GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Veteran statusu ilə bağlı ciddi boşluqlar var - Ekspertdən XƏBƏRDARLIQ

Veteran statusu ilə bağlı ciddi boşluqlar var - Ekspertdən XƏBƏRDARLIQ

Tarix: 30-03-2022, 15:22 Bölmə :Müsahibə Baxış: 596


Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsi ilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.


Nazirlikdən bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar.
Eyni zamanda səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olmadığı qeyd olunub.
Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir”, - MN-dən bildirilib.
Bununla yanaşı, bir sıra müharibə iştirakçılarının medallarla təltif olunmasına baxmayaraq veteran statusu ala bilməməsi isə hər kəsi çaş-baş qoyub. Dia.az-ın məlumatına görə, problemlə bağlı “Şərq”ə açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, özü də bu barədə onlarla müraciət alıb.
Onun sözlərinə görə, həmin şəxslər səfərbərliyə cəlb olunublar və hərbi biletlərində döyüşlərdə iştirak etmələri ilə bağlı qeydlər var. Əksəriyyəti də medallarla təltif olunublar: “Bir çoxlarının şəxsi işinə yazılıb, bəzilərinin isə əlində hərbi əməliyyatlarda iştirakı ilə bağlı sübutlar var. Amma Müdafiə Nazirliyi medal məsələsindəki kimi, veteranlıq məsələsində də kifayət qədər boşluqlara yer verib. Ən maraqlısı da odur ki, Sərhəd Xidmətindən, Daxili qoşundan və ya digər strukturlardan şikayətlərə rast gəlinmir. Bu tipli müraciətlərin 99 faizi Müdafiə Nazirliyinə aiddir.
Görünür ki, şəxsi heyətin qeydiyyatında problemlər olub. Bəziləri deyir ki, bizim adlarımız Zəfər alt sistemində olduğu halda sonradan silinib və önündə “emal olunur” yazılıb.
Niyə bu iş bir il yarım müddətində emal olunur? Müasir texnologiyaların tətbiq olunduğu dövrdə bir il yarım ərzində emal nə deməkdir? Burada ciddi boşluq var. Müdafiə Nazirliyi bu məsələlərə ciddi yanaşmalıdır və ən qısa müddətdə bu məsələ tamamilə həll olunmalıdır.
80 manat böyük rəqəm deyil, amma bunu bir il yarıma araşdırmaq isə ayıbdır. Adətən insanlar döyüşə daxil olur, fərqlənir və orden və medallarla təltif olunur.

Müdafiə Nazirliyində isə proses tərsinə baş verir. Əvvəlcə insanlar veteranlığa layiq görülür. Sonra isə deyirlər ki, siz döyüşməmisiniz, veteranlığınızı araşdırırıq. Bu, düzgün deyil”


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağda savaşsa da... SÜBUT EDƏ BİLMİR... - Nazirliksə əksini deyir...

    Qarabağda savaşsa da... SÜBUT EDƏ BİLMİR... - ...

    10-02-2022, 16:32

  • 
  • Müdafiə Nazirliyinin hərbçilərinə “Müharibə veteranı” adı verildi

    Müdafiə Nazirliyinin hərbçilərinə “Müharibə ...

    1-03-2022, 18:14

  • 
  • 96 yaşlı müharibə veteranı arvadını boşayıb kişi ilə evləndi - Dünya təəccüb içində - FOTO

    96 yaşlı müharibə veteranı arvadını boşayıb kişi ...

    19-09-2019, 13:55

  • 
  • DİN və Daxili Qoşunlar üzrə hərbi qulluqçulara “Müharibə veteranı” adı verildi: Təqaüd təyin edildi

    DİN və Daxili Qoşunlar üzrə hərbi qulluqçulara ...

    17-02-2022, 12:47

  • 
  • Gəncə veteranlar şurasının sədri Yusif Məmmədovun "QARA SEVDASI"

    Gəncə veteranlar şurasının sədri Yusif Məmmədovun ...

    5-05-2016, 11:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu