GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mehdiyev Azərbaycan mediasını, mədəniyyətini, elmini, siyasətini məhv edib” - FAKT BUDUR!

“Mehdiyev Azərbaycan mediasını, mədəniyyətini, elmini, siyasətini məhv edib” - FAKT BUDUR!

Tarix: 18-02-2022, 11:16 Bölmə :Müsahibə Baxış: 577


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən də istefa verməsinə baxmayaraq, dövləti və hakimiyyəti şantaj edən məqaləsi, açıqlamaları gündəmin əsas mövzusu olaraq qalır. Mehdiyev və şəbəkəsi mövqelərinin itirilməsi ilə barışmaq istəmir, gücünü qorumaq üçün əlindən gələni edir. GUNDEMXEBER.AZ xəbər verir ki, “AzPolitika.info” bu mövzunu politoloq Cümşüd Nuriyevlə müzakirə edib:

- Cümşüd bəy, Ramiz Mehdiyev istefa verdiyini və bundan sonra evində oturub kitablar yazmaqla məşğul olacağını bildirib. Lakin çoxları Mehdiyevin ənənəvi fəaliyyətini davam etdirəcəyini, intriqalardan əl çəkməyəcəyini ehtimal edir...

- Mən Mehdiyev hələ vəzifədə olarkən fikirlərimi demişəm. Hazırda görünən odur ki, bu şəxs vəzifədən getmək istəmir. Əvvəl elan edir ki, istefa verəcək, sonra deyir ki, ölkə Prezidentinə müraciət edəcək və bundan sonra istefası reallaşacaq. Deyir ki, Prezidentə müraciət edəcək və o, hansı qərar verəcəksə, ona uyğun addım atacaq. Özünə o qədər yüksək qiymət verir ki, nəticədə bunun daxili eqosu aşıb-daşır.

Azərbaycan cəmiyyəti bütövlükdə bu adamın üzərinə getdi. İnsan bu səviyyəyə düşürsə, özünü tam xərcləyib bitirmiş sayılır. Bilirsinizmi, Mehdiyev bir lənət olub keçib Azərbaycanın boğazına. Adam sovet vaxtı ideologiyaçı idi, hamıdan yaxşı dolanırdı. O, ərəb və fars dillərini bilmədən Nadir Şahdan əsər yazıb. Belə çıxırdı ki, bu adam “dahi”dir, orta hesabla gün ərzində yüzlərlə səhifə yazı yazırmış. Mehdiyev AMEA-da ağlına nə gəldisə, onu da etdi.

O, Azərbaycan mediasını, mədəniyyətini, elmini, siyasətini məhv edib. Əxlaqımıza elə eybəcər məqamları calaq edib ki, illərlə bundan qurtula bilməyəcəyik.

Yaltaqlıq, intriqabazlıq, qeybət, ara qarışdırmaq, dövlət əleyhinə gizli təxribat aparmaq - bütün bunlar onun Azərbaycana gətirdiyi “dəyərlər”dir.

- Nəhayət, Ramiz Mehdiyev epoxası başa çatırmı?

- Əlbəttə, sözdə başa çatıb, amma hüquqi baxımdan hələlik lazımi sonluq yoxdur. Hər halda onun vəzifədən göndərilməsi Prezidentin səlahiyyətindədir. Amma onun vurduğu yaraları, ziyanları təmizləmək vacibdir. Bunun üçün bir sıra addımlar atılmalıdır.

Birincisi, Milli Məclis də onun adamlarından təmizlənməlidir. Danışanların arasında bəlkə də onun adamları da var idi, özü tapşırıq vermişdi ki, siz də söyün, amma mən nə desəm gələcəkdə onu edəcəksiniz.

Həmçinin, Nazirlər Kabineti onun yerləşdirdiyi adamlardan təmizlənməlidir. Prezident Administrasiyasında da bir neçə şöbə müdri onun istəyi ilə təyin olunub.

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvüdür. Bu necə ola bilər? O Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmalıdır. Heç olmasa, 15-16 rayonda icra başçıları ona yaxın adamlardır. Bu adamlar da getməlidir.

Həmçinin, Respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi, Miqrasiya Xidməti, Fövqəladə Hallar Nazirliyi Mehdiyevin adamlarından təmizlənməlidir.

Üstəlik, Mehdiyevin böyük biznes strukturları var: BTB Bankı, Mehdiabadda şərab zavodu və s. Bütün biznesi əlindən alınmalıdır! Bu mənada hesab edirəm ki, Mehdiyev epoxası hələ başa çatmayıb, sadəcə bunun üçün qapı açılıb...

- İddia edirsiniz ki, Mehdiyevin hələ də müəyyən bir şəbəkəsi var və fəaliyyətini davam etdirir?

- Bəli, böyük şəbəkəsi var. Milli Məclisdə adam var ki, 30 ildir deputatdır. Sovet vaxtından seçilənlər var ki, indi də parlamentdədirlər. Bunların hamısı Ramiz Mehdiyevin adamlarıdır. Bu dövlətə kömək etmək istəyənləri də onlar ləkələyir, qaralayırlar.

Mehdiyevin vicdanına ən azı bir neçə alimin ölümü yazılmalıdır. Nə mənada? Çünki bu adamlar mənəvi terrora məruz qalıblar. İstiqlalçı millət vəkillərindən Mürşüd Məmmədlinin, Məryəm Həsənovanın, Ədalət Rəhimlinin, Şadman Hüseynin ölümündə bunun mənəvi məsuliyyəti var. Mən hələ başqalarını demirəm. Mehdiyev və Əli Həsənovun yaratdığı “maşın” əsl vətənpərvərləri dişdən-daraqdan keçirdi. Azərbaycan ziyalıları niyə yaman gündədir? Çünki əksəriyyətini mənəvi baxımdan məhv ediblər...

- Ramiz Mehdiyevin şəbəkəsi?...

- Bəli. Onun elmimizə, dövlətimizə, xalqımıza nələr etdiyi, hansı ziyanlar vurduğunu danışmağa başlasaq bir neçə saat, bəlkə də günlər lazım olacaq. Bir daha qeyd edirəm ki, bu adam AMEA-dan dərhal getməli, Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılmalı və ona qarşı cinayət işi açılmalıdır. Mehdiyev uzun müddət Azərbaycanı terrora məruz qoyub. Heç ermənilər bizə bu qədər terror etməyib. Azərbaycanda siyasi və mənəvi terrorun “xaç atası” Ramiz Mehdiyevdir. Buna baxmayaraq, Mehdiyev özünü mələk kimi göstərmək istəyir.

- Ramiz Mehdiyev bütün bunları necə həyata keçirə bilib, nəyə arxayın olub?

- Aydındır ki, onun arxasında Rusiya durur. Rusiya kəşfiyyat idarəsi. Mehdiyevi, Nəcməddin Sadıkovu Rusiya qoruyur. Onların Moskvadan dəstəklənməsi realdır. Bu adamın Rusiyadan başqa hansısa digər ölkələrə səfər etməsi haqda məlumat varmı? Məsələn, o zaman Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qarabağ həqiqətlərini dünyaya çatdırmaq və “Xocalıya Ədalət” məsələsini gündəmə gətirmək üçün AMEA-nın İnsan Hüquqları İnstitutunda Rövşən Mustafayevin rəhbərliyi ilə alim heyəti yaradıldı. Biz Moskvaya gedib Diplomatiya Akademiyasında görüşlər keçirir, arxivləri açırdıq. Bu işə maliyyə də buraxılırdı. Nə qədər ki, Mehdiyevin bu işlərdən xəbəri yox idi, hər şey əla gedirdi. İlə 3-4 kitab işıq üzü görürdü.Sonra Rövşən Mustafayev öldü, bu işləri görənlər oradan uzaqlaşdırıldı. İnstitutu Aytən Mustafayevaya verdilər. Adam fars dili müəlliməsidir, özü də deputat olduqdan sonra hüquq elmləri doktoru oldu. Mehdiyev bu xanımın əli ilə həmin institutda Azərbaycan dövləti və milləti üçün iş görmək istəyənləri qovdu. Nə qədər şikayət edildisə, Aytən xanımın əl-qolunu bir o qədər çox açdı. İndi həmin institutun bir qəpiklik fəaliyyəti yoxdur, adı da müsbət işlərdə çəkilmir. Bu da Mehdiyevin fəaliyyətinin nəticəsidir. Halbuki, instituta kifayət qədər türkçülüyü, dövlətini sevən alimlər toplaşmışdı. Mehdiyev Rusiyanın tapşırığı ilə oranı məhv etdi. Mən də həmin institutun aspirantı olmuşam.

Ramiz Mehdiyev 2 ildən çoxdur ki, Prezident Administrasiyasından gedib. Amma orada adamları qalıb. Yerləşdirdiyi adamların bir çoxu hələ də vəzifədədirlər və xislət baxımından Mehdiyevə oxşayırlar. Bir müddət Prezident Administrasiyasının “qara mələyi” Fatma Abdullazadə ilə birləşdirlər və Azərbaycan mədəniyyətini, elmini, əxlaqını kor qoydular. Yaxşı ki, Heydər Əliyev Fondu var idi. Mehriban xanım bir çox şeyləri xilas edə bildi, Mehdiyev də mane ola bilmədi. İndi də özünə bağışlamır ki, Mehriban xanım Azərbaycan mədəniyyətini qorudu, amma buna mane ola bilmədi.
Nə qədər ki, onun ölkənin müxtəlif qurumlarına yerləşdirdiyi adamlar var, bizim dövlət üçün problemlər yarana bilər. Mehdiyevin Prezident Administrasiyasından getməsindən bir il ötməmiş Azərbaycan Qarabağı azad etdi. Belə bir adamı Təhlükəsizlik Şurasında saxlamaq doğru deyil, hətta təhlükəlidir.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa verib - VİDEO

    Ramiz Mehdiyev AMEA Prezidenti postundan istefa ...

    14-02-2022, 18:21

  • 
  • “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel Məhərrəmovun İZAHI

    “Ramiz Mehdiyev məni də aldadıb...” – Abel ...

    25-08-2020, 14:47

  • 
  • Ramiz Mehdiyev çıxılmaz durumda

    Ramiz Mehdiyev çıxılmaz durumda ...

    17-12-2012, 23:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu