GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Ermənistan praktiki olaraq dövlət suverenliyini itirib, o artıq Fransanın müstəmləkəsidir” - RF-dən MÜSAHİBƏ

“Ermənistan praktiki olaraq dövlət suverenliyini itirib, o artıq Fransanın müstəmləkəsidir” - RF-dən MÜSAHİBƏ

Tarix: 29-11-2023, 16:16 Bölmə :Müsahibə Baxış: 426

Noyabrın 30-da Azərbaycan və Ermənistan delimitasiya komissiyalarının nümayəndələri iki ölkə arasındakı şərti sərhəddə görüş keçirəcəklər. Düzdür, bu, Azərbaycanın israr etdiyi, Ermənistanın isə imtina etdiyi sülh müqaviləsinin imzalanması prosesinin tezliklə başa çatması üçün ikitərəfli əsasda olan həmin o format deyil.

Niyə birbaşa ikitərəfli danışıqların, məsələn, Tbilisidə və ya başqa yerlərdə təşkil olunması fikrini Ermənistan qəbul etmir? “PolitRus” informasiya-analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov Oxu.Az-a vəziyyəti belə şərh edib:

- Fakt budur ki, Ermənistan praktiki olaraq dövlət və milli suverenliyini itirib. Bu ölkə Fransanın koloniyasına çevrilir. İndi Ermənistan Respublikasında baş verən hər şey, onun xarici siyasətdə atdığı istənilən addım Paris və Vaşinqtonun diktəsi ilə gerçəkləşir.

Təbii ki, ABŞ və Fransa Qarabağ ətrafında artıq sönmüş Ermənistan-Azərbaycan münaqişəsindən regionda öz məqsədlərinə çatmaq üçün istifadə edirlər. Ermənistan isə bundan ötrü alətdir.

- Məhz buna görə İrəvan Bakı ilə təkbətək danışmaq istəmir?

- Demək olmaz ki, İrəvan bunu istəmir. Sadəcə, bunun üçün Ermənistana icazə vermirlər.

- Başqa bir maraqlı nüans da var. Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qagik Melkonyan bildirib ki, ölkəsi Bakının təklif etdiyi ikitərəfli dialoqa getməməlidir. O hesab edir ki, Ermənistana onu Azərbaycandan qoruyacaq müəyyən bir “zamin” lazımdır. Qagik Melkonyan “zamin” dedikdə, görünür, danışıqlar üçün öz ərazisini təqdim edəcək ölkəni nəzərdə tutur.

- Sizcə, hansı zaminlər ola bilər və nəyə görə? Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib. Bəli, Ermənistan Respublikasında Azərbaycan anklavları ilə bağlı məsələlər var, lakin onlar sərhədlərin delimitasiyası və demarkasiyasının gedişatında həll olunur. Unutmaq olmaz ki, sərhədlərin razılaşdırılmasını təklif edən, təkliflər hazırlayan da qalib ölkə olan Azərbaycandır.

Mən burada haşiyə çıxacağam. Ukrayna Ali Radasındakı “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiyanın bu yaxınlarda verdiyi sensasion müsahibədə bildirdiyi “ötən il Rusiya və Ukrayna arasında İstanbulda aparılan danışıqları kəsməyi Kiyevə Qərb sifarişi edib” fikrini xatırlayaq. Davranışları diktə olunan Ermənistanla da indi baş verənlər budur.

Qərbin məqsədi Ermənistan Respublikası vasitəsilə Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənməkdir. “Zamin”lər haqqında bütün sözlər açıq təxribatdır. Əgər Fransa və ya ABŞ belə “zamin” olarsa, o zaman erməni tərəfinin fikrincə, Bakı Ermənistanla sülh sazişi ilə bağlı Vaşinqton və Parislə dialoq aparmalı olacaq. Bu, Azərbaycana lazımdırmı?

- Amma görünən odur ki, Azərbaycan Qərbin təzyiqlərinə boyun əymir. Ölkə Xarici İşlər Nazirliyinin bəyanatlarını və ya noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin telefon danışığını xatırlatmaq kifayətdir...

- Bəli, biz də bunu görürük. Amma hələ də müxtəlif istiqamətlərdən Azərbaycana təsir etmək cəhdləri edilir.

Hər kəs ATƏT-in keçmiş Minsk qrupunu və onun sıfır nəticəsini xatırlayır. Həmçinin, hər kəs İkinci Qarabağ müharibəsindən sonrakı dövrü xatırlayır. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri Fransa hansı bəyanatlarla çıxış edib? Paris faktiki olaraq Ermənistandan müharibəni davam etdirməyi tələb etdi, baxmayaraq ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat artıq imzalanmışdı. Ermənistan da belə bir “zamin” istəyir.

Ancaq Azərbaycanda artıq indidən Ermənistanı silahlandırmağa çalışan həmin o Fransa “zamin”, hətta vasitəçi kimi qəbul edilməyəcək.

Danışıqların ikitərəfli formatı çox gözəl imkandır. Regionda üçüncü ölkə var - neytral Gürcüstan. O, öz ərazisini təqdim edə bilər. Amma Ermənistan buna qarşıdır. Düşünürəm ki, İrəvan hətta sülh sazişinin müzakirəsi üçün İran ərazisinin seçilməsinə də etiraz edəcək. Ermənistan ancaq Qərb ağalarının dediklərini edəcək.

- Yəni danışıqlar prosesi dalana dirənib? Qərb ölkələri (ən azı, Vaşinqton, Paris, Berlin və Brüssel erməni mərkəzli yanaşmalarını dəyişməyincə) Bakını qane etmir. İrəvan Moskva ərazisindən və ikitərəfli formatdan imtina edir.

- Xeyr, bu, dalana dirənmək deyil. Yadınıza salın ki, əvvəllər (2020-ci ilin payızındakı müharibədən əvvəl - red.) sanki dalana dirənmiş vəziyyət yaranmışdı, lakin sonra hər şey həll olundu. Amma deyə bilərik ki, indi fasilə yaranıb. Bir daha qeyd edim ki, ikitərəfli format ən yaxşı seçimdir. Ermənistanın ondan imtina etməsi isə tamamilə düşünülmüş addımdır.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan XİN başçısı Elmar Məmmədyarovla tezliklə görüş planlaşdırıldığını təsdiqləyib

    Ermənistan XİN başçısı Elmar Məmmədyarovla ...

    7-07-2018, 19:54

  • 
  • Ermənistan XİN başçısı: "Azərbaycan XİN rəhbəri ilə tezliklə görüş planlaşdırılır"

    Ermənistan XİN başçısı: "Azərbaycan XİN ...

    7-07-2018, 14:11

  • 
  • Rusiyalı politoloq: “Hər kəsə aydındır ki, Qarabağda humanitar fəlakət yoxdur”

    Rusiyalı politoloq: “Hər kəsə aydındır ki, ...

    4-09-2023, 20:46

  • 
  • Rusiyalı deputat: “Ermənistan danışıqların pozulmasına səbəb oldu”

    Rusiyalı deputat: “Ermənistan danışıqların ...

    28-09-2020, 13:54

  • 
  • Böyük Britaniya Ermənistan və Azərbaycanı atəşkəs rejiminin pozulmasına son qoymağa çağırıb

    Böyük Britaniya Ermənistan və Azərbaycanı atəşkəs ...

    15-07-2020, 15:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu