GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Mənə milyonlar təklif etdilər, dedilər ki...” – Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla MÜSAHİBƏ

“Mənə milyonlar təklif etdilər, dedilər ki...” – Mübariz İbrahimovun atası Ağakərim İbrahimovla MÜSAHİBƏ

Tarix: 27-03-2024, 09:40 Bölmə :Müsahibə Baxış: 519


“Biz ata-bala vətən üçün, torpağımızın azad olması üçün çalışdıq”


Biləsuvar həmişə ziyalıları, qəhrəmanları ilə tanınıb. Əbəs yerə “qəhrəmanlar diyarı” deməyiblər ki... Biləsuvar həm də xoşbəxt diyardır ki, qucağında Mübariz kimi cəsur oğul dünyaya göz açdı, qoynunda böyüdü, Vətəni qorumaq üçün öz canını fəda etdi...

Şeyx Məhəmməd Xiyabaninin bir kəlamı var:

İgid bir gün yaşadı, ölümü boğdu öldü,

Qorxaq yüz il yaşadı, ölümdən qorxdu öldü.

Bəli, Mübariz İbrahimovun da ömrü qısa oldu. Amma 22 illik ömür yolunda Vətən üçün çox böyük işlər gördü.

Bir jurnalist kimi çoxdan arzu edirdim ki, Mübariz İbrahimovun atası Ağakərim dayıdan müsahibə götürüm. Nəhayət, Novruz Bayramı günlərində Biləsuvarın Əliabad kəndində el ağsaqqalı ilə görüşüb, geniş söhbət etmək imkanı əldə etdim.

- Ağakərim dayı, sizinlə bayram günündə görüşürük. Öncə Novruz Bayramı münasibəti ilə sizi və ailənizi təbrik edirik...

- Çox sağ olun! Mən də sizi və ailənizi təbrik edirəm, sizə xoş arzularımı bildirirəm. Allahdan bayramlarınızın mübarək olmasını istəyirəm. Çox sağ olun ki, əziyyət çəkib müsahibə almağa gəlmisiniz.

- Siz sağ olun ki, müsahibə üçün təklifimizi geri çevirmədiniz. İlk olaraq bilmək istərdik ki, bayramla əlaqədar olaraq sizə baş çəkən, telefon vasitəsilə əlaqə saxlayan rəsmi və yaxud qeyri-rəsmi şəxslər oldu?

- Əlbəttə, bir çox rəsmi şəxslər tez-tez məni yoxlayır, mənə baş çəkirlər. Bu bayramda da məni təbrik edənlər oldu. Rəsmi şəxslərlə yanaşı, tanıdığım sadə insanlar, uşaqlıq dostlarım da məni təbrik etdilər. Əslində, heç kimdən ummuram, təbrik edən də sağ olsun, etməyən də. Amma onu da deyim ki, ötən illərə nisbətən bu il çox da təbrik gəlmədi. Əvvəllər daha çox təbrik alırdım. İllər keçdikcə yavaş-yavaş təbriklər də azaldı.

- Bəs bayram tədbirlərinə dəvət almısınız? Məsələn, Novruz Bayramı ərəfəsində hansısa tədbirdə iştirak etmisiniz?

- Çox maraqlı suallardır. Bilirsiniz necədir, cavan olsam istəyərdim ki, o tədbirlərə özüm gedəm, orda fikrimi çatdıram, vətənpərvərlikdən danışam. Amma yaş və ürək əməliyyatı məni bu işlərdən saxladı. Mənim fikrim var idi ki, Muzeydə oturam, gələn məktəbli uşaqlarla danışam. Amma ürək əməliyyatı keçirdim. Özümü qorumaq üçün bura - çölə gəldim. Gəldim ki, burda nəfəs alım. Sizə də müsahibəni bu açıq havada, çöldə verirəm.

Bizim kəndin icra nümayəndəsi Novruz şənliyinə dəvət etmişdi. Səhhətimlə əlaqədar gedə bilmədim. Dəvət edirlər ki, tribunalarda danış. Mən çox vaxt danışmıram. Mən sənə dediyimi tribunada necə deyim?! Mən də istəyirəm ki, biz - hər bir azərbaycanlı boş oturmayaq. Hökmən gedib silah götürüb döyüşməli deyilik. İndi mübarizə gedir, əməllərimizlə döyüşməliyik, vuruşmalıyıq. Bir-birimizə münasibətimiz dəyişməlidir. Yenə deyirəm, hər zaman da deyəcəm, xainlik, paxıllıq qəlbdən çıxmalıdır. Bir-birimizi bağışlamağı bacarmalıyıq. Bütün bunlar  Vətən xatirinə olmalıdır. Ələlxüsus da gələcək üçün, nəvə-nəticəmizin gələcəyi üçün.

Düşmən silahı yerə qoymayıb, qoymayacaq da. Bu görünür, hamı da dərk edir. Onlar fürsət axtarır. Ola bilsin 10 ildən, 50 ildən sonra zərbə vurmağa çalışacaqlar. Və vuracaqlar da. Onun üçün biz iş görməliyik. Bu da yalnız Allahın göstərdiyi yoldur. Doğru yol odur. Yəni biz dünyada söz sahibi olmalıyıq. Bizi söz sahibi də edən də Allahdır. Sən bilirsən ki, böyük dövlətlər necə gəlib kiçik dövlətlərə girir?! Məsələn, Amerika İraqa necə gəlib girdi... Allah deyir axı, bizim iznimiz olmadan yarpaq da düşə bilməz. Bəs Amerika necə gəldi İraqa? Dedi sizdə haqsızlıq var. Həqiqətən də İraqda haqsızlıq baş alıb gedirdi. Ona görə də Allah izn verdi.

- Dediniz ki, əvvəlki illərə nisbətən Sizi axtaran rəsmi şəxslərin sayı azalıb. Bəs, televiziyalar, mətbuat necə, sizi arayıb-axtarır?

- Əvvəl çox olurdu. Televiziyalardan tez-tez gəlirdilər, ailəmizi çəkirdilər. Sonralar bunlar səngiməyə başladı. Onları da qınamıram. Çünki şəhidlər çoxdur. Şəhidin birini ön, digərini arxa sırada tutmaq olmaz. Şəhidlərin hamısı bizim balamızdır. Biləsuvarın bütün şəhidlərini balalarımdan ayırmıram. Onlar da mənim balalarımdır. Birini uca, digərini aşağıda tutmaq olmaz. Fərqləndirəndə təbii ki, onun qəlbinə dəyər. Ona görə də heç kəsi qınamıram. Gələn də sağ olsun, gəlməyən də.

**

- Əlbəttə, Milli qəhrəman atası olmaq, həm də Mübariz İbrahimov kimi dövlətimizin fəxri olan bir qəhrəmanın atası olmaq qüruruvericidir. İstərdik Mübariz İbrahimovun uşaqlığından, onu necə qəhrəman kimi böyütməyinizdən danışasınız...

- Bilirsiniz, bu haqda o qədər danışmışam, əlavə nəsə deməyin yeri yoxdur. Nə deyim?! Mən əvvəl də demişdim, yaxşı övlad yetişdirmək vətənpərvər övlad yetişdirmək deməkdir. Mübariz də elə bunun üçün yaranmışdı. Biz ata-bala vətən üçün, torpağımızın azad olması üçün çalışdıq. O, bilərək, düşünərək həyatından, canından keçdi. Mən də “Vətən sağ olsun” dedim! Və öncədən onu dedim ki, Allah 3 oğul verib, biri Vətənə fəda olsun! Bu, mənim sözüm deyil. Bu müqəddəs söz Allahın sözüdür. Çünki Allah onu mənə verdi.

- Allahdan, Qurandan danışdınız. Allahın yaratdığı bəndələrin müəyyən qismi dünya üçün yarandığının fərqinə varmırlar. Sizcə niyə?

- İnsanlara bunları necə başa salaq?! Heç inanmayacaqlar. Amma inanmasalar da, bu belədir. Siz düz deyirsiniz, bəndələr dünya üçün, tikib-qurmaq üçün yaranıb, vəhşilik etmək, terrorla məşğul olmaq üçün yox. Quranda Allahın biz müsəlmanlara buyurduqlarına riayət etməsək, heç şübhəsiz, düşmənlər yenə də silahlarını yerə qoymayacaq. Nə vaxtsa, əlli ildən, bəlkə də yüz ildən sonra həmin əməllərini təkrar edəcəklər. Onda da biz yaşadıqlarımızı nəvə-nəticələrimiz yaşayacaqlar.

Bilirsiniz, bizim millətin evini ən çox nə yıxır? Xainlik, paxıllıq. Bu bizi inkişafdan saxlayıb. Bir-birinin ayağının altını qazmaq, gözü götürməmək, işləyəni, iş bacaranı, uzaqgörəni qəbul etməmək, paxıllıq etmək və s. bizim milləti inkişafdan saxlayır. Onu yaradan səbəb də qeybətdir. Bir-birimizin arxasınca xoşagəlməz sözlər danışmaq, qeybət etmək bizi xainə, paxıla çevirib.

- Bəs, bu cür adamlarla necə mübarizə aparmalıyıq?

- Mübarizə aparmaq üçün əksini etməlisən. İnsanlar haqqında xoş sözlər, gözəl sözlər danış. Bununla da paxıllığı qəlbindən atacaqsan, çıxıb gedəcək. Onu başa salan, öyrədən lazımdır bizə. Çox təəssüf ki, yoxdur. Deyirlər, zəng etməyin, o kişini saymayın. Niyə? Ona görə ki, içimizdə düşmən qüvvələr var. Elə onun üçün də çoxları ailəsini də götürüb, Azərbaycandan qaçır.

İnanın mənə də çox şey təklif etdilər. Milyonlar təklif etdilər. Dedim ki, mənim heç nəyə ehtiyacım yoxdur. Dedilər ki, sənin dövlətdə haqqın var, gəl sənə Bakıdan 6 hektar torpaq verək. İstəyirsən sot-sot sat, istəyirsən ticarət mərkəzi tik, gəl gedək kupçanı, sənədi götür. Dedim ki, mənə lazım deyil, istəmirəm.

Müharibənin ilk 8 günündə verilən şəhid qalan 36 gündə verilməyib. Niyə? Düşmən tələsi var idi. Düşmənə xəbər verənlər var idi ki, ordan gəldi, burdan gəldi, vur. O da vururdu. İstəyirdilər ki, müharibə dayansın. Bilirdilər ki, bu yol qələbəyə gedir. Elə ki, Qərargahı türklər götürdü, ondan sonra qələbə qələbənin dalınca gəldi.

- Bəllidir ki, Mübariz xidmət zamanı hərbi hissə rəhbərliyinə məlumat vermədən təmas xəttini keçərək ən azı 45 ermənini məhv edib. Bu faktın özü sübut edir ki, onun içərisində erməniyə qarşı böyük nifrət olub. Deyə bilərsiniz, bu nifrət necə, kim tərəfindən aşılanıb?

- Təbii ki, uşaq ailəyə, valideynə, valideynin rəftarına baxır. Hər valideyn Vətənini sevirsə, düşmənə nifrəti varsa, övladda da həmin şey olacaq, valideyninə çəkəcək, düşmənə nifrət edəcək. Yəni valideynin düşmənə olan nifrəti keçəcək uşağa, övlada. Mən milliyətçi, millətimi çox sevən olmuşam. Dəfələrlə bunu sübut etmişəm. Özümdən asılı deyil. Mən özüm danlayaram, yeri gələndə mən özüm vuraram. Başqa millət onu vuranda özümü ölümə verərəm, qoymaram ona əl vura. Mən bunları yaşamışam. Əsgərlikdə camaata bunu göstərmişəm. Mən həmişə öz millətimi çox istəmişəm, qorumuşam. Başqa millətin mənim millətimi vurmasına göz yuma bilməmişəm. Özümü oda atmışam, ağlım başımdan çıxıb. Elə bilmişəm ki, ona deyilən söz mənə deyilir. Yenə deyirəm ki, bu mənim özümdən asılı deyil.

- Mübariz İbrahimovun qəhrəmanlıqla şəhid olduğu yer işğaldan azad olundu və hazırda o ərazidə Azərbaycan bayrağı dalğalanır. Həmin  əraziyə bir şəhid atası kimi baş çəkdiniz?

- Onun nə mənası var ki, gedib baş çəkdim, ya baş çəkmədim?! Vətənin o başı, bu başı yoxdur. Vətən hər qarışıyla bizim vətənimizdir, torpağımızdır. Mübariz elin, xalqın övladıdır. Məndən çıxdı, sizindir. Bu ilk sözlərimdir. Mən də sizin kimi biri. Mən özümü insanlar kimi, başqaları kimi aparmışam. Mübarizi vermişəm elin, xalqın övladlığına.

Gedib o yerləri ziyarət edib-etməməyin fərqi yoxdur. Çünki Vətənin ucu-bucağı bizimdir. Vaxt gələr, Allah qismət edər, nə vaxtsa gedərəm, gəzərəm o yerləri, ziyarət edərəm. Çünki o yolda can qoymuşuq.

- Qeyd etdiyimiz kimi, Mübariz İbrahimov 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı və Azərbaycanda "ilin adamı" adlarına layiq görüldü. Biləsuvarda adına küçə və məktəb verildi, onu təsvir edən heykəllər ucaldıldı, şərəfinə xatirə lövhələri hazırlandı, filmlər çəkildi, haqqında kitablar, poemalar yazıldı və xarici teleseriallarda qəhrəmanlığından bəhs edildi. Bir ata kimi, Mübarizlə bağlı dövlətimizdən, xalqımızdan istədiyiniz başqa bir arzunuz varmı?

- Bir arzum var. Azərbaycanın hər bir vətəndaşı bilməlidir ki, biz bir ailəyik, o da Azərbaycandır! Necə deyirik, hər bir ailə bir dövlətdir, hər dövlət də bir ailədir, Allahın nəzərində. Heç özüm də bilmirəm ki, nə arzu edim. İstəyim odur ki, Allahın bizə öyrətdiklərini həyata keçirə bilək. Özümüzü yox, gələcək nəsillərimizi, nəvə-nəticələrimizi düşünək. Onlar üçün çalışaq. Elə etməliyik ki, biz yaşadığımızı onlar yaşamasın. Mənim istədiklərim budur. Bunun üçün bizim alimlərimiz, uzaqgörən insanlarımız çalışmalıdır. Yəni özümüzü yox, bu günümüzü yox, gələcəyimizi düşünməliyik. Mənim istəklərim budur. 

- Sonda elimizin ağsaqqalı olaraq xalqımıza deyəcək hər hansı sözünüz varmı?

- Xalqa deyəcəyim yox, uşaqlara deyəcəyim var. Gələcək onlarındır. Onların içərisindən vəzifə sahibləri, milyonçular, varlılar çıxacaq. Hər bir vəzifəni yerinə yetirəndə dərk etsinlər, hiss etsinlər ki, onların təhsili dünyayadır.

Mən istəyirəm ki, millətimiz dünyada söz sahibi olsun. Bunun üçün isə Allahın öyrətdiklərini həyata keçirməyə çalışsınlar. Ən azından hiss etsinlər ki, onun dünyaya təsiri var. Atdığı addımlarla daşıdığı yükü çiyinlərində hiss etsinlər, onu nəzərə alsınlar.

Düşmən bəllidir. Hələ bəlli olmayan düşmənlərimiz də var. Elə onlara qol-qanad verənlər, dəstək duranlar da düşmənlərimizdir. Ona görə, onlara qalib gəlməyin yolu yalnız bizim səmimi birliyimizdədir. Vətən naminə bir-birimizə güzəştə getməyi bacarmalıyıq. Biri düşmənə əsir düşmüş, xilas olduqdan sonra mənim ziyarətimə gəlmişdi. Dedim sən qəlbən deyə bilərsən ki, “millətimin pisinə qurban olum”? Dedi ki, deyərəm, lap ucadan deyərəm, millətimin ayağına yıxılaram. İndi görün düşmən nədir ki, əsirlikdə qalmış insan millətinin pisini necə sevir, necə özününkü bilir, əziz tutur.


Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı alındı, qanı yerdə qalmadı”

    Mübariz İbrahimovun atası: “Oğlumun intiqamı ...

    4-10-2020, 23:17

  • 
  • Mübariz İbrahimovun şəhadətindən 7 il ötür

    Mübariz İbrahimovun şəhadətindən 7 il ötür ...

    18-06-2017, 13:54

  • 
  • Mübariz İbrahimovun şəhid olduğu gündür

    Mübariz İbrahimovun şəhid olduğu gündür ...

    18-06-2019, 13:18

  • 
  • Mübariz İbrahimovun atası oğlunu təhqir edən “psixoloq”a cavab verdi – VİDEO

    Mübariz İbrahimovun atası oğlunu təhqir edən ...

    17-12-2018, 15:14

  • 
  • Mübariz İbrahimovun şəhadətindən 8 il ötdü

    Mübariz İbrahimovun şəhadətindən 8 il ötdü ...

    18-06-2018, 13:14


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu