GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Aksana Filipişina Ukraynanın faciəsi barədə: “Onminlərlə uşaq haqqında heç bir məlumat yoxdur”

Aksana Filipişina Ukraynanın faciəsi barədə: “Onminlərlə uşaq haqqında heç bir məlumat yoxdur”

Tarix: 12-06-2023, 13:34 Bölmə :Müsahibə Baxış: 372


Ukraynalı uşaqların Rusiya Federasiyasına qanunsuz deportasiyası ilə bağlı məsələ dünya ictimaiyyətinin gündəmindən düşmür.

İş o yerə çatıb ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.

Həmçinin Böyük Britaniya da Mariya Lvova-Belovanın BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışını bloklayıb.

Gundemxeber.az bildiirr ki, Ukraynanın İnsan Hüquqları üzrə Helsinki İttifaqının analitik şöbəsinin rəhbəri, Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarının keçmiş müavini Aksana Filipişina oxu.az-a açıqlamasında sözügedən məsələ barədə son vəziyyəti qiymətləndirib.

O, hazırda işğal altında olan Ukrayna ərazilərində qalan və Rusiya Federasiyasına qanunsuz deportasiya edilən ukraynalı uşaqların ehtimal edilən sayı və taleləri barədə danışıb:

“İlk növbədə qeyd edim ki, Ukrayna tərəfi dəqiq rəqəmlərə malik deyil. Rusiya Federasiyası müharibə vaxtı mülki şəxslərin müdafiəsi haqqında Dördüncü Cenevrə Konvensiyasından irəli gələn öhdəlikləri pozaraq, bizim uşaqlarımız haqqında heç bir məlumat təqdim etmir. Rusiya zorla, uşaqların və onların qohumlarının razılığı olmadan, həmçinin Kiyevə heç bir məlumat vermədən uşaqları öz ərazisinə qanunsuz deportasiya edir. Bu uşaqların neçə yaşı olduğu, ad və soyadları haqqında, həmçinin hara aparıldıqları barədə heç bir məlumat yoxdur”.

Aksana Filipişina bildirib ki, Ukrayna bir sıra məlumatların izi ilə fəaliyyətini qurmağa çalışır: 

“İctimai məkanda 770 min ukraynalı uşaq barədə rəqəmlər dolaşır. Son vaxtlara qədər bu məlumatlar Rusiya Federasiyasının özü tərəfindən yayımlanırdı. Bu rəqəm müharibə başlayandan sonra valideynləri ilə, yaxud onlarsız Rusiya Federasiyasında olan ukraynalı uşaqların sayıdır. Bu şəxslər Ukraynanın Donetsk və Luqansk vilayətlərində yaşayan və xilas olmağa çalışan ailələrdir”.

Mütəxəssis hesab edir ki, bu ailələrin bir çoxu Rusiyadan tranzit ölkə kimi istifadə etməyə çalışıb və gələcəkdə Avropa ölkələrinə keçib oradan Ukraynaya geri qayıtmağı düşünüb: 

“Ancaq söhbət həmçinin müxtəlif müəssisələrdə qalan uşaqların, eləcə də rusların, sadəcə olaraq, küçələrdən toplayıb, avtobuslara mindirərək öz ərazisinə daşıdığı uşaqlardan gedir. Elə uşaqlar da var ki, onların valideynləri Rusiyanın xüsusi xidmət orqanlarının süzgəcindən keçə bilməyiblər. Belə olan halda xüsusi düşərgələrdə uşaqları valideynlərindən ayrı salıblar.

Uşaqların digər xüsusi kateqoriyası isə işğal olunmuş ərazilərdən Rusiya Federasiyasındakı və ya işğal olunmuş Krımdakı müəssisələrə köçürülənlərdir. Rusiya, demək olar ki, ötən ilin sonuna qədər 770 min ukraynalı uşaqla bağlı məlumatları dərc edirdi, sonra qanunsuz deportasiya ilə bağlı beynəlxalq hay-küy qalxdı, dünya ictimaiyyəti bu hadisələri nəzarət altına götürdü. Bundan sonra məlumatların yenilənməsi dayandırıldı.

Biz bir çox parametrlərə əsasən qanunsuz deportasiya olunan uşaqların dəqiq sayını hesablamağa çalışırıq. Bu, ilk növbədə, müvəqqəti işğal olunmuş ərazilərdə yaşayan uşaqların ümumi sayıdır. Məsələn, 2022-ci ilin fevralına olan məlumata görə, təkcə Mariupolda 50 mindən çox uşaq yaşayırdı. Mariupolda mülki və mənzil fondunun 90%-i məhv edilib, Ukrayna tərəfi, təəssüf ki, neçə nəfər uşağın sağ qaldığını bilmir. Amma bu uşaq sayına əsaslanaraq və çox az adamın Berdyansk və ya Zaporojye vasitəsilə Ukraynanın nəzarətində olan əraziyə qaça bildiyini nəzərə alsaq, sağ qalan uşaqların əksəriyyətinin Rusiya Federasiyasına deportasiya edildiyini güman etmək olar. Müharibədən əvvəl Luqansk, Donetsk, Xerson, Xarkov vilayətlərinin işğal olunmuş ərazilərində yaşayan uşaqların sayını ümumiləşdirsək, təxminən 1,5 milyon uşaqdan söhbət gedir. Ukrayna böyük ölkədir və bütün ölkədəki uşaqların sayı 7,3 milyon nəfərdir.

Hazırda qanunsuz deportasiya edilmiş onminlərlə uşaqdan söhbət gedir. Eyni zamanda, Ukrayna tərəfi Cenevrə Konvensiyasının prinsiplərinə əsaslanaraq, bu günə qədər Rusiya Federasiyasında məcburi şəkildə yerləşdirilən uşaqlar haqqında tam təsdiqlənmiş məlumatlar bankı yaradıb. Məlumatlar hər gün “Müharibə uşaqları” adlı dövlət portalında yenilənir. Hazırda 20 minə yaxın uşağın məlumat bankından söhbət gedir və onların sayı durmadan artır. Bir daha vurğulayıram ki, bunlar adları, soyadları və hətta yerləşdirildikləri ünvan dəqiq müəyyən edilmiş uşaqlardır. Onlar haqqında bizdə hüquq-mühafizə orqanlarından və valideynləri tərəfindən təsdiqini tapmış məlumatlar var. Amma reallıqda Rusiyaya qanunsuz deportasiya edilən ukraynalı uşaqların sayı xeyli çoxdur”.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Putinin həbsinə order verən prokuror və hakimə qarşı rəsmi ittiham irəli sürdü

    Rusiya Putinin həbsinə order verən prokuror və ...

    22-05-2023, 10:18

  • 
  • Rusiya XİN Putinin mümkün həbsini şərh edib - YENİLƏNİB

    Rusiya XİN Putinin mümkün həbsini şərh edib - ...

    17-03-2023, 22:36

  • 
  • Moskva məhkəməsi ukraynalı dənizçiləri aprelin 24-dək həbsdə saxlayıb

    Moskva məhkəməsi ukraynalı dənizçiləri aprelin ...

    16-01-2019, 10:42

  • 
  • Rusiya Donbasa ordu yeridir - Ukrayna

    Rusiya Donbasa ordu yeridir - Ukrayna ...

    12-11-2017, 13:52

  • 
  • Savçenko parlamentdə Ukraynanın müdafiəsi ilə məşğul olacaq

    Savçenko parlamentdə Ukraynanın müdafiəsi ilə ...

    26-05-2016, 21:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu