Gundemxeber.az » Müsahibə » "Müharibə hətta sabah bitsə belə, dağıntılar çox böyükdür"
Keçən müharibə ilində Rusiya Ukraynanın böyük ərazilərini işğal edib və itirib. Belə görünür Rusiya indi eyni ərazilərin bir hissəsini geri almağa çalışır. Döyüşlərin getdiyi ərazilərdə qalan ailələr itkilərin çox böyük olduğunu deyir.
Keçən il Rusiya işğala başlayanda Xerson vilayətinin Ukrayna ordusu tərəfindən mühasirəyə alınan Pravdıno kəndində şiddətli döyüşlər gedirdi. Pravdıno sakini Viktor Sasuniviç: "Cəbhə xətti buradan keçirdi. Ruslar burada, küçə boyu dayanmışdı".
Ərazinin çox hissəsi dağıdılıb və ya minalarla doludur. Lakin hazırda vilayətə Ukrayna nəzarət edir. Ukrayna qüvvələrini qorxutmaq üçün rus qoşunlarının qurduğu müqəvvalar indi heç kimi qorumur.
Bu, Xerson şəhərinin yaxınlığındakı hava limanıdır. Buradakı dağıntıların səviyyəsi insanı heyrətə gətirir.
Hər iki tərəf hava limanına dəfələrlə hücum edib və düşmənə faydalı olmaqdansa, onun xarabalığa çevrilməsinə üstünlük verib. Bu vilayət paytaxtının küçələrindəki lövhələrin üzərində Xerson "Qəhrəman şəhər" və "Ailə, sən azadsan" yazılıb.
Hələ də gecə-gündüz bombalar yağır. Lakin şəhərin çox hissəsi hələ də dayanmaqda davam edir. Yerli sakinlər deyirlər ki, sakinlərin böyük əksəriyyəti çoxdan qaçıb. Bəziləri ruslar nəzarəti ələ keçirəndə qaçıb, digərləri isə Ukrayna şəhəri geri alanda ruslarla birlikdə gedib.
Rusiya qüvvələri cəmi bir neçə kilometr aralıdadır və yerdə qalanlar deyirlər ki, gedəcək yerləri yoxdur və ya buraya daha təhlükəli yerlərdən qaçıb gəliblər. Qaçqın Olena İqnatenko: "Biz yarım ildir ki, burada Xersondayıq və evimizə yalnız bir dəfə gedə bilmişik. Körpü dağıldığı üçün indi yol yoxdur".
İqnatenko da əksər evlərin boş və ya dağıdıldığı Pravdyno kəndindəndir. "Burada daha pis günlər olub. Bizi dəfələrlə atəşə tutublar. Ev dağılmazdan əvvəl pəncərələri dəfələrlə düzəltdim. Yəni burada daha pis günlər olub. Ən pisi gün isə rus tanklarının kəndə girdiyini görəndə idi".
İndi kənddə yalnız Rusiya tanklarının qalıqları qalıb. Lakin Sasunoviç bu qədər itkinin qarşısında bunun təsəlli olmadığını deyir.
Ukraynada müharibədən bir il sonra yerli sakinlər deyirlər ki, müharibə hətta sabah bitsə belə, dağıntılar çox böyükdür.
Gundemxeber.Az
25-01-2018, 18:58
7-03-2022, 11:05
9-12-2014, 23:02
23-11-2014, 01:00
8-12-2022, 17:54
Sorğu
Yeni dizaynımız necədir?