Gundemxeber.az » Müsahibə » Çingiz Abdullayev: “Qoy məni utandırmağa davam etsinlər”
Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev mətbuatdan və sosial şəbəkə istifadəçilərindən incikliyini ifadə edib.
AYB-nin 13-cü qurultayı zamanı jurnalistin tədbirin təşkili üçün ayrılan 203 min manatın hara xərcləndiyi barədə sualına kəskin reaksiya vermiş Xalq yazıçısı ictimaiyyətin ona belə sərt münasibət göstərəcəyini gözləmirmiş.
Çingiz Abdullayev mətbuatda və sosial şəbəkələrdə tənqid olunmağından inciyib.
O, incikliyini bu gün qeyd olunan Türkiyənin Cümhuriyyət Günü fonunda diqqətə çatdırıb.
“Bu gün 29 oktyabr Türkiyədə bayramdır. Mən fəxr edirəm ki, bu gün məni də Türkiyə səfirliyi bayram tədbirinə dəvət edib. Təəccüblüdür ki, türklər və qırğızlar, qazaxlar və özbəklər fəxr edirlər ki, mən türkəm. Mənim bəzi “soydaşlarım” isə görünür, belə düşünmür. Hər şey qaydasındadır. Qoy məni utandırmağa davam etsinlər”, – deyə Ç.Abdullayev istehza ilə qeyd edib.
Xatırladaq ki, oktyabrın 26-da AYB-nin 13-cü qurultayı keçirilib. Qurultayın yekununda jurnalist AYB-nin birinci katibi Çingiz Abdullayevə qurultayın təşkili üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə sual verib. Xalq yazıçısı isə bu sualdan hirslənərək jurnalistə, “utanıb ölmürsən, bunu soruşursan?” – deyə reaksiya verib. Bundan sonra sosial şəbəkələrdə çox sayda istifadəçi Ç.Abdullayev barəsində “Utanın!” çağırışı ilə statuslar yazıb, müzakirələr açıb və yazıçı sərt tənqidlərə məruz qalıb./modern.az
11-09-2017, 09:45
27-10-2022, 15:02
28-10-2022, 19:01
7-12-2012, 15:19
20-07-2014, 18:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?