GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Seysmoloq: “Azərbaycanda seysmik ocaqlar oyana bilər”

Seysmoloq: “Azərbaycanda seysmik ocaqlar oyana bilər”

Tarix: 21-02-2023, 17:15 Bölmə :Müsahibə Baxış: 258


Fevralın 6-da episentri Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verdi. Ard-arda baş verən ağır ballı iki zəlzələ nəticəsində Türkiyənin 11 şəhər və rayonlarında həlak olanların sayı 40 minə yaxınlaşıb, 110 minə yaxın yaralı var. Zəlzələ o qədər güclü baş verdi ki, Suriyanın Türkiyə ilə sərhəddində olan bir çox ərazilərdə də dağıntılara səbəb oldu. Suriyada da 3 mindən çox insanın zəlzələ nəticəsində  öldüyü deyilirƏsrin fəlakəti adlandırılan bu təbii hadisəyə görə bir çox ölkələr Türkiyəyə yardım və xilasedicilər göndərdi. Və qardaş ölkədə baş verən bu fəlakət Azərbaycan vətəndaşlarında da panikaya səbəb olub. İndi hər kəsi bu suallar düşündürü. Azərbaycanda yaxın vaxtlarda zəlzələ ola bilərmi? Son illər tikilən binalar zəlzələyə davamlıdırmı?

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri, Yer elmləri üzrə elmlər doktoru, dosent Qulam Babayev ASTNA-nın suallarına cavab verib.

* * *

Sual: Qulam müəllim, Türkiyədəki məlum zəlzələdən sonra bu təbii hadisənin yenidən Türkiyədə və ya Azərbaycanda baş verə biləcəyi ilə bağlı proqnozlar var. Bu proqnozlar nə dərəcədə real elmi əsaslandırmalara söykənir?

Cavab: Dünyada zəlzələnin baş verməsinin proqnozuna dair əsas 3 tipli proqnoz növü var: qısamüddətli. ortamüddətli və uzunmüddətli. İnsanları və ümumiyyətlə bəşəriyyəti əsas qısamüddətli proqnoz maraqlandırır və narahat edir. Bu – zəlzələnin yeri, gücü və zamanından ibarətdir. Mən bura seysmoloq kimi hətta zəlzələnin ocağının dərinliyini də əlavə edərdim. O da mühüm parametrdir. Bunları dəqiq demək mümkün deyil. Sadəcə tektonik nəhəng plitələrin aktivliyinə və intensiv hərəkətlərinə əsasən, onların toqquşma proseslərinə arxalanaraq və beləliklə zəlzələlərin baş verməsinə əsasən, ehtimalla demək olar ki, qonşu plitələr və onlarla əlaqədar olan qırılmalar aktivləşə bilər. Sadə fizika qanunlarına əsasən (dinamika, statika, inersiya və s.). Yəni, aktivləşmə ehtimalı var. Bu da öz növbəsində yeni zəlzələlərin əmələgəlməsinə səbəb ola bilər. Seysmik ocaqlar oyana bilər.

Sual: Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan seysmik bölgə hesab olunur. Və dəfələrlə adını çəkdiyim ölkələrin ərazilərində güclü zəlzələlər baş verib. Xüsusilə Türkiyədə son 25 ildə bir neçə dəfə güclü zəlzələlər baş verib. Niyə bunlara baxmayaraq Türkiyə bu dəfəki təbii hadisəyə belə hazırlıqsız yaxalandı? Niyə Türkiyə zəlzələ təhlükəsinin istənilən vaxt ola biləcəyini gözə almamışdı?

Cavab: Bəli, təsdiqləyirəm. Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan seysmik bölgələridir.

Türk seysmoloqları bu fəlakətli zəlzələ zonasını seysmik təhlükəli zona kimi səciyyələndirmişdilər. Müxtəlif seysmik təhlükəni səciyyələndirən parametrlərin xəritələrinə əsasən, lazımı nəticələr almışdılar. Lakin, heç kim, heç bir seysmoloq nə dərəcədə bilikli olmasından asılı olmayaraq, nə dərəcədə müasir robotlaşmış avtomatlaşmış cihazlardan istifadə etməsinə baxmayaraq, zəlzələnin dəqiq gücünü, zamanını demək mümkün deyil. Hətta bu gücdə baş verməsini demək olmur. Baxın. Nəzəri baxımından, adətən zəlzələnin baş təkanından sonra afterşoklar zamanında, yəni ardıcıl zəlzələlərin gücü adətən əsas təkandan bir qədər az olur. Amma bu zəlzələ zamanı baş təkandan sonra olan zəlzələ təxmini eyni gücdə (maqnitudada) baş verdi və digər yaxınlıqda təxmini eyni gücdə zəlzələ törətdi. Yenə də bu hadisə bir daha sübut edir ki, bu fəlakəti tam aydın və hazır şəkildə gözləmək olmur.

Sual: Türkiyədəki son zəlzələnin tektonik silah vasitəsi ilə süni yaradıldığına dair iddialar var. Bu mümkündürmü?

Cavab: Xeyr, o gücdə süni vasitələrlə tektonik silahlarla zəlzələ yaratmaq mümkün deyil. Türkiyədə baş verən zəlzələnin maqnitudasına bərabər gücdə süni silah yoxdur. Yəni o dərəcədə güclü maqnitudalı zəlzələni süni silahla törətmək mümkün deyil. Hələ bəşəriyyət belə bir silah icad etməyib.

Sual: Azərbaycan zəlzələ təhlükəsini həmişə gözə alırmı?

Cavab: Bu təhlükəni əsas inşaat şirkətləri (dövlət, özəl) gözə almalıdırlar. Biz alimlər zəlzələ təhlükə xəritələrini mütəmadi olaraq yeni üsulları cəlb etməklə qururuq. Təsvir edirik. Zəlzələ insanları öldürmür. Ən nadir vəziyyət ola bilər ki, kiminsə ürəyi zəifdi və titrəyişlər zamanı qorxudan ürək damar problemi baş verə bilər, insan ya huşunu itirər və ya qorxudan ölə bilər. Əsas insanları öldürən zəlzələyə uyğun inşa edilməyən dayanıqsız binalar, qeyri-peşəkar tikilmiş evlərdir. Məhz onlar insanları məhv edir.

Sual: Zəlzələdən az itki və dağıntı ilə çıxmaq üçün əvvəlcədən hansı addımlar atılmalıdır? Hansı təhlükəsizlik tədbirləri görülməlidir?

Cavab: İlk öncə binalar zəlzələ təhlükəsinə uyğun inşa olunmalıdır. Yaponiyanı misal göstərmək istərdim. Həmin ölkə zəlzələ haqqında qabaqcadan dəqiq proqnoz verə bilmir, amma baxın inşaat sektorunda necə sıçrayış etdi. Son güclü zəlzələ zamanı binalar sadəcə tərpəndilər, amma dağılmadılar. Bünövrələri möhkəm bərkitdilər. Sadəcə sunaminin öhdəsindən gələ bilmədilər. Amma bu artıq ayrı mövzudur. Bu ikinci dərəcəli zəlzələdən əmələgələn təhlükə növüdür. Bir sözlə, binaların dayanıqlığı və möhkəm olmağı qiymətləndirilməlidir, inşada olan binalar zəlzələyə (ballığa və maqnitudaya əsasən) tikilməlidir. Hər mərtəbə inşa olunan zaman seysmik dalğanın yüksəlmə və ya sönmə əmsalı yoxlanılmalıdır və digər inşaata dair müvafiq tədbirlər həyata keçirilməlidir.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Argentinada 6,2 maqnitudalı zəlzələ olub

    Argentinada 6,2 maqnitudalı zəlzələ olub ...

    14-11-2016, 18:47

  • 
  • Türkiyədə yenidən zəlzələ oldu

    Türkiyədə yenidən zəlzələ oldu ...

    7-04-2018, 06:17

  • 
  • Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı edilib

    Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı ...

    20-02-2023, 22:33

  • 
  • Türkiyədə yenidən güclü zəlzələ olub, dağıntıların olduğu deyilir

    Türkiyədə yenidən güclü zəlzələ olub, ...

    20-02-2023, 22:16

  • 
  • Türkiyədə zəlzələ oldu

    Türkiyədə zəlzələ oldu ...

    23-08-2015, 11:13


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (425)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu