“Özünü öldürməyə cəhd hadisələri ilə bağlı qeydə alınan hadisələrdə təəssüflər olsun ki, artım müşahidə edilir. 2021-ci il üzrə özünü öldürmə və özünü öldürməyə cəhd hadisələrinin sayı 612 olub”.
Gundemxeber.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.
K.Əliyevin sözlərinə görə, bu kateqoriya üzrə 2020-ci il üzrə rəqəmlər 597 olub:
“Müqayisə etdikdə 15 hadisə artım müşahidə edilir. Baxmayaraq ötən il yeni qaydalara əsasən 81 cinayət işi başlanılıb, altı nəfər altı iş üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib, beş iş isə məhkəməyə göndərilib. 2020-ci ildə isə 398 cinayət işi başlayıb cəmi iki iş məhkəməyə göndərilib. Cinayət işlərinin sayının az olmasına baxmayaraq, nəticə burada daha müsbətdir”.
O bildirib ki, bu istiqamətdə 2021-ci ilin iyun ayında aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbir həyata keçirilib:
“Tədbirin nəticəsini dərhal görmək olmasa da, ümid edirik ki, gələcəkdə müsbət nəticəsini verəcək”.
Gundemxeber.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?