GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Kamran Əsədov: Cəmiyyətimiz artıq təhlükədədir...

Kamran Əsədov: Cəmiyyətimiz artıq təhlükədədir...

Tarix: 21-02-2024, 20:51 Bölmə :Müsahibə Baxış: 407

Zorakılıq törədən və əməllərində xuliqanlıq olan 11-ci sinif şagirdi heç nəyin vecinə olmadığını deyib...

Təhsil eksperti: “Çox təəssüflər olsun ki, orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında ciddi boşluqlar və ciddi problemlər var”.

“Həmin qızın üzr istəmək, peşmançılıq keçirmək yerinə işlətdiyi ifadələr nə şagird davranışına, nə də təhsil mühitinə uyğun deyil”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov 11-ci sinif şagirdinin etdiyi əməli Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb. Zorakılıq törədən və əməllərində xuliqanlıq olan 11-ci sinif şagirdi isə açıqlama verib ki, “nə olur olsun, vecimə deyil!”.

Bu hərəkəti edən sonra da heç peşman olmayan gənc qızın aqressivliyi yalnız tərbiyə məsələsidir? Bu məsələdə məktəbin və ailənin rolunu necə dəyərləndirmək olar? Belə gəncliklə cəmiyyətimiz haraya gedir?

Məktəblərdə baş verən bu kimi xoşagəlməz hadisələrin səbəblərini Poliqon-un əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Bu kimi şagirdləri biz təhsil mühitindən uzaqlaşdırıb onları fərdi, evdə təhsilə cəlb etməliyik. Çünki onlar potensial təhlükədirlər”.

Gənclərimizin böyük əksəriyyətinin artıq sosial şəbəkələrdə, tik-tokda fenomeni olmaq istədiklərinə nəzər salan ekspert Poliqon-a bildirib ki, onlar yaxşı şeylərlə yox, fəaliyyəti qadağan olunan və yaxud da fəaliyyəti baş ucalığı gətirməyən işlərlə məşğul olurlar:

“İlk öncə qeyd edim ki, hal-hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1.6 milyard şagird təhsil alır. Bu 1.6 milyard fərqi şəxsə, fərdi xarakterə, fərqi xüsusiyyətə malik olan insan deməkdir. Biz şagirdlərin hər birinə fərdi, invidual şəkildə yanaşmanı bilirik. Amma çox təəssüflər olsun ki, orta ümumtəhsil məktəblərində şagirdlərin şəxsiyyət kimi formalaşmasında ciddi boşluqlar və ciddi problemlər var. Ona görə ki, bizim ümumi təhsil məktəblərində şagirdlərin xarakterinin formalaşması məktəb mühitində yox, məktəbdəki mühitin təsirləri nəticəsində formalaşır.

Belə ki, biz pandemiya dövründə uşaqlara onlayn təhsilə qoşulması üçün planşet, kompüter, telefon verdilər. Onlar da dərs resurlarına yox, yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun olmayan saytlara, portallara girdilər. Həmin portallardan da daha çox təsirlərə məruz qalmağa başladılar. Bu gün bizim uşaqlar kitablarla yox, seriallarla, sosial şəbəkələrlə, tik-tokla böyüyür. Bu da birmənalı şəkildə onların xarakterinə öz mənfi təsirlərini göstərir.

Son hadisə göstərir ki, bizim gənc nəsil birmənalı şəkildə hansısa serialların qəhrəmanlarının obrazlarına oxşamaq istəyir. Halbuki ki, Azərbaycanın istər 44 günlük müharibə dövründə, istərsə də ondan əvvəlki dövrlərində müsbət xarakterli obrazları var. Bizim gənclərimiz də onlara oxşamalı idi. Amma gənclər mafiya qəhrəmanlarına oxşamaq istəyirlər. Bu da gələcək üçün ciddi təhlükədir. Bu gün özünü hansısa cinayət üzvünə oxşamaq istəyən şagird sabahın anasıdır, atasıdır. Biz də onu yaşadığı yerdə potensial təhlükə törədə biləcəyini planlaşdıra bilərik.

Kamran Əsədov: “Biz şagirdlərimiz qarşı müəyyən qədər davranış qaydalarına ciddi dəyişikliklər etməliyik. Onların təhsil mühitində daha yaxşı davranmaları üçün qaydalarımızı müəyyən qədər sərtləşdirməliyik ki, onlar etik, şagird davranış qaydalarına, cəmiyyətə uyğun addımlar ata bilsinlər”.

Həmin qızın üzr istəmək, peşmançılıq keçirmək yerinə işlətdiyi ifadələr nə şagird davranışına, nə də təhsil mühitinə uyğun deyil. Cəmiyyətimiz artıq təhlükədədir. Çünki gənclərimizin böyük əksəriyyəti artıq sosial şəbəkələrdə, tik-tokda fenomeni olmaq istəyirlər. Amma onlar yaxşı şeylərlə yox, fəaliyyəti qadağan olunan və yaxud da fəaliyyəti baş ucalığı gətirməyən işlərlə məşğul olurlar. Belə bir şagird məktəb mühitində olmamalıdır. Hesab edirəm ki, bu kimi şagirdləri biz təhsil mühitindən uzaqlaşdırıb onları fərdi, evdə təhsilə cəlb etməliyik. Çünki onlar potensial təhlükədirlər. Onların davranışları, onların ifadələri məktəbin normal dərs mühitini birmənalı şəkildə pozur.

Hesab edirəm ki, biz valideynlərin məsuliyyətini artırmalıyıq, valideynləri bu prosesə cəlb etməliyik. Çox təəssüflər olsun ki, təhsil mühiti valideynlərin prosesdən kənarda qalması ilə nəticələnir. Yəni valideynlər heç ayda bir dəfə valideynlər iclasına gəlmirlər. Bu da yaxşı hal deyil. Məktəb-valideynlər əməkdaşlığı, məktəb-valideyn münasibətləri daha da sıxlaşmalıdır. Çox təəssüf ki, biz şagirdlərdən fərqli münasibət gözlədiyimiz halda, bu şagirdlər tamamilə fərqli addım atdılar.

Diqqət çəkən odur ki, hadisənin yayıldığı gün Azərbaycan məktəbliləri Rumıniyada olimpiada da çox böyük uğur əldə etmişdilər. Onlar da, bunlar da şagirdlərlər. Yəni mühit fərqli deyil, mühit eynidir, amma şagirdlər fərqlidir. Biz şagirdlərimiz qarşı müəyyən qədər davranış qaydalarına ciddi dəyişikliklər etməliyik. Onların təhsil mühitində daha yaxşı davranmaları üçün qaydalarımızı müəyyən qədər sərtləşdirməliyik ki, onlar etik, şagird davranış qaydalarına, cəmiyyətə uyğun addımlar ata bilsinlər”.


Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ombudsman məktəblilərin qeyri-etik görüntüsü ilə bağlı məsələni nəzarətə götürüb

    Ombudsman məktəblilərin qeyri-etik görüntüsü ilə ...

    20-02-2024, 17:24

  • 
  • Azyaşlı qızla cinsi əlaqədə olan məktəblinin cinayət işi - TƏFƏRRÜAT

    Azyaşlı qızla cinsi əlaqədə olan məktəblinin ...

    23-08-2018, 13:04

  • 
  • Məktəbdə qalmaqal: 28 yaşlı müəllimə 8-ci sinif şagirdi ilə...

    Məktəbdə qalmaqal: 28 yaşlı müəllimə 8-ci sinif ...

    25-04-2016, 20:32

  • 
  • Şagirdə qarşı seksual xarakterli zorakılıq edən məktəbli həbs edildi - Bakıda

    Şagirdə qarşı seksual xarakterli zorakılıq edən ...

    10-02-2018, 16:13

  • 
  • 11-ci sinif şagirdi bıçaqlandı

    11-ci sinif şagirdi bıçaqlandı ...

    27-12-2013, 16:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu