GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Mehdiyevin əlindən öpsən, sənə də vəzifə verəcək" - Mübariz Qurbanlı İFŞA OLUNDU

"Mehdiyevin əlindən öpsən, sənə də vəzifə verəcək" - Mübariz Qurbanlı İFŞA OLUNDU

Tarix: 15-03-2023, 12:46 Bölmə :Müsahibə Baxış: 110

Azərbaycanda siyasi sahədə keçirilən islahatlar göz önündədir və bundan demək olar ki, bütün dövlət qurumları öz payını alıb. Bəlkə də yeganə qurum Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsidir ki, həyata keçirilən islahatlardan yayınmağa imkan tapıb. Deyəsən, bu Komitənin rəhbəri Mübariz Qurbanlı "dini üsullar”dan istifadə edərək gözəgörünməz olmağı bacarıb. Necə deyərlər, cənab Qurbanlı öz balaca köşəsinə çəkilərək "böyük işlər” görməkdədir. Onun biznes imkanlarına malik olması haqda kifayət qədər məlumatlar mövcuddur. Komitə sədrinin öz mənzilini milyonluq pəncərə sistemi ilə təchiz etməsi, onun hansı "işlər”lə məşğul olduğunu bilmək üçün kifayət edir.  On ilə yaxındır ki, "gözdən uzaq, könüldən iraq” gəzməyi bacaran Mübariz Qurbanlının Dini Komitə ilə uzaqdan-yaxından bağlılığı olmadığı, din-dövlət münasibətlərinə xələl gətirdiyi, bu istiqamətdə heç bir iş görmədiyi gün kimi ortadadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dini ideologiya cəhətdən çox həssas regionda yerləşir və cənub qonşumuz İranın bu mənada ölkəmizə təsir imkanları çox böyükdür.
Vəzifəsi QMİ ilə bərabər ölkədə dini-ideoloji mühiti sağlamlaşdırmaqdan, milli din xadimlərini yetişdirməkdən, dövlət-din münasibətlərini tənzimləməkdən və xarici təsirlərdən qorumaqdan ibarət olan Komitənin bu sahədə heç bir fəaliyyəti yoxdur. Heç Mübariz Qurbanlı özünə əziyyət verərək televiziya kanallarına çıxıb ölkədə baş verən dini proseslər haqda kəlmə kəsməyi də özünə rəva görmür. Məhz bu səriştəsiz fəaliyyətin nəticəsidir ki, ölkənin dini cameəsində İran təsiri öz sözünü deyir. Digər tərəfdən, axırıncı dəfə Mübariz Qurbanlının hansısa televiziya efirinə çıxıb Prezident tərəfindən həyata keçirilən islahatlar barədə danışdığını da xatırlamıram. Sanki cənab Qurbanlı Azərbaycanda yaşamır və ölkədə baş verən proseslərin bu şəxsə heç bir aidiyyatı yoxdur. Belə olan təqdirdə haqlı sual meydana çıxır: Görəsən, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi nəyə və kimə lazımdır? Ümid edirəm ki, Mübariz Qurbanlı uzun müddətlik sükutu pozaraq sualın cavabına özü şəxsən aydınlıq gətirəcək. Amma hər bir halda Komitənin və onun sədrinin fəaliyyəti haqqında aidiyyatı qurumlar araşdırmalara başlasalar, bir çox qaranlıq məqamlara aydınlıq gətiriləcəyinə şübhə etmirəm.
Gundemxeber.az bildirir ki, mövzunu KONKRET.az-a şərh edən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bu şəxsin Azərbaycan xalqının var-dövlətinə susadığını bildirib: "Dini Komitə ləğv edilməlidir, bu qurum kimə lazımdır ki? Komitə rəhbəri Mübariz Qurbanlı ayrı işlərlə məşğuldur. Komitəyə rəhbərlik etməyə layiq deyil, pivə içəndir. Bu şəxs İslam dininə layiq deyil, ancaq xəyanətlə məşğuldur. Hamısı Ramiz Mehdiyevin kadrıdır və ölkədə qarışıqlıq yaratmaqla məşğuldur. Bu gün ölkədə böyük narazılıqlar hökm sürür. Bu narazılıq dalğasını isə həmin şəxs və onun kimi digərləri yaradır. Ona görə də, hesab edirəm ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə böyük vəsaitlərin ayrılmasına ehtiyac yoxdur”.
Hafiz Hacıyev əlavə edib ki, həm "QMİ”nin, həm də Dini Qurumlarla Komitənin sədri yerində olmayan şəxslərdir: "Mübariz Qurbanlı Ramiz Mehdiyevin kadrıdır. Bu şəxs Mehdiyevin kabinetinə girərək onun əlindən öpüb və "Boz kardinal”a sitayiş edib. Şəxsən özü mənə deyib ki, Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun əlindən öpsən sənə də vəzifə verəcək. Amma biz dövləti sevən və müdafiə edən insanlarıq və hər zaman Prezidentin yanında olmuşuq. Bizə təzyiqlər olsa da, nöqsanları hər zaman dilə gətirmişik. Bir daha deyirəm, Dini Komitənin mövcudluğunun heç biri xeyiri yoxdur. Ya QMİ olmalıdır, ya da Komitə. Bu qurumların ikisindən biri ləğv edilməlidir”.
Partiya sədri Mübariz Qurbanlının çox böyük biznesə sahib olduğunu vurğulayıb: "Kabinetlərdə oturub dövlət telefonları ilə bu məsələləri həll edirlər. Onların başqa vəzifələri yoxdur. Məqsədləri ancaq büdcəni dağıdıb yeməkdir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mübariz Qurbanlı «İslam əbasına bürünmüş radikallığı» nişan göstərdi

    Mübariz Qurbanlı «İslam əbasına bürünmüş ...

    28-11-2014, 23:12

  • 
  • Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək -Mübariz Qurbanlı

    Məscidi siyasət meydanına çevirənlər haqda ölçü ...

    3-12-2015, 18:51

  • 
  • Mübariz Qurbanlı Nardaran hadisələri haqda: "Bu, cəzasız qalmayacaq"

    Mübariz Qurbanlı Nardaran hadisələri haqda: ...

    26-11-2015, 19:27

  • 
  • Mübariz Qurbanlının deputat mandatı alındı

    Mübariz Qurbanlının deputat mandatı alındı ...

    13-10-2014, 16:50

  • 
  • Məscidlərdə dini bayraqlar qadağan ediləcək

    Məscidlərdə dini bayraqlar qadağan ediləcək ...

    4-11-2015, 16:11


Təqvim

«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Mart 2023 (382)
Fevral 2023 (613)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu