Gundemxeber.az » Müsahibə » Ərdoğandan ŞOK XƏBƏRDARLIQ: Gözlənilməz əməliyyat HƏR AN başlaya bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorizmlə mübarizənin ölkəsi üçün prioritet olduğunu vurğulayıb.
Gundemxeber.az xəbər verir ki, o, terrora dəstək verən siyasətlərin heç bir ölkədə qəbul edilmədiyini və Türkiyənin də bu məsələdə mövqeyinin dəyişməz qaldığını bəyan edib.
Ərdoğan separatçı qrupların manevr imkanlarının getdikcə məhdudlaşdırıldığını bildirib.
O əlavə edib ki, Türkiyə Suriyanın unitar quruluşunun qorunmasına sadiqdir və ölkənin parçalanmasına qarşı çıxır.
“Əgər təhlükə hiss etsək, lazım olan tədbirləri dərhal həyata keçirəcəyik. Türkiyə təhlükə qarşısında qətiyyətlə mübarizə aparmaq əzmindədir və bunu bir çox dəfə sübut etmişdir. Lazım gələrsə, gözlənilməz bir zamanda əməliyyatlara başlaya bilərik,” - deyə, Türkiyə lideri qeyd edib.
Ərdoğan terrorizmi seçənlərin tək yolunun məğlubiyyət olduğunu bildirib. O vurğulayıb ki, “Türkiyə terrora qarşı mübarizəsində heç bir gücə boyun əyməyəcək və bu yolda qətiyyətli addımlar atmağa davam edəcək”.
Gundemxeber.az
24-04-2018, 18:34
19-02-2020, 14:39
18-09-2020, 10:54
26-03-2018, 09:53
10-03-2017, 21:37
Sorğu
Yeni dizaynımız necədir?