GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Qaraqalpaqıstanla bağlı təhlükəli ssenari: böyük güclər münaqişədə maraqlıdır

Qaraqalpaqıstanla bağlı təhlükəli ssenari: böyük güclər münaqişədə maraqlıdır

Tarix: 5-07-2022, 11:27 Bölmə :Müsahibə Baxış: 274


Politoloq: "Vaxtilə Qarabağda baş verən ssenarinin Qaraqalpaqıstanda təkrarlanmasını istəyənlər var. Həm Rusiyada, həm də Qərbdə"

Qaraqalpaq Muxtar Respublikasında iyulun 1-də başlayan etiraz aksiyaları şiddətlənir. İğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkistan Baş Prokurorluğunun departament prokuroru Abror Mamatov deyib. Onun sözlərinə görə, qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.

Özbəkistanın tərkibində olan Qaraqalpaq Muxtar Respublikası Qazaxıstanın Manqistau, Aktyubinsk və Kızıl Orda vilayətləri ilə həmsərhəddir. Özbəkistan ərazisinin 40 faizindən ibarət olan respublikada təqribən 500 min qaraqalpaq yaşayır. Qaraqalpaq Muxtar Vilayəti 1924-cü ildə yaradılıb və 1930-cu ilədək Qazaxıstan SSR-in tərkibində olub. Sonra isə bilavasitə Rusiya Federasiyasına tabe etdirilib. 1936-cı ildə Vilayət Özbəkistan SSR-in ərazisinə daxil edilib.

Sovet İttifaqı dağılandan sonra, 1992-ci ildə Qaraqalpaq Muxtar Vilayətinə Qaraqalpaqıstan Muxtar Respublikası statusu verilib. 1993-cü ildə imzalanmış müqaviləyə görə, Qaraqalpaqıstan Respublikası 20 il müddətinə Özbəkistanın tərkibində qalır, sonra suverenliyini əldə etməkdə sərbəst olur. Bu, Özbəkistan Konstitusiyasında müvafiq müddəa ilə təsbit edilib.

İndiki etiraz aksiyalarının səbəbi isə Özbəkistan Konstitusiyasına ediləcək əlavələr və dəyişikliklərdir. Belə ki, Konstitusiyanın 70, 71, 72, 74 və 75-ci maddələrinə dəyişikliklər edilməsi, Qaraqalpaqıstanın suveren statusdan və Özbəkistanın tərkibindən çıxmaq hüququndan məhrum edilməsi nəzərdə tutulur. Dəyişikliklərin təşəbbüskarı Özbəkistan Prezidenti Şafkat Mirziyoyevdir.

Ümumiyyətlə, Konstititusiyaya təqribən 200 əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur ki, onların arasında dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması da var.

Mirziyoyev etiraz aksiyalarından sonra Qaraqalpaqıstanın suverenliyinin qorunacağını deyib. Prezident iyulun 3-də Qaraqalpaqıstanın inzibati mərkəzi Nukus şəhərinə yollanaraq yerli hakimiyyət strukturlarının rəhbərləri və ağsaqqallarla görüşüb. Yerli ali qanunverici orqan olan Jokarqı Kenesdə çıxış edərkən Mirziyoyev deputatlara xitabən deyib: "Konstitusiyaya dəyişikliklər və əlavələri siz təklif etdiniz, siz belə təşəbbüs göstərdiniz, siz imzaladınız, siz çıxış etdiniz və siz də təsdiqləyərək qəbul etdiniz. Özbəkistan Konstituasiyasındakı 70, 71, 72, 73, 74 və 75-ci maddələrdə Qaraqalpaqıstanla bağlı olan dəyişikliklər qaraqalpaq xalqı narazı olarsa, qəbul edilməyəcək".

Lakin Qaraqalpaqda ixtişaşlar səngimir. Bir sıra ekspertlər burada baş verən gərginlikdə maraqlı xarici dairələrin rolunun olduğunu qeyd edirlər. Əsas oxlar isə Rusiyaya yönəlir. Analitiklər hesab edirlər ki, Özbəkistanda vəziyyətin gərginləşməsində maraqlı olan Kreml üçün Qaraqalpaqda baş verənlər göydəndüşmə olub.

Respublikada baş verənlərə Rusiyadan reaksiya gəlib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, bu, Özbəkistanın daxili işidir: "Özbəkistan bizim müttəfiqimiz, dost ölkə, çox vacib tərəfdaşdır. Özbəkistanda baş verən hər şey bu ölkənin daxili işidir”.

Avropa İttifaqı (Aİ) da Özbəkistanda baş verən son hadisələrə münasibət bildirib. Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibinin yaydığı bəyanatda bildirilib ki, Aİ Özbəkistan Konstitusiyasına təklif olunan düzəlişlərin dərcindən sonra Qaraqalpaqıstanda baş verən zorakılıq hadisələri ilə bağlı açıq və müstəqil araşdırma aparmağa çağırır.

"Biz insan tələfatından dərin təəssüf hissi keçirir və prosesləri yaxından izləməyə davam edirik. Biz Prezident Mirziyoyevin təklif olunan Konstitusiya dəyişiklikləri ilə bağlı ictimai narahatlıqlara operativ reaksiya vermək üçün atdığı addımları etiraf edirik. Hər hansı eskalasiyanın və ya növbəti zorakılığın qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq", - deyə bəyanatda vurğulanıb.

Mətbuat katibi qeyd edib ki, Aİ Özbəkistan hökumətini beynəlxalq öhdəliklərinə uyğun olaraq insan hüquqlarını, o cümlədən ifadə və sərbəst toplaşmaq azadlığını təmin etməyə çağırır: "Aİ-nin Özbəkistanla güclü və inkişaf edən tərəfdaşlığı var. Biz Özbəkistanın islahat səylərini dəstəkləyirik və onu beynəlxalq normalara və ən yaxşı təcrübələrə əsaslanaraq vətəndaşlar və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında bu prosesi davam etdirməyə çağırırıq".

GUNDEMXEBER.AZ bildirir ki, baş verənləri AYNA-ya müsahibəsində şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, Qaraqalpakıstanda baş verənlərin səbəbləri bəllidir:

- Konstitusiya dəyişikliyində regionun suverenliyi ilə bağlı dəyişiklik nəzərdə tutulmuşdu. Hazırkı statusa görə respublika Özbəkistanın tərkibindən çıxmaq hüququna malikdir. Yeni dəyişiklikdə isə bu hüquq Qaraqalpaqıstanın əlindən alınır. Bu, ixtişaşların artmasına, vəziyyətin gərginləşməsinə səbəb oldu. Ümumiyyətlə, dünyada separatçı meyillər artıb ki, bundan da müəyyən qüvvələr istifadə etməyə çalışırlar. Görünür ki, Özbəkistan hakimiyyəti bunun qarşısını almaq üçün Konstitusiyada dəyişiklik etmək istədi.

- Amma Qaraqalpaqıstanda buna qədər separatçı addımlar müşahidə edilməyib. Bölgənin Özbəkistan tərkibindən çıxmaq hüququ olsa da, buna gedildiyinin şahidi olmamışıq...

- Bəli, Qaraqalpaqıstanda əslində separatçılığa meyl çox azdır. Əlbəttə, azsaylı çevrə var ki, onlar radikal mövqedədirlər. Ümumilikdə isə xalq Özbəkistanın tərkibində qalmağa razı idi, hansısa ciddi problem yox idi. Olan problemlər də sosial vəziyyətlə bağlıdır, hansı ki, bu, təkcə Özbəkistanda yox, Qazaxıstanda, digər dövlətlərdə də var. Yəni ki, sosial problemlərlə bağlı siyasi şüarlarla etiraza qalxmaq zəmini yoxdur. Konstitusiya dəyişikliyi məsələsi Qaraqalpaqıstanda siyasi proseslərə təkan verdi. Müəyyən desturiktiv qüvvələr isə yaranmış durumdan istifadə etməyə başladılar. Şayiələr yayılmağa başladı ki, guya Özbəkistan hakimiyyəti Qaraqalpaqıstanın ümumiyyətlə statusunu ləğv etmək istəyir, vilayətə çevirmək niyyətindədir, milli atributlar ləğv ediləcək və s. Bu şayiələr böyüdü və sonunda vəziyyət gərginləşdi. Əsas sual budur ki, bu şayiələri yayanlar kimlərdir?!

- Vəziyyətin gərginləşməsində, ixtişaşların qarşısıalınmaz hala gəlməsində Rusiyanın əlinin olduğu iddia edilir...

- Qaraqalpaqıstanda fəallar var ki, onlar separatçı çağırışlar edirlər. Məsələ burasındadır ki, həmin fəallar həmçinin özlərini türkpərəst kimi təqdim edirlər. Onlar heç də Rusiyayönümlü siyasətdən danışmırlar. Şüarları da budur ki, türk dövlətləri məsələyə qarışsınlar, yaranmış vəziyyəti tənzimləməyə kömək etsinlər. Düzü, mən yaranmış vəziyyət deyirəm, amma orada daha sərt ifadələrdən istifadə edilir. Məsələn, Qaraqalpaqıstandakı bəzi fəallar, separatçılığa meyilli şəxslər bunu "münaqişə" adlandırırlar. Amma burada münaqişə yoxdur. Dönə-dönə bu fikrimi bildirirəm ki, yaranmış vəziyyət münaqişə deyil.

- Qaraqalpaqıstandakı fəalların türk dövlətlərinə müraciəti necə nəticələnəcək?

- Əlbəttə, türk dövlətləri Qaraqalpaqıstanda baş verənləri münaqişə saymadığı üçün həmin fəalları dəstəkləməyəcəklər. Çünki bu, Özbəkistanın daxili işidir və buna heç kəs qarışmamalıdır. Baş verənlərini münaqişəyə çevirmək düzgün olmaz. Məsələni ümumiləşdirmək, yolverilməzdir. Belə gərginliyi ümumiləşdirib münaqişə adı ilə beynəlxalq aləmə təqdim etsən, separatçılıq daha da artacaq. O vaxt bizim Qarabağ məsələsində də bu hal yaşandı. Qarabağda baş verənlər də münaqişə deyildi, daxili gərginlik idi. Lakin bir çox qüvvələr bunu münaqişə vəziyyətinə gətirib çıxardılar, beynəlmiləlləşdirdilər. Nəticədə problemin həlli 30 il uzandı.

- Məsələ burasındadır ki, Rusiya mediasında da Qaraqalpaqıstandakı hadisələr "münaqişə" kimi tirajlanır...

- Bəli, əksər Rusiya qəzetlərində, saytlarında gərginlik münaqişə kimi təqdim edilir. Əfsuslar olsun ki, bu, təkcə Rusiya mediasında yox, Qərb mətbuatında da "münaqişə" adlandırılır. Görünür ki, maraqlı güclər hadisələri münaqişə kimi təqdim etməyə çalışır. Vaxtilə Qarabağda baş verən ssenarinin Qaraqalpaqıstanda təkrarlanmasını istəyənlər var. Həm Rusiyada, həm də Qərbdə. Belə anlaşılır ki, beynəlxalq güclər münaqişədə maraqlıdırlar. Çünki münaqişələrə müdaxilə etməklə münaqişə baş verən ölkələrdə maraqlarını güdürlər. Azərbaycan bunu yaşayıb, keçmiş Qarabağ münaqişəsindən nə qədər istifadə etdilər. İndinin özündə də Qarabağda münaqişənin qaldığını iddia edən dairələr var. Rusiya tərəfindən də, ABŞ-dan da Qarabağla bağlı müəmmalı bəyanatlar verirlir. Yəni ki, beynəlxalq güclər münaqişələrdən yararlanmağa çalışırlar. Regionlarda münaqişələr olmalıdır ki, onu idarə edə biləsən. Təəssüflər olsun ki, Qaraqalpaqıstanla bağlı da bu cəhdlər mövcuddur.

- Gərginlik nə ilə nəticələnə bilər?

- Hesab edirəm ki, Özbəkistanın kifayət qədər potensialı var ki, vəziyyəti nəzarətə alsın. Özbəkistanın resursları məsələyə kənar müdaxilələrin qarşısını almaq üçün yetərlidir. Yəqin ki, Özbəkistan hakimiyyəti gərginliyin azalmasına nail ola biləcək. Qaraqalpaqıstanın əvvəlki statusunun saxlanılması ilə razılıq yaranacağı mümkündür.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabiq baş prokurura 10 il iş kəsildi

    Sabiq baş prokurura 10 il iş kəsildi ...

    27-06-2019, 11:45

  • 
  • ​Gülnarə Kərimovanın yeri bilindi — Həbsxanada cəzasını çəkir

    ​Gülnarə Kərimovanın yeri bilindi — Həbsxanada ...

    20-12-2018, 21:47

  • 
  • 94 il əvvəl Naxçıvan Muxtar Respublikası yaradılıb

    94 il əvvəl Naxçıvan Muxtar Respublikası yaradılıb ...

    9-02-2018, 14:49

  • 
  • Özbəkistan prezidenti Azərbaycana gələcək

    Özbəkistan prezidenti Azərbaycana gələcək ...

    6-02-2019, 16:45

  • 
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı

    Azərbaycanda yeni dövlət qurumu yaradıldı ...

    15-02-2018, 10:30


Təqvim

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Avqust 2022 (112)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu