GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Ukrayna-Rusiya 2-ci görüşü: Kiyev masaya hərbi formada gəlir... (MÜSAHİBƏ)

Ukrayna-Rusiya 2-ci görüşü: Kiyev masaya hərbi formada gəlir... (MÜSAHİBƏ)

Tarix: 2-03-2022, 13:34 Bölmə :Müsahibə Baxış: 604

Ukrayna ətrafında müharibə genişlənməklə bərabər, artıq danışıqlara da start verilib. Kiyev və Moskva nümayəndələri arasında ilk görüş fevralın 28-də baş tutdu. Maraqlıdır ki, elə bir ciddi nəticə əldə edilməsə də, üstündən iki gün keçməmiş tərəflər martın 2-də növbəti görüşə razılıq veriblər. 

Politoloq Tufan Rzayevlə bu mövzu ətrafında müsahibəni təqdim edirik.

- Birinci görüşdən iki gün keçməmiş növbəti görüşə qərar verilməsi nə ilə bağlıdır?

- Birinci görüşdə müəyyən razılaşmanın olduğu qeyd olunsa da, Rusiyanın daha sonra Xarkovu daha şiddətli şəkildə bombalaması, Belarusun da prosesə qoşulması göstərir ki, tərəflər arasında hər hansı bir razılıq əldə olunmayıb. İlk görüşdə ola bilsin Kiyev açıq şəkildə bəyan edib ki, rus qoşunları Ukraynanı tərk etməlidir. 

İkinci görüşün tez olmasının səbəbi isə tərəflər arasında müzakirə olunan məsələlərin rəhbərliyə çatdırılması və onların danışıqların davam etdirilməsinə tərəfdar olmaları ilə bağlıdır. Nəzərə alaq ki, müharibə hər iki ölkəyə ciddi zərbələr vurur. Ukrayna ərazisi xarabazarlığa çevrilib, Suriya və İraqı xatırladır. Rusiya isə sanksiyalar və siyasi təzyiqlərlə kifayət qədər təcrid olunub. Moskva prosesi təzyiq vasitəsilə yekunlaşdırmaq niyyətindədir. Kiyev isə müqavimət nəticəsində Rusiyanın həmləsinin uğurla başa çatmayacağını göstərmək istəyir. Hər halda ikinci görüşün baş tutması hər iki tərəfin danışıqlarda maraqlı olduğunu göstərir. Həm də son proses sonrası kimin daha üstün olacağını göstərməyə çalışırlar. 

- Bəs ikinci görüşdən nələrsə gözləmək olarmı? 

- Öncə onu qeyd edim ki, görüşə gələn Ukrayna tərəfinin diplomatik deyil, hərbi geyimdə olması ondan xəbər verir ki, Kiyev danışıqlarda maraqlı olsa da, nəticə gözləmir. İkinci görüşün birinci görüşdən fərqlənəcəyini zənn etmirəm. Effektiv danışıqlara nail olmaq istəyirlərsə, tərəfsiz ölkədə görüşməlidirlər. 
Bu ölkələr Türkiyə və Azərbaycan ola bilər. Məhz bu iki ölkədə keçiriləcək görüşlərdə nəyəsə nail olmaq mümkündür. İndiki halda isə ikinci görüşdə də ortaq məxrəcə gələ bilməyəcəklər. Rusiya Krımı, ümumiyyətlə, müzakirə mövzusu kimi qəbul etmir. Donbasdan da əl çəkmək niyyəti yoxdur. Kiyev isə bunun əksini istəyir. Belədə danışıqlar olsa da, proses dalana dirənib. Sadəcə, hər iki görüşə danışıqların başlanma mərhələsi kimi baxmaq olar. Tərəflər bir-birinə öz kartlarını göstərir. 

- Dediyiniz kimi, Ukrayna nümayəndələri ilk görüşə hərbi formada gəldi. Necə düşünürsünüz, ikinci görüşə də eyni formada təşrif buyuracaqlar, yoxsa?

- Mümkündür ki, yenə də bənzər formada görüşə qoşulacaqlar. Birinci görüş sonrası Xarkovun daha şiddətli zərbələrə məruz qalması və Belarusun da prosesə qoşulması ondan xəbər verir ki, Ukrayna nümayəndələri növbəti görüşdə də bənzər formada iştirak edəcəklər. Bununla Ukrayna tərəfi mesaj verir ki, döyüşmək istəyirsinizsə, sona qədər döyüşməyə hazırıq. Kieyvin arxasında Avropa iqtisadiyyatı, hərbi dəstəyi var. 

- Zelenski bu gün ola biləcək görüş ərəfəsi bildirdi ki, müzakirə masasında oturmağımız üçün atəçkəs gərəkdir. Bunu söyləməklə nə demək istəyib?

- Bunu söyləməklə mövcud vəziyyətdə müzakirələrin mənasız olduğunu demək istəyib. Hələlik tərəflər arasında atəşkəslə bağlı bir-birinin fikri öyrənilir. Real danışıqlar masa ətrafında olmalıdır ki, bunun üçün də öncə atəşkəs əldə edilməlidir. Zelenskinin vurğuladığı məqam da budur. İlk danışıqlar real diplomatik danışıqlar deyil. Müharibənin dayandırılması və tərəflərin bir-birinə tanımasına hesablanmış addımlardır. 

- Belarus prezidenti Lukaşeno ilk görüş barədə bildirib ki, razılığa gəlmək üçün variantlar mövcuddur. Bununla o, nəyi nəzərdə tutur?

- Lukaşenko bununla əslində Putinin istəklərini dilə gətirir. Putin istəyir ki, Ukrayna Finlandiya kimi neytral ölkə olsun. NATO və AB ilə əlaqələrinə son versin. Güman ki, Lukaşenkonun qeyd etdiyi məsələ də məhz bundan ibarətdir./qaynarinfo.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna bu qış Rusiyadan qaz almayacaq

    Ukrayna bu qış Rusiyadan qaz almayacaq ...

    15-12-2016, 22:03

  • 
  • Əliyev-Sarkisyan görüşü ilə bağlı razılıq əldə olundu

    Əliyev-Sarkisyan görüşü ilə bağlı razılıq əldə ...

    25-09-2017, 15:58

  • 
  • Rusiya Ukraynanı bölməyə hazırlaşır - Saakaşvili

    Rusiya Ukraynanı bölməyə hazırlaşır - Saakaşvili ...

    29-05-2020, 13:06

  • 
  • Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək

    Türkiyə, Rusiya və İran prezidentlərinin ...

    30-01-2019, 11:49

  • 
  • "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq var"

    "Azərbaycan və Ermənistan xarici işlər ...

    31-07-2018, 16:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu