GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Moldova müdafiə naziri: “Rusiya bizim necə reaksiya verəcəyimizdən istifadə etmək istəyir”

Moldova müdafiə naziri: “Rusiya bizim necə reaksiya verəcəyimizdən istifadə etmək istəyir”

Tarix: 18-05-2023, 17:20 Bölmə :Müsahibə Baxış: 313


“Moldovanın hava məkanının pozulması halları da mövcuddur. Bu bir daha onu göstərir ki, Moldova necə həssasdır”.

Bunu Moldova müdafiə naziri Anatoli Nosatıy “Report”un Şərqi Avropa bürosuna müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik.

- Qonşu Ukraynada gedən müharibə fonunda Moldova da təhdid qarşısındadır. Bu təhlükənin müqabilində hansı tədbirləri görürsünüz?

- Məsələ Moldovada vəziyyətin necə olması, mümkün təhdid və Moldovanın bu problemin həlli qarşısında hazırlığı ilə bağlıdır. Mən hazırda bizim üzləşdiyimiz vəziyyəti izah etməyə başlayacağam. Hələ ki, Moldovaya qarşı heç bir fiziki hücum təhlükəsi yoxdur. Bunun səbəbi Ukrayna qüvvələrinin döyüş meydanındakı uğurlarıdır. Öz qəhrəmanlarını vətənləri uğrunda qurban verən Ukrayna xalqına və Ukrayna ordusuna minnətdarıq. Ukraynanı müdafiə etməklə onlar Moldovanı və ümumilikdə Avropanı müdafiə edirlər.

Lakin Moldova ərazisində stabilliyin pozulması ilə bağlı cəhdlər var. Rusiya stabilliyi pozmaq üçün hibrid müharibənin bütün elementlərindən istifadə edir. Əsasən, kiberhücumlardan, dezinformasiyadan və manipulyasiyadan istifadə edir, daxili işlərə qarışır, eləcə də ictimaiyyət arasında gərginlik yaratmağa çalışır. Mən bizə qarşı iqtisadi və xüsusən də qışda enerji böhranı haqqında danışmaq fikrində deyiləm. Moldova Müdafiə Nazirliyi əməliyyat imkanlarını artırmaq üçün gərgin işləyir. Biz silahlı qüvvələrin, ehtiyat birliklərin müntəzəm məşqlərini keçiririk və ordunun modernizasiyası və transformasiyası prosesini həyata keçiririk.

- Ordunuzu hansı şərtlərlə yeniləyirsiniz? Son bir ildə hansı dəyişikliklər baş verib?

- Mən ordunun modernizasiyası və transformasiyası haqqında qeyd etdim. Prosesə köhnə sovet texnikasını NATO standartlarına uyğun olan yeniləri ilə əvəzləmək daxildir. Qeyd etmək istəyirəm ki, bu proses xeyli resurs tələb edir. Bundan başqa, şəxsi heyətin təlimi də lazımdır. Bu proses vaxt tələb edir və müqaviləmiz də buna imkan verir.

- Rusiyanın Ukraynaya endirdiyi hava zərbələri nəticəsində Moldovanın da zərər çəkdiyini eşidirik...

- Təəssüf ki, Moldovanın hava məkanının pozulması halları da mövcuddur. Bu, bir daha onu göstərir ki, Moldova necə həssasdır. Rusiya bizim fərqli vəziyyətlərdə necə reaksiya verəcəyimizdən istifadə etmək istəyir. Raketlər Moldovadan keçməklə Ukraynanı hədəfə almışdı. Raketin elementlərindən bəziləri bizim ərazimizə düşüb. Mən yeni növ sursatı – “ağıllı” sursatı qeyd etmək istəyirəm. Görünür ki, operator uçuşu məqsədli şəkildə proqramlaşdırıb ki, bizim hava məkanımızı pozsun.

- Əgər hücum olarsa, Moldovaya Qərbdən nə qədər dəstək gözlənilir?

- Düşünürəm ki, bu ehtimal artıq real deyil. Ukrayna Rusiyaya Nikolayev və Odessa istiqamətində irəliləməyə, həmçinin Odessa yaxınlığında dəniz əməliyyatı keçirməyə imkan verməz. Amma hər halda Moldova öz ərazisini qorumağa hazırdır. Əgər vəziyyət dəyişsə, Moldova Silahlı Qüvvələri, digər orqanlarımız, vətəndaşlarımız bütün mümkün vasitələrlə ölkəmizi qoruyacaqlar. Tərəfdaşlarımızın da dediyi kimi, ən pis ssenaridə bizə bütün vasitələrlə dəstək veriləcək. Lakin bu, o demək deyil ki, biz gözləməliyik. Biz təlimlər keçirik, modernizasiya və transformasiya planlarını həyata keçiririk və çalışırıq ki, istənilən bütün ssenarilərə hazır olaq.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskva Moldovanın təhlükəsizliyinə təhdid yaratdığı iddialarını rədd edir

    Moskva Moldovanın təhlükəsizliyinə təhdid ...

    15-02-2023, 13:32

  • 
  • Gürcüstan, Ukrayna və Moldovanın XİN rəhbərləri Avropa İttifaqı ilə əlaqədar birgə bəyanata qol çəkdilər

    Gürcüstan, Ukrayna və Moldovanın XİN rəhbərləri ...

    5-12-2019, 15:07

  • 
  • Rusiya daha bir ölkədə “sözəbaxmayan” hökuməti devirməyə hazırlaşır

    Rusiya daha bir ölkədə “sözəbaxmayan” hökuməti ...

    15-08-2017, 14:31

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycan və Moldova gələcək birgə fəaliyyətin yollarını müəyyənləşdiriblər"

    Prezident İlham Əliyev: "Azərbaycan və ...

    22-06-2017, 14:41

  • 
  • İlham Əliyev: "Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun"

    İlham Əliyev: "Azərbaycan-Moldova ...

    22-06-2017, 13:08


Təqvim

«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

İyun 2023 (175)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu