Gundemxeber.az » Müsahibə » Baş redaktor: Saytımızın bloklanmasının səbəbi xəbərləri Rusiyanın istədiyi tərzdə çatdırmamağımızdır
Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") Oxu.az internet mediasının bu ölkənin ərazisində yayılmasına blok qoyub. Oxu.az saytının baş redaktoru Ülvi Səfərov Amerikanın Səsinə müsahibəsində bunun səbəbini saytın yaydığı xəbərlərin Rusiyanın maraqlarına cavab verməməsi ilə izah edib.
“Oxu.az saytının xəbərlərinin Rusiya Federasiyası ərazisində yayılmasına martın 24-dən blok qoyulub və bu barədə bizə məlumat verilməyib.”
Bu barədə Amerikanın Səsinə müsahibəsidə Oxu.az saytının baş redaktoru Ülvi Səfərov bildirib.
Onun sözlərinə görə, "Roskomnadzor" heç bir səbəb göstərmədən, xərəbdarlıq etmədən birdən-birə Oxu.az saytının və bir neçə digər Azərbaycan internet medialarının Rusiya ərazisində yayılmasını məhdudlaşdırmaq qərarına gəlib.
Baş redaktor hesab edir ki, Ozu.az saytı qərəzsiz və obyektiv xəbərlər yayır.
“Bu səbəbdən də bütün dünyada qəbul olunub ki, medainın məlumatları qərəzsiz olduğu təqdirdə onun yayımının qarşısının alınması birmənalı olaraq qəbuledilməzdir. Bu həm də Rusiyanın öz əhalisnin azad informasiyaya çıxışını bloklamasıdır.”
O, Oxu.az saytının bloklanmasının səbəbindən danışarkən deyib ki, bütün dünyada Rusiyanın Ukraynaya qarşı atdığı addımlar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir.
“Bu səbəbdən də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini onların istədiyi tərzdə icitimaiyyətə çatdırmayanda, bu onların marağına cavab vermir və medianın yayımını bloklayırlar. Burada söhbət onların maraqlarına cavab verməməkdən gedir. Heç bir halda informasiyanın təhrif olunmasından, hansısa bir tərəfin üstünlüyünün əks olunmasından getmir,” o qeyd edib.
Bu günə qədər Rusiya ərazisində Azərbaycanın "haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az, baku.ws saytlarına giriş məhdudlaşdırılıb.
Azərbaycan Mətbuat Şurası Azərbaycanın bir sıra internet medialarının Rusiyada yayımının məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.
“Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə etinasız yanaşmadır. Bu, eyni zamanda, Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır,” Mətbuat Şurasının bəyanatında qeyd edilir.
Öz növbəsində, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti Azərbaycanın internet medialarının bu ölkənin ərazisində fəaliyyətinin məhdudlaşırlmasının səbəbləri ilə bağlı hələ açıqalma verməyib./amerikaninsesi.org/
28-03-2022, 09:52
2-04-2018, 13:23
28-03-2022, 17:51
18-09-2018, 17:10
3-01-2019, 19:35
Sorğu
Yeni dizaynımız necədir?