GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » BNA rəhbərinin müəmmalı fəaliyyəti - AÇIQLAMA

BNA rəhbərinin müəmmalı fəaliyyəti - AÇIQLAMA

Tarix: 6-02-2023, 18:27 Bölmə :Müsahibə Baxış: 296


BNA rəhbərinin müəmmalı fəaliyyəti

İctimai nəqliyyata bilet satışı üzrə operator “K Group” MMC-nin Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə məxsus olduğu aşkarlanıb. BNA bu barədə verdiyi açıqlamada Vüsal Kərimlinin quruma rəhbər təyin ediləndən sonra şirkətdə fəaliyyətini dayandırdığını bildirib. Lakin araşdırmaya görə, Vüsal Kərimli fəaliyyətini hələ də davam etdirir. Məlum olub ki, ictimai nəqliyyatda bilet satışı da Vüsal Kərimlinin biznes imperiyasına daxil olan şirkət tərəfindən həyata keçirilir. Bundan başqa, son dövrlər BNA-nın keçirdiyi tenderlərdə şübhəli məqamların olması da aktual məsələlərdən biridir. Belə ki, tenderlərin bir çox hallarda BNA rəhbərinə yaxın, yaxud da yeni yaradılan “proxy” şirkətlərə verildiyi iddia olunur.

GUNDEMXEBER.AZ-ın məlumatına görə, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bir çox dövlət qurumlarının rəhbərləri öz səlahiyyətlərindən istifadə edərək qanun pozuntularına yol versələr də, həmin şəxslərə qarşı ciddi tədbirlər görülmür:
“Təəssüf ki, Azərbaycanda bir çox hallarda dövlət qurumları sayılan və ya publik hüquqi şəxs hesab olunan təşkilatların rəhbərləri öz təşkilatlarına aid daxili tender və dövlət satınalamaları qaydalarını tez-tez pozurlar. Görünür, bu hal Bakı Nəqliyyat Agentliyindən də yan keçməyib. Qurum rəhbərliyi əllərində olan səlahiyyətlərdən istifadə edir, birbaşa özlərinə məxsus və ya çox yaxın adamlarına məxsus şirkətlər həmişə tenderlərin qalibi olurlar. Bu isə ölkədə tenderlər və dövlət satınalmaları ilə bağlı ciddi problemlərin olduğunu bir daha sübut edir. Çünki mediada onlarla, yüzlərlə bu cür araşdırmalar olub və son 20 il ərzində cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu vəziyyətlə bağlı ciddi irəliləyişə nail olunmaması təəssüf doğurur. Əslində, BNA ilə bağlı yayılan bu cür məlumatlar müvafiq dövlət orqanlarının yoxlama obyekti olmalıdır. Azərbaycan qanunvericiliyinə və məntiqə görə, mediada çıxan məlumatlar istənilən halda araşdırılmalıdır. Hətta məlumat düz olmasa da, tenderlərin keçirilmə qaydalarına ciddi nəzarət etməklə “proxy” şirkətləri asanlıqla tapmaq mümkündür. Bəzi hallarda açıq şəkildə qanun pozuntuları olur. Bəzən dövlət satınalmaları və tenderlərin qalibləri bir həftə və ya iki ay öncədən yaradılan şirkətlər olur. Halbuki qanunvericilikdə tender qalibi olan şirkətlərin ən azı ağlabatan təcrübəyə malik olması göstərilir”.
Nəqliyyat eksperti İlqar Hüseynov da, öz növbəsində, saytımıza açıqlamasında qeyd edib ki, bütün hallarda yayılan məlumat araşdırılmalıdır:
“BNA ətrafında yayılan neqativ məlumatlar doğrudursa, bu, dövlət büdcəsinin şəffaf idarə edilməsi qaydasının pozulması və korrupsiya faktının yaranmasıdır. Azərbaycanda çox qəribə bir tendensiya var. Belə ki, şirkət yaratmış şəxslər hansısa vəzifəyə təyin olunduqdan sonra həmin şirkəti yaxın adamlarının və ya şirkətə aidiyyəti olmayan birinin adına keçirirlər. Yəni məsul şəxs kimi təqdim olunur. Halbuki faktiki olaraq şirkətin sahibi rəhbər vəzifədə çalışan şəxs olur. Ümumiyyətlə, dövlət qulluğunda çalışan insanların, parlamentə seçilən deputatların, nazirliklər və komitələri idarə edən şəxslərin, BNA və icra hakimiyyəti strukturlarının bizneslə məşğul olması qanunla qadağandır. Buna baxmayaraq, rəhbər vəzifədə olan kifayət qədər şəxs qanun pozuntusuna görə həbs olunublar. Məlum olub ki, onların şirkətləri yaxın adamlarının və qohumlarının adına olub. Bunu Azərbaycanda hər kəs bilir.
Bu baxımdan, BNA rəhbəri Vüsal Kərimli yayılan məlumatı təkzib etsə də, onun istefa verdiyi şirkətin yenidən tenderlərdə qalib olması və bilet satışı həyata keçirməsi ortaya suallar çıxarır. Burada birbaşa korrupsiya var və dövlət maraqlarına zidd məqamlar özünü büruzə verir. Ona görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi məsələni araşdırmalıdır. Əgər fakt öz təsdiqini taparsa, qurum rəhbəri ciddi şəkildə cəzalandırılmalıdır”. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüsal Kərimlinin 10 manatlıq qaz çeki və bilet biznesi - FOTOFAKT

    Vüsal Kərimlinin 10 manatlıq qaz çeki və bilet ...

    6-02-2023, 14:56

  • 
  • Bakı Nəqliyyat Agentliyində KÜRSÜ QOVĞASI... - "Vüsal Kərimlinin yerinə müavini Elçin Mustafayev təyin ediləcək..."

    Bakı Nəqliyyat Agentliyində KÜRSÜ QOVĞASI... - ...

    8-09-2020, 15:01

  • 
  • BNA sədri Vüsal Kərimli koronavirusa yoluxub

    BNA sədri Vüsal Kərimli koronavirusa yoluxub ...

    20-08-2020, 13:57

  • 
  • Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

    Vüsal Kərimlinin daha bir şübhəli tenderi... - 2 ...

    6-07-2020, 14:22

  • 
  • Vüsal Kərimlinin məramı, məqsədi NƏDİR? - Taksilərin qiyməti BAHALAŞDI

    Vüsal Kərimlinin məramı, məqsədi NƏDİR? - ...

    9-09-2020, 12:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu