Bu gün dəfn edilən Azərbaycanın əməkdar artsiti Məhəbbət Kazımovun dəfnində iştirak edən həmkarı Yusif Mustafayevin halı pisləşib. ANS PRESS-in dəfndə iştirak edən əməkdaşının verdiyi məlumata görə, M.Kazımovun cənazəsi qaldırılan zaman sənət yoldaşının ürəyi gediərək yıxılıb.
Mərhumun dəfn mərasiminə qatılan müğənni Könül Kərimova da M.Kazımov haqqında fikirlərini bölüşüb: "Mənim sənətə gəlməyimdə onun böyük rolu olub. O insan belə tez getməməli idi. Sonuncu dəfə onunla telefonla danışmışıq. Bu yaxınlarda çəkilişimiz olmalı idi. Biz bir birimizin xətrini çox istəyirdik. Allah rəhmət eləsin, ailəsinə səbr versin".
Qeyd edək ki, mərhumla vidalaşamağa Könül Kərimovadan başqa gitaraçı Rəmiş həyat yoldaşı ilə, Əflatun Qubadov,Yusif Mustafayev, Manaf Ağayev, Nazənin, İlahə İbadova, Əli Mirəliyev və başqaları gəliblər.
Sorğu
Yeni dizaynımız necədir?