, Kamçatkada və Saxalin adalarında Rusiya sərhədlərinə qarşı olan təhdidləri heç kim aradan qaldırmayıb. Bizdə bütün yoxlamalar Suvorov prinsipinə uyğun aparılır: "Təlimdə çətindirsə, döyüşdə asandır!"

ABŞ 100 min rus əsgərinin Ukrayna ilə sərhəddə cəmləşməsindən narahatdır. Amerikalılar deyirlər ki, Rusiya onlara təlimin növü və onu nə vaxt başa çatdırmağı planlaşdırdığı barədə məlumat vermir. Ona görə də düşünürlər ki, bunlar adi təlimlər deyil, nəsə Ukraynaya zərər verə biləcək başqa bir şeydir. Bunu necə şərh edərdiniz?

- Məncə, bu, ABŞ-ın problemidir. Qoy istədikləri kimi düşünsünlər. Rusiya öz ərazisində təlimlər keçirir. Bu halda ABŞ-ın hansısa narahatlığının olması qəribədir. Qoy daha çox öz ölkələri daxilində vətəndaş müharibəsinin başlamasından narahat olsunlar! Xəyali deyil, real təhlükələri dəf etmək məsələləri ilə məşğul olmaq lazımdır! Pentaqon isə bunun əksini edir - təlimlərini öz ərazisində deyil, Rusiya sərhədləri yaxınlığında keçirir və Rusiyanın bu təlimlərlə bağlı narahatlığına əhəmiyyət vermir. Rusiya indikilər də daxil, öz ərazisindəki bütün təlimləri bir məqsədlə həyata keçirir - ölkəmizi və onun vətəndaşlarını təhlükələrdən qorumaq üçün.

- Rusiya Ukraynanı işğal etməyi planlaşdırmadığı barədə dünya ictimaiyyətinə hansı təminatları verə bilər?

- Bu təminatlar ondan ibarətdir ki, Rusiya Ukraynanın bütövlüyünü, o cümlədən, DXR və LXR-i onun tərkib hissəsi kimi tanıyır. Rəsmi Moskva Donbasdakı münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarının müddəalarına əməl edir və onların əzmlə yerinə yetirilməsini tələb edir. Belə olduğu halda başqa hansı zəmanətlərə ehtiyac var?

- Hazırda ABŞ və Rusiya arasında danışıqlar gedir və tərəflər mühüm məsələlərdə razılığa gələ bilməyiblər. Məsələn, NATO-nun genişlənməməsi məsələsində. Ən kritik məsələlərdə irəliləyiş əldə olunmasa, Rusiya-Amerika münasibətləri nə qədər irəli gedə bilər? Danışıqların dalana dirənməsi tərəflər arasında silahlı toqquşmaya səbəb olacaqmı?

- Silahlı qarşıdurma olmayacaq. Amma rəsmi Moskva ABŞ-a və müttəfiqlərinə hərbi təzyiq göstərməyə məcbur olacaq. Yeri gəlmişkən, ABŞ-la həmsərhəd olan Şərq hərbi dairəsində qəfil yoxlama da bu təzyiqi reallaşdırmaq üçün aparılır!

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya ordusuna döyüş hazırlığı əmri verilib

    Rusiya ordusuna döyüş hazırlığı əmri verilib ...

    13-07-2013, 23:13

  • 
  • Rusiya Xəzərə döyüş gəmiləri gətirdi

    Rusiya Xəzərə döyüş gəmiləri gətirdi ...

    4-09-2014, 20:55

  • 
  • Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi

    Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi ...

    6-09-2015, 12:45

  • 
  • Ukrayna ordusu tam döyüş hazırlığı vəziyyətinə gətirildi

    Ukrayna ordusu tam döyüş hazırlığı vəziyyətinə ...

    26-11-2018, 11:48

  • 
  • Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş vəziyyətinə gətirdi

    Putin Rusiyanın atom sualtı qayıqlarını döyüş ...

    16-03-2015, 18:34


Təqvim

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

May 2022 (329)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu