Gundemxeber.az » Müsahibə » Fələstin-İsrail qarşıdurması: “Tərəflərin qızışdırılması Dünya müharibəsi təhlükəsini aktuallaşdırır” – ŞƏRH
Fələstin-İsrail qarşıdurması davam edir. Vəziyyətin gərginləşdiyi ilk günlərdən indiyə qədər analitiklər qeyd edirlər ki, digər ölkələr müharibəyə qoşularsa, vəziyyət gərginləşə, ciddi siyasi, iqtisadi təsirlər özünü göstərə bilər.
Bəs, digər dövlətlərin problemə müdaxiləsi hansı formalarda baş verə bilər? Hazırkı fazada bu, real görünür?
Bu barədə Oxu.Az-a danışan politoloq Fikrət Sadıqovun fikrincə, hələlik aparıcı dövlətlər, o cümlədən ABŞ və bir sıra Avropa ölkələri İsraili dəstəkləsə də, açıq şəkildə münaqişənin iştirakçısı olmaq istəmirlər:
“Digər reallıq da var ki, adını çəkdiyimiz dövlətlər həmçinin İsrailə təzyiq göstərmək niyyətindədirlər. Nəticədə, Qərbin ikibaşlı addımları ortaya çıxır. Müharibəyə qoşulmayan ABŞ bölgəyə əlavə döyüş təyyarələri və gəmiləri göndərir. Halbuki, orada vəziyyətin tənzimlənməsi, girov götürülənlərin azad edilməsi daha aktual olmalıdır.
Qeyd etdiyim kimi, aparıcı dövlətlər münaqişədə özləri iştirak etmək istəmirlər, amma silahlar verilir. İranın simasında HƏMAS-ı dəstəkləyən qüvvələr də fəaliyyətdədir. Bütün hallarda müdaxilələr gərginliyə gətirib çıxara bilər. Çünki hər iki tərəfi dəstək adı ilə qızışdıran qüvvələr mövcuddur. Bir tərəfdən Avropada bir sıra mitinqlər, yürüşlər keçirilir, Fələstinə dəstək nümayiş edilir, digər tərəfdən BMT-nin özündə Fələstinə dəstək olduğuna görə baş katibə çox sərt ifadələr işlədilir. Vəziyyət olduqca gərgindir və düşünürəm ki, durum uzun müddət davam edəcək. Hətta Üçüncü Dünya Müharibəsi təhlükəsi belə gündən-günə aktuallaşır, tərəflərin qızışdırılması mənfi nəticələr vəd edir”.
Gundemxeber.az
23-07-2017, 16:44
10-07-2014, 02:19
17-02-2017, 00:55
24-12-2018, 10:44
10-12-2017, 18:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?