Gundemxeber.az » Müsahibə » İqor Korotçenko: “Qərbə tövsiyə edərdim ki, əsassız tənqiddən əl çəksin”
“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin reaksiyası mənə çox maraqlıdır. Görəsən, Fransa Prezidenti Emmanuel Makron və digərləri Azərbaycan xalqını təbrik edəcəklər, yoxsa tənqid edəcəklər? Susacaqlarmı?”
Gundemxeber.az-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun direktoru İqor Korotçenko Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.
O, Qərbə tövsiyələr verib:
“Mən istəyirəm ki, buradan onlara tövsiyə edim ki, əsassız tənqiddən əl çəksinlər. Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı. Xalqı, İlham Əliyevi təbrik edirəm”.
İqor Korotçenko vurğulayıb ki, Azərbaycanda prezident seçkisi tam şəffaf təşkil edilib:
“Altı seçki məntəqəsində iştirak etdim. Seçicilər də yüksək səviyyədə iştirak etdilər və ölkənin gələcəyinə dair fikirlərini nümayiş etdirdilər. İlham Əliyevin qələbəsi artıq xalqın iradəsi ilə əvvəldən müəyyən olunub. O, bir çox təhlükələrin olduğu şəraitdə xalqa sadiq oldu. Həmişə ölkənin maraqlarını müdafiə edir. Azərbaycanın dostları, dövlət rəhbərləri İlham Əliyevi inamlı qələbəsinə görə təbrik edirlər. Biz də buna sevinirik. İ.Əliyev Rusiya dövlətinin də dostudur. Bundan sonra da iki ölkə siyasi, iqtisadi sahədə tərəfdaş olmaqda davam edəcəklər”.
Gundemxeber.az
12-01-2021, 08:45
16-02-2021, 10:35
10-02-2020, 12:30
21-11-2020, 15:40
11-04-2018, 10:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?