Ermənistan ordusu dünən axşam saatlarından başlayaraq, yenidən atəşkəsi pozub. İki ölkənin dövlət başçılarının Brüssel görüşü ərəfəsində atəşkəsin pozulmasının səbəbi nədir? Ermənistan bununla nəyə nail olmaq istəyir.
Gundemxeber.az bildirir ki, məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Sədrəddin Soltan bu təxribatın Azərbaycanı günahkar göstərmək üçün törədildiyini qeyd edib:
“Ermənistan hakimiyyəti sərhədyanı bölgədə təxribata əl atmaqla Azərbaycanı günahlandırmaq istəyir. Sərhədlər müəyyən edilməyib. Onlar dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozur. Bu iddialarına haqq qazandırmaq, sülh danışıqlarını pozmaq, Azərbaycanı beynəlxalq arenada ittiham etmək üçün sərhədyanı bölgədə təxribat törədiblər. Nəticədə hər iki tərəfdən itkilər var”.
Politoloqun sözlərinə görə, Ermənistanın bu cür addımlarından sonra yaxın zamanlarda sülhün əldə olunacağı real deyil:
“Ermənistan rəhbərliyinin son zamanki çıxışları, Azərbaycana qarşı iddiaları və ittihamları, 2020-ci il 10 noyabr bəyanatının müddəalarına əməl etməməsi sülh müqaviləsinin imzalanmasına ümidi azaldır. Ona görə də hesab edirəm ki, Vaşinqton görüşünün ardınca kimi Brüssel, onun ardınca Moskva, daha sonra yenidən Vaşinqton görüşləri baş tutacaq. Bu, beləcə təkrarlanacaq. Ümidverici nəsə görünmür”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?