2014-cü ilə artıq bir aydır ki, qədəm qoyulub. Yenə də dünyanın bir çox öncəgörənləri, ekspert qrupları və media 2014-cü ildə dünyada nə baş verəcəyi haqda proqnozlar irəli sürürlər.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, “2014-cü ildə sizi istər siyasi arenada, istərsə də adi həyat tərzində nələr gözləyir?” sualının cavabını aşağıda öyrənə bilərsiniz.
1. ABŞ-ın məşhur “Foreign Policy” jurnalı hərbi münaqişələrlə bağlı proqnoz dərc edib. Proqnozlora görə, 2014-cü ildə dünyanın “qaynar nöqtələri” Suriya, Livan, İraq, Banqladeş, Mərkəzi Afrika Respublikası və Əfqanıstan olacaq. Bu siyahıya Rusiyada yerləşən Şimali Qafqaz, xüsusilə Soçi şəhəri də əlavə olunacaq.
2. Danimarkanın “Saxo Bank” ekspert qrupu 2014-cü ildə Avropa Birliyində parçalanmanın ola biləcəyi haqda proqnoz hazırlayıb.
Analitiklərin fikrincə, Avropanın ən varlı ölkəsi hesab edilən Almaniya da iqtisadi problemlərlə üz-üzə qalacaq və bu da Fransa və Yaponiya kimi ölkələrin iqtisadiyyatına təsir edəcək. Neftin bir barrelinin qiymətinin aşağı düşməsi Rusiya Federasiyasına da öz təsirini göstərəcək.
3. 2014-cü ilin may ayında Şotlandiya müstəqillik qazanmaq üçün referendum keçirəcək. ABŞ-ın sabiq dövlət katibi Corc Robertsonun fikrincə, Şotlandiyanın müstəqillk qazanması Avropanı parçalayacaq.
Xüsusilə, İspaniyada Kataloniya, Belçikada vallonlar, Kanada da isə Kvebek ayrılmağa çalışacaq.
4. Misir öncəgörəni Coy Ayyadın sözlərinə görə, 2014-cü il Rusiya üçün uğurlu olacaq. C.Ayyad hesab edir ki, o, “Ərəb baharı”nı, Suriyadakı münaqişələrin olmasını, Qahirəyə qar yağması kimi hadisələri dəqiqliklə deyib.
C.Ayyad sevindirici bir xəbər də yayıb ki, 2014-cü ildə 3-cü dünya müharibəsi başlamayacaq.
Ancaq təbiət hadisələri, xüsusilə Sibir soyuğu ABŞ-a ciddi ziyan vuracaq. Rusiya isə, əksinə, 2014-cü ildə dünyada öz təsir gücünü daha da artıracaq və yeni valyuta yaradacaq.
5. ABŞ-ın məşhur futuristi Rey Kurçveyl 2014-cü ildə super kompüterlərin insan beyninə “yol açacağı” haqda proqnoz verib. Onun iddiasına görə, bunun nəticəsində süni intellekt yaradılacaq.
6. Okean suyunun qalxması, 2014-cü ildə havaların istiləşməsi ilə nəticələnəcək. Dünyanın bir çox nəhəng ölkələri, o cümlədən də, Sankt-Peterburq, Venetsiya və Nyu-York kimi nəhəng şəhərlər suyun altında qala bilər.
İqlimin dəyişməsi yeni qasırğalar yaradacaq. Nəticədə bu, Asiya sahillərini viran qoyacaq.
7. Yeni öldürücü virus peyda olacaq və bunun nəticəsində Yer planetinin əhalisinin yarısı həlak olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?