“Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”.
Bunu Belçikanın xarici işlər naziri Hadija Labib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bugünkü görüş mühüm məsələlərin müzakirəsi üçün əla fürsətdir.
Görüş zamanı onlar ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. “Biz bu əlaqələrin dərinləşməsini istəyirik”, - H.Labib əlavə edib.
O bildirib ki, Belçika iki ölkə arasında işgüzar əlaqələrin, eləcə də Azərbaycanda Belçika şirkətlərinin sayının artırılmasına tərəfdardır.
Sorğu
Yeni dizaynımız necədir?