“Bakı şəhərindəki məktəblərdə 50 faizə qədər dərsə gecikmə və ya gəlməmək qeydə alınıb”. Bu gün Bakı şəhərində bir çox məktəblərdə dərsə davamiyyətlə bağlı ciddi məsuliyyətsizliyə yol verilib. Məlumatı dəqiqləşdirmək üçün Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cəsarət Valehli ilə əlaqə saxladıq. Cəsarət bəy “Axar.az”a açıqlamasında bildirdi ki, bu gün Bakı şəhərindəki məktəblərdə davamiyyətdə ciddi problemlər olub: “Bəli, bütün bunlardan xəbərdarıq. Təhsil Nazirliyinə məktəb direktorları tərəfindən verilən məlumata görə, çox sayda müəllim və şagird hava şəraiti ilə bağlı dərsə gəlməyib. Ən çox Qaradağ rayonunda bu cür hadisə müşahidə olunub. Ümumilikdə, Bakı şəhəri üzrə 30-40, hətta 50 faizə qədər məktəbə gəlməmək və ya gecikmək qeydə alınıb”.
Havaların bu cür davam etməsi durumunda Təhsil Nazirliyinin tətil elan etmək ehtimalı ilə bağlı sualımızı isə Valeh bəy bu cür cavablandırdı: “Əlbəttə mümkündür. Anlayış göstəriləsi vəziyyətdir. Önümüzdəki günlər istirahət günlərinə düşür. Ancaq bu cür kəskin hava şəraiti davam edərsə, Təhsil Nazirliyi bir neçə günlük tətil elan edə bilər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?