Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iki ay əvvəl Bakıda saxlanılan “Sputnik-Azərbaycan”ın əməkdaşları və digər Rusiya vətəndaşlarının ailələri ilə görüşdüyünü açıqlayıb.
Ombudsman Aparatından verilən xəbərə görə, Səbinə Əliyevanın tapşırığı ilə məsələ Milli Preventiv Qrupun üzvlərinin diqqət mərkəzində saxlanılır
“Bu qrup məhbusların ailə üzvlərinin Ombudsman Aparatında qəbulunu həyata keçirir, daxil olan müraciətlər vaxtında və qanunvericilik çərçivəsində araşdırılır və həll olunur, zərurət yarandıqda köməklik göstərilir. Onların növbəti ailə görüşü bir neçə gün əvvəl baş tutub”.
Ombudsman həmçinin qeyd edib ki, həbs olunan Rusiya vətəndaşları saxlanma şəraiti və onlara münasibətlə bağlı heç bir şikayət etməyiblər.
Ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya saxlanılan vətəndaşları ilə konsulluq əməkdaşlarının görüşünə və onların səhhəti ilə bağlı sorğu göndərib, lakin Bakı hələlik bu müraciətə cavab verməyib.
Zaxarovanın sözlərinə görə, saxlanılan Rusiya vətəndaşlarının azad olunması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması yolunda mühüm addım ola bilər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?