Gundemxeber.az » Müsahibə » “Onlar Ocaqnejadın Azərbaycandakı ünsürləridir” – İran nə etmək istəyirdi?
“İstənilən ölkə öz milli təhlükəsizliyinin qayğısına qalmalıdır. Çünki bu, bütün dünyada qəbul olunmuş bir normadır, qanundur. Əks halda ölkə casus və agentlə dolu olar və nəticədə də ölkəni casus və agentlər idarə edər. Yəni ölkənin təhlükəsizliyi onun xarici ölkə kəşfiyyatından və hədələrindən qorunması, eləcə də təmizlənməsidir”.
Gundemxeber.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan deyib.
İranşünas ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyata münasibət bildirib.
Xatırladaq ki, DTX-nın məlum əməliyyatı nəticəsində İran agenturasında casusluqda şübhəli bilinən 19 nəfər məsuliyyətə cəlb olunub.
Müsahibimiz deyib ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir əməliyyatın keçiriləcəyinə dair məlumatlar yayılmışdı:
“İranın Azərbaycana qarşı apardığı təhdidedici davranış ehtimal etməyə əsas verirdi ki, belə bir aksiya həyata keçirilə bilər və bu, baş tutdu.
Fikrimcə, bu, İran Ali rəhbəri Ayətullah Seyid Əli Xamaneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejadın ünsürləridir. O, Azərbaycanda İranın “beşinci kolon”unun yaranması və Azərbaycanda İran İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin inqilab doktrinasının həyata keçirilməsiylə məşğul olurdu. Onların bir qrupu da İranda fəaliyyət göstərir. Onlar da Azərbaycan dövlətçiliyinin təməllərinə qarşı mübarizə aparır, Azərbaycanda İrandakı İslam Respublikasına bənzər oxşar bir rejimin qurulması istiqamətində fəaliyyət göstərirlər. Belə bir qurum Azərbaycanda siyasi-idealoji təbliğat və təxribatla məşğul olurdu”.
S. Soltan hesab edir ki, bu, Ocaqnejadla bağlı keçirilmiş aksiyanın davamıdır:
“Vaxtilə MTN-də də oxşar hadisələr baş vermişdi və qurumun özündə də təmizlik işləri aparıldı. Həmçinin, agentura şəbəkəsinin dünya dövlətlərinin hər birində – ali qurumlardan tutmuş, aşağı, adi vətəndaşlara qədər olması mümkündür.
Siz bilirsiniz ki, son zamanlar ən məşhur olan məsələlərdən biri Böyük Britaniyanın keçmiş Baş naziri Liz Trassın danışıqlarının yayılmasıyla bağlıdır. Bunu kim edir? Bunu da həmin agenturaların və kiberhücumların vasitəsilə edirlər. Yaxud ABŞ-dakı seçkilərdə Rusiyanın əlini kim idarə edirdi? Agentura”.
“Yəni bu tip məsələlər dünyanın hər yerində ola bilər, eləcə də Azərbaycanda da belə bir məsələ aşkarlandı. Eyni zamanda 19 nəfər İrana casusluqda şübhəli bilinirsə, ehtimal olunur ki, istintaq zamanı onların verdiyi ifadə nəticəsində məsələlərin daha da genişlənməsi və bu şəbəkənin üzvlərinin daha çox sayda insanları əhatə edəcəyi də istisna edilmir. Bu da təbii ki, aparılacaq əməliyyatın nəticəsində bəlli olacaq.
Dövlətə qarşı cinayət edən, dövlətin təhlükəsizliyinə təhdid yaradanlar isə dilindən, dinindən, milliyətindən, vətəndaşlığından və irqindən asılı olmayaraq, qanun qarşısında cavab verməlidir”, – həmsöhbətimiz yekunlaşdırıb.
Gundemxeber.az
18-10-2018, 11:41
23-12-2013, 12:42
14-02-2014, 12:46
14-12-2017, 11:10
14-12-2017, 11:48
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?