Gundemxeber.az » Müsahibə » Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında - deputat
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin xanımı Qalina Mehdiyeva ilə ona məxsus "Fireland Vineyards” MMC-nin qanuni təmsilçisi Elmar Səidov arasında məhkəmə çəkişməsi davam edir.
Gundemxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsinin qərarından şikayəti Elmar Səidov verib. Şikayətə Bakı Apellyasiya Məhkəmisinin hakimi Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi də bu iş üzrə maraqlı şəxs qismində çıxış edir. Bu da səbəbsiz deyil. Çünki "Fireland Vineyards” MMC-nin hazırda 20220.31AZN vergi borcu var.
Elmar Səidovla Qalina Mehdiyeva arasında məhkəmə çəkişməsi 2021-ci ildən davam edir. Həmin ilin yanvarında Elmar Səidov Bakı Kommersiya Məhkəməsində Qalina Mehdiyeva və "Fireland Vineyards” MMC barədə iddia qaldırıb. İddiaya hakim Aytən Əliyevin sədrliyi ilə baxılıb.
Nəticə barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Lakin Elmar Səidovun apellyasiya şikayəti verməsi onun iddiasının təmin olunmadığını söykəməyə əsas verir.
Onun da qeyd edək ki, həmin vaxt "Fireland Vineyards” MMC-nin 128 767, 72 AZN vergi borcu olub.
Gundemxeber.az
17-03-2021, 15:44
14-02-2022, 12:43
22-11-2017, 15:28
8-06-2022, 19:12
17-02-2021, 12:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?