“Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalırlar”.
Gundemxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Sədrin sözlərinə görə, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələblərini ödəyə bilir:
“Bu da təəssüf ki, diplomlu işsizlərin və ya ixtisası üzrə çalışmayan kütlənin formalaşmasına gətirib çıxarır. Əsas səbəblərdən biri kimi ali məktəblərin təhsil proqramlarının nəzəri biliklər əsaslı olması və tələbələrini lazımi peşə bacarıqları ilə silahlandırmaması, proqramlar hazırlanarkən beynəlxalq və yerli kvalifikasiyaların tələblərinin nəzərə alınmaması olduğunu söyləyə bilərik.
Mən buradakı universitetlərə təşəkkürümü bildirirəm ki, onlar yeni çağırışları cavablandırmağa, yenilikləri tətbiq etməyə hazırdırlar və buna təşəbbüs göstərirlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?