Hadisədən sonra Yevlax rayon ƏSMM-nin direktoru Rövşən Məhərrəmov işdən azad edilib.
Mərkəzin direktor əvəzi Natiq Məmmədovun sözlərinə görə, Nizami Kərimov sosial təminatı kəsildikdən sonra ilk dəfə bu il yanvarın 24-də gəlib və qısa söhbətdən sonra özünü yandırıb.
Baş verən olaydan sonra vəzifəsindən azad edilən mərkəzin sabiq direktoru Rövşən Məhərrəmov isə bölgə müxbirimiz Şahin Rzayevə telefonla verdiyi müsahibədə ittihamlarla razılaşmadığını bildirib.
Rövşən Məhərrəmov bəyan edir ki, Nizami Kərimovun müavinətinin dayandırılması özünün səhlənkarlığı üzündən baş verib. Çünki sentyabr ayından bəri müavinət almayan Nizami Kərimov bu işin üstünə düşməyib və lazımi sənədləri toplamayıb.
Bildirək ki, ünvanlı sosial yardım ala bilmədiyindən özünü yandıran Yevlax sakini 44 yaşlı Nizami Kərimovun aldığı yanıq xəsarətləri ağır olduğundan Bakıdakı 5 saylı klinik xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olsa da, həyatı təhlükədə deyil.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?