Son günlər ölkəmizdə uşaqlar arasında bir neçə yolxucu xəstəlik kütləvi yayılmağa başlayıb. Onlardan biri Hepatit-A (sarılıq), digəri isə, qızılca xəstəliyidir. Virus xəstəliyi olan hər iki xəstəlik səbəbindən hazırda yüzlərlə uşaq xəstəxanalara yerləşdirilib. Yayılan xəbərlərdən belə məlum olur ki, bəzi uşaqlar xəstəlikləri yüngül keçirib, tez sağaldıqları halda, digərlərinin müalicəsi çox çətin gedir və ağırlaşmalar yaranır. Bu da təbii ki, valideynlərdə böyük həyəcan və təşvişə səbəb olur.
Məsələ ilə əlaqədar tanınmış həkim və elmi-lədun bilicisi Paşa Yaquba müraciət etdik. Həkimin gundemxeber.az-ın əməkdaşına cavabı çox maraqlı və orjinal oldu:
- Yayılan xəbərlərdən də göründüyü kimi, son aylar ölkə ərazisində Hepatit-A və qızılca virusu geniş yayılmaqdadır. Bu cür xəstələrin valideynləri bizə də müraciət edirlər. Müayinəmiz vaxtı məlum olur ki, bəzi uşaqlar həqiqətən də xəstəliyi başqalarından daha ağır keçirir və çətin sağalırlar. Bunlar əsasən anaların birinci uşaqları olurlar. Yəni, anadan ilk doğulan uşaqlar qızılca və hepatiti digərlərindən ağır keçirirlər. Bunun səbəbi həmin uşaqların neqativ enerjiyə daha çox yüklənmələri ilə əlaqədardır.
-Doktor, körpə, yaxud, azyaşlı uşağa neqativ enerji necə yüklənir?
- Doğurdan da maraqlı sualdır, körpəyə, azyaşlıya neqativ enerji harada və necə yüklənir? Bunun bir neçə yüklənmə yolu var ki, onlardan birincisi ana bətnidir. Əgər ana hamiləliyi gərgin, ağrılı, əsəbi, səbəbsiz ağlamalarla, stresslə, yataqda müalicə altında keçiribsə (bunlar hamısı anada olan neqativ enerjinin əlamətləridir), həmin uşaq artıq ana bətnində neqativ enerjiyə yoluxmuş olur. El arasında buna “uşaq çiləli doğulub” deyirlər. Həmin bu “çiləli doğulmuş” uşaqlarda immunitet həmişə zəif olur, tez-tez xəstələnən, tez-tez yıxılan, iştahsız və s problemli olurlar. Onlar bir qayda olaraq, bütün xəstəlikləri ağır keçirilər. Araşdırmalarımız göstərir ki, son vaxtlar yayılan qızılca və hepatiti də əsasən həmin neqativ enerji ilə doğulan birinci uşaqlar ağır keçirirlər.
Neqativ enerji tək anadangəlmə olmayıb, həyatdaqazanılma da ola bilir. Bu hal əsasən baxışlardan, gözlərdəki Selen maddəsindən şüalanma ilə yüklənə bilir. Belə uşaqlarda da immun sistemi zəif olduğundan, xəstəlikləri, o cümlədən qızılca və hepatiti ağır keçirirlər, sağalma çox çətinliklə baş verir.
Belə pasiyentləri müalicə edərkən, biz əvvəlcə onu neqativ enerjidən təmizləyib, sonra müalicə edirik. Bu halda müalicə effektiv olur və sağalma sürətlənir. Tibb elmi neqativ enerjini bədəndən götürə bilmədiyindən, bu cür uşaqların müalicəsində çətinlik çəkirlər və ağırlaşma baş verir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?