Gundemxeber.az » Müsahibə » "Düşünürəm ki, dövlətin cərimələrə yanaşması dayişməlidir" - ekspert
“Düşünürəm ki, dövlətin cərimələrə yanaşması dayişməlidir.
Hazırda mövcud olan və yayılmaqda davam edən təcrübəyə əsasən, bəzi dövlət qurumları tətbiq etdikləri inzibati cərimələrdən daxil olan vəsaitlərin bir hissəsinə özləri sərəncam verirlər. Onların işçilərinin əmək haqqına əhəmiyyətli əlavələr edilir, hətta bəzi qurumlar az qala cərimələr hesabına maliyyələşir. Belə yanaşma doğru deyil, çünki həmin dövlət qurumu və onun ayrı-ayrı əməkdaşları daimi olaraq həm cərimə məbləğlərinin, həm də cərimə tətbiqi hallarının artmasına çalışırlar. Bu isə cərimənin əsas funksiyasının – çəkindirmə funksiyasının itməsinə gətirir. Çoxlu cərimələr tətbiq edilsə də, həmin sahədə intizamsızlıq, hüquq pozuntuları artır”. Gundemxeber.az-ın modern.az-a istinadla məlumatına görə, bunu hüquqşünas, yol-nəqliyyat məslələri üzrə ekspert Ərşad Hüseynov bildirib.
O bildirib ki, vətəndaşların, sahibkarların və şirkətlərin dövlətə ödədikləri vəsaitlər əsasən 3 formadadır:
“vergilər, rüsumlar və cərimələr. Bunlardan ilk ikisi pozitiv ödəmələrdir. Yəni çox qazan, çox vergi ver, yaxud çoxlu dövlət xidmətlərindən (alqı-satqının təsdiqi, idxal-ixrac və s.) istifadə et, çoxlu rüsum ödə. Amma üçüncü neqativdir, ona yanaşma tam başqa olmalıdır. Cərimə konkret hüquq pozuntusuna görə sanksiyadır. Burada siyasət tam əksinə olmalıdır: qanunu pozma, intizamlı ol, cərimə ödəmə. Yəni dövlətə və cəmiyyətə lazım olan ödəniləcək cərimələr yox, yüksək nizam-intizam, kütləvi hüquqauyğun davranışdır. Bu səbəbdən əsas hədəf hüquq pozuntularının səblərini və zəminini aradan qaldırmaq, kütləvi nizam-intizamı, hüquqauyğun davranışı maksimum təmin etmək olmalıdır”.
Hüquqşünas deyib ki, nizam-intizam yaradılmasında cəriməsiz keçinmək mümkün deyil. Lakin cərimə hədəf, məqsəd yox, nizam-intizam yaratmaq üsulu olmalıdır:
“Tətbiq edilən cərimələr də tam olaraq dövlət büdcəsinə daxil olmalı, ayrı-ayrı qurumlara hər hansı faiz verilmədən əsasən nizam-intizam yaradılmasına, başqa faydalı işlərə yönəldilməlidir. Qısası, dövlət qurumunun və onun əməkdaşının cərimədə bilavasitə marağı olmamlıdır”
GUNDEMXEBER.AZ
25-01-2016, 15:53
5-09-2014, 11:22
6-03-2017, 00:52
28-03-2020, 12:37
27-11-2013, 20:49
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?