GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dini Komitə ölkədəki radikalizmə qarşı hərəkətə keçdi

Dini Komitə ölkədəki radikalizmə qarşı hərəkətə keçdi

Tarix: 29-01-2014, 15:27 Bölmə :Ölkə Baxış: 818
 Dini Komitə ölkədəki radikalizmə qarşı hərəkətə keçdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edir.

Modern.az-ın məlumatına görə, ötən ilin sonuncu rübündən başlayan kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakıda və Zaqatalada təşkil olunub və növbəti təlim kursu yanvar ayının 28 və 29-da Şirvan və Şimal-Qərb bölgələri üzrə Ağdaş rayonunda keçirilib.

Ağdaşda Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə cəlb olunmuş 50-dən çox din xadimi, dini icma sədri və nüfuzlu ilahiyyatçının iştirakı ilə təşkil olunmuş iki günlük kursda ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri “Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları”, “Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər”, “Dini radikallığın yaranma səbəbləri və təzahür formaları”, “Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları”, “Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları”, “Dini radikalizmlə mübarizədə dünya təcrübəsi” və digər aktual mövzularda mühazirələr oxuyublar.

Kursun açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. G.İsmayılov bildirib ki, qeyd olunan sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından ən vacib amillərdən biri də radikal və zərərli dini qruplara qarşı mübarizədə sağlam mövqe nümayiş etdirən din xadimlərinin və nüfuzlu ilahiyyatçıların bu istiqamətdə fəaliyyətlərinin düzgün qurulması və təşkil olunmasıdır.

Daha sonra din sahəsində mövcud problemlər və onların həll yollarından danışan Dövlət Komitəsinin nümayəndəsi dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılmasının zəruriliyini qeyd edib. G.İsmayılov bildirib ki, cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcək.

Görünən odur ki, Dövlət Komitəsi vəhhabiliyin yayıldığı bölgələrdə, bu cərəyanın yayılmasının başlıca səbəblərindən olan – din xadimlərinin savadsızlığı və vəhabilər qarşısında bir çox hallarda acizliyini aradan qaldırmaq üçün konkret tədbirlər təşkil edir. Yəqin ki, ruhanilərin bu istiqamətdə düzgün təhsili əhali arasında da radikallığa meylin azalmasına öz töhfəsini verəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dini komitə radikal qruplaşmalarla bağlı həyəcan təbili çaldı

    Dini komitə radikal qruplaşmalarla bağlı həyəcan ...

    29-01-2014, 12:41

  • 
  • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər təyinatı-SƏRƏNCAM

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbər ...

    5-05-2014, 18:58

  • 
  • Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş verir?

    Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş ...

    25-02-2014, 13:52

  • 
  • Müşfiqabad məscidi dini icması ləğv edildi

    Müşfiqabad məscidi dini icması ləğv edildi ...

    25-02-2014, 22:06

  • 
  • Müşviqabad məscidi dini icması ləğv edildi

    Müşviqabad məscidi dini icması ləğv edildi ...

    25-02-2014, 11:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu